Məhkəmə qərarları › İş №2-2(103)-243/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-243/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-243/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qaimə-fakturada düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(113)-5924/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 50150 manat məbləğində müqavilə qiyməti, 16198,45 manat məbləğində dəbbə pulu, 3500 manat məbləğində vəkil xidməti haqqının (xərcinin) əvəzi, 300 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların məhkəmə qarşısında müdafiə etmək üçün ödənilmiş 1500 manat əsas məbləğ və 270 manat ƏDV olmaqla, 1770 manat, vəkil orderi ödənişinə görə ödənilmiş 320 manat, o cümlədən, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 40,9 manat dövlət rüsumu olmaqla, ümumilikdə, 2130,90 manat məbləğin İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı MMC tərəfindən təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli elektron qaimə-fakturanın ləğv edilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzəliş edilərək yenidən Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, o cümlədən hüquqların məhkəmə qarşısında müdafiə etmək üçün ödənilmiş 1500 manat əsas məbləğ və 270 manat ƏDV olmaqla, 1770 manat, vəkil orderi ödənişinə görə ödənilmiş 300 manat, o cümlədən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 40,7 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2110,70 manat məbləğin dəymiş zərər kimi İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(113)-5924/2024 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdehndən 50150 (əlli min yüz əlli) manat qalıq borc, 2500 (iki min beş yüz) manat cərimə, 800 (səkkiz yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 229 (iki yüz iyirmi doqquz) manat olmaqla, cəmi 53679 (əlli üç min altı yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2-2(113)-5924/2024 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qaimə-fakturada düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata İddiaçı MMC tərəfindən təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli elektron qaimə-fakturanın ləğv edilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzəliş edilərək yenidən Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması hissəsində xitam verilmişdir. Qeyd edilən qərardaddan Cavabdeh MMC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı MMC tərəfindən təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli elektron qaimə-fakturanın ləğv edilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzəliş edilərək yenidən Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulmasına dair hissəsinin məhkəmədə baxılmalı olan iş olmadığı qənaətinə gəlmişdir. Məhz bu səbəbdən də işə bu hissədə xitam verilməsi barədə haqqında şikayət verilən qərardadı qəbul etmişdir. Məhkəmə, həmçinin bunu qeyd etmişdir: “O cümlədən tərəflər arasında bağlanan mülki hüquqi müqavilədən irəli gələn hazırkı mübahisə üzrə qaiməfakturada düzəlişin edilib-edilməməsi özlüyündə ilk iddiaçıya münasibətdə qarşılıqlı iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyiniə görə qarşılıqlı iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir.” Başqa sözlə, məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən yanlış təqdim edilmiş ödəniş sənədləri əsasında ödənişin həyata keçirilməsi Cavabdeh MMC-nin hər hansı hüququnu pozmur. Bununla əlaqədar aşağıdakı iki məqam diqqətə çatdırılır. Birincisi, məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə iddiasının əsasını Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsi təşkil edir. Bu isə yanlışdır. İddia tələbinin bir əsasını Vergi Məcəlləsinin istinad edilən maddəsi təşkil edirsə, digər əsasını tərəflər arasındakı müqavilənin 3.2-ci maddəsi təşkil edir. Həmin maddədə də qeyd edilir ki, ödəniş bütün ödəniş sənədləri təqdim olunduqdan sonra həyata keçirilir. Başqa sözlə, ödənişi həyata keçirmək üçün bütün ödəniş sənədlərinin tam və qaydasında təqdim olunmasını tələb etmək Cavabdeh MMC-nin müqavilədən irəli gələn hüququdur. Bu hüquqa mütənasib olaraq, qarşı tərəfin də müqavilə üzrə öhdəliyi vardır ki, bu öhdəlik yalnız malları təhvil verməklə yekunlaşmır. Müqavilənin istinad edilən 3.2-ci maddəsinə əsasən İddiaçı MMC həmçinin ödənişin həyata keçirilməsi üçün ödəniş sənədlərini də təqdim etməlidir. Maddənin məqsədi ödənişi həyata keçirə bilməkdir. Yanlış təqdim edilmiş ödəniş sənədləri əsasında ödənişi icra etmək nəzarət orqanlarının əsaslı tənbehlərinə gətirib çıxara bildiyi üçün ödəniş yalnız düzgün tərtib edilmiş ödəniş sənədləri əsasında həyata keçirilə bilər. İddiaçı MMCnin yanlış ödəniş sənədləri əsasında ödənişin icrasını tələb etməsi elə birbaşa Cavabdeh MMC-nin hüququnun pozuntusudur. Bu ona əlavə vergi riskləri və maliyyə sanksiyaları yarada biləcək haldır. Hətta bir az da kobud şəkildə ifadə etsək, məhkəmənin yanaşması ki yanlış ödəniş sənədləri əsasında ödənişin edilməsi Cavabdeh MMC-nin hüquqlarını pozmur, bu cür yanaşma dolayısı ilə Vergi Məcəlləsinin tələblərini pozmağa təşviq edir. İkincisi, əvvəlki abzasdan göründüyü kimi, hazırkı mübahisədə Cavabdeh MMC-nin Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsi və müqavilənin 3.2-ci maddəsindən irəli gələn hüquqların təmini üzrə mübahisədir. Cavabdeh MMC məhz həmin hüququn məhkəmə qaydasında təmin olunmasını məhkəmədən xahiş etmişdir. Çünki məhkəmədənkənar danışıqlar çərçivəsində bu hüququnu müstəqil şəkildə təmin edə bilməmişdir. Odur ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilməklə, işə mülki icraat qaydasında baxılmalıdır. Belə nəticə yaranır ki, Cavabdeh MMC haqlı olaraq müstəqil şəkildə təmin edə bilmədiyi və mülki icraat qaydasında baxılmalı olan müqavilədən irəli gələn hüququnun müdafiəsi üçün Bakı Kommersiya Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə isə Cavabdeh MMC-nin tələbinin əsasını və mahiyyətini düzgün qiymətləndirməyərək, Cavabdeh MMC-nin hüquqlarını təmin etməkdən imtina etmiş, onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdıran qərardad vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Lakin məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız müstəqil realizə imkanı olmayan və məhkəmə müdafiəsi hüququ ilə təmin edilməli olan hüquq və mənafelərin müdafiəsi məhkəmə qaydasında həyata keçirilə bilər. Məhkəmənin qənaətinə əsasən qaimə-fakturada düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı mübahisəyə hazırkı icraat qaydasında baxıla bilməz. Şikayətdəki “yanlış ödəniş sənədləri əsasında ödənişin edilməsi Cavabdeh MMCnin hüquqlarını pozmur” ifadəsinə münasibətdə isə qeyd olunmalıdır ki, əvvəla, məhkəmə tərəfindən ödəniş sənədlərinin yanlış olması müəyyən edilməmişdir. İkincisi, nəzərə alınmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcı tərəfindən təqdim olunmuş sifarişlərə və tərəflər arasında təsdiq olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən kimyəvi maddələr və digər malları alıcının mülkiyyətinə verməyi, alıcı isə qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür və malları qəbul edən alıcı - cavabdeh də müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qaimə-fakturada düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata İddiaçı MMC tərəfindən təqdim edilmiş 13 sentyabr 2023-cü il tarixli elektron qaimə-fakturanın ləğv edilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzəliş edilərək yenidən Cavabdeh MMC-yə təqdim edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması hissəsində xitam verilməlidir. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata hissəvi xitam verilməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5924/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar