Məhkəmə qərarları › İş №2-2(103)-245/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-245/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-245/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli, e-2-2(113)-1216/2021 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20.10.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 15591,19 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 33641,48 manat və işsizlikdən sıǧorta fonduna ödənilməmiş 1367,65 manat məbləğində borcunun ödənilməsinin tamin edilməsi məqsədi ilə 16.230 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 mart 2021-ci il tarixli, 2-2(113)-1216/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya məhkəməsinin e-2-2(113)-1216/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsində işə baxılarkən cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbini pozaraq işə məhkəmə baxışında cavabdehin iştirakını təmin etmədən qətnamə çıxarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmədiyi üçün cavabdehin məhkəmə iclasında iştirakı mümkünsüz olmuş, iddiaçının tələblərinə qarşı öz dəlillərini təqdim edə bilməmiş və məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum olmuşdur. Nəticədə məhkəmə tərəflərin bərabərliyi və çəkişmə prinsipinin tələblərini pozaraq, işin bütün faktiki hallarını aydınlaşdırılmadan, yalnız iddiaçının tələbini əsaslandırdığı dəlillər və sübutlarla kifayətlənərək yekun nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxılması 23.02.2022-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.03.2021-ci il tarixli e-2-2(113)-1261/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, vergi ödəyicisi olan Cavabdeh vergilərin, eləcə də dövlət sığorta haqlarının və işsizlikdən sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də dövlət sığorta haqlarına və işsizlikdən sığorta haqlarına görə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 20.10.2020-ci il tarixdə Cavabdeh dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16230 manat dəyərində əmlakı siyahıya alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6-cı, 89.1-ci, 89.7-ci, 89.10-cu, 90.1-ci maddələrinə, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə istinad edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, məhkəmə prosessual pozuntuya yol verərək cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, bununla da çəkişmə prinsipi pozulmuşdur. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası araşdırma aparmış, müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqi ünvanına məhkəmə bildirişləri göndərilmiş, lakin həmin ünvanda fəaliyyət göstərmədiyi üçün çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə bildirişi cavabdehin vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, lakin apellyasiya instansiyası məhkəməsində də cavabdehin səlahiyyətli nümayəndəsi və ya vəkili iştirak etməmiş, faktiki ünvanı barədə məhkəməyə məlumat verilməmiş, iddianın hansı əsasla rədd edilməli olduğu apellyasiya şikayətində əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 13.03.2021-ci il tarixli e-2- 2(113)-1261/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Doktor Canpolad” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli e-2-2(113)-1216/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar