Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-245/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasıi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4163/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında xx.xx.2019-cu il tarixli EAAX seriyalı 632235 saylı elektron-qaimə üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və müxtəlif çeşiddə 23485,70 manat dəyərində mal təqdim edilmişdir. Cavabdeh həmin malları aldığını mübahisələndirməmiş, xarab olan məhsulların iddiaçı tərəfindən geri götürülməli olduğunu, buna görə də iddianı qismən qəbul etdiyini bildirmişdir.
2. xx.xx.2022-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022ci il tarixə iddiaçıya borcu 23485,76 manat təşkil edir. Həmin aktda cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən əlyazma ilə “qeyd” kimi yazılmaqla göstərilmişdir ki, “Mən, Qanuni nümayəndə yazaraq bildiriəm ki, 13572,63 azn xx.xx.2022ci ilə kimi ödəyəcəyimi təsdiq edirəm.”
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 23485,76 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya qaytarılması, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 210 manat məbləğində mediasiyaya dair xərclərinin, ümumilikdə 23995,76 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019- cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı malın tam dəyərini əvvəlcədən sifaiş verilmiş malları qəbul etdikdən sonra 30 (otuz) bank günü ərzində ödəyir. Borcun təsdiqi ilə bağlı cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən cavabdehin iddiaçıya 23485.76 manat borcu olduğunu öz imzası ilə təsdiq edir. Həmçinin qeyd olunmuş məbləği xx.xx.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh tərəfindən borcun təsdiqindən sonra 1 ildən çox müddət keçməsinə baxmayaraq onun tərəfindən bu borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. İddiaçı cavabdeh ilə aralarında razılığın əldə edilməsi üçün ona müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə təklif göndərərək 15 gün ərzində vaxt vermişdir. Cavabdeh qeyd olunmuş müddət ərzində 23485.76 manat borcu ödəməyindən Mediasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin mediasiya ilə bağlı 210 AZN məbləğində mediasiya xərci ödənilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4163/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdehndən 13.572,63 manat borc, vəkilin göstərdiyi yardıma görə 300 manat və mediasiya xərcinə görə 132,27 manat, cəmi 14.004,9 manat pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş üzləşmə aktının, elektron qaimənin və malların təhvil-qəbul aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi 13572,63 manat məbləğində borcu etiraf etmiş, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili də cavabdehin borcunun 13572,63 manat məbləği ödəyəcəyi təqdirdə qalan borcun cavabdehə güzəşt ediləcəyini və bu barədə qarşılıqlı üzləşmə aktı ilə tərəflərin razılığa gəldiklərini təsdiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4163/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdehndən 13.572,63 manat borcun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması barədə qətnamə çıxarmışdır və bu zaman iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsaslanmışdır. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya borcu 23485,76 manat təşkil edir. Həmin aktda cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən əlyazma ilə “qeyd” kimi yazılmaqla göstərilmişdir ki, “Mən, Qanuni nümayəndə yazaraq bildirirəm ki, 13572,63 AZN xx.xx.2022-ci ilə kimi ödəyəcəyimi təsdiq edirəm. Məhkəmə iddianı həmin hissədə qismən təmin edərkən qeyd etmişdir ki, “məhkəmə iclasında cavabdehin nümayəndəsi 13572,63 manat məbləğində borcu etiraf etmiş, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili də cavabdehin borcunun 13572,63 manat məbləği ödəyəcəyi təqdirdə qalan borcun cavabdehə güzəşt ediləcəyini və bu barədə qarşılıqlı üzləşmə aktı ilə tərəflərin razılığa gəldiklərini təsdiq etmişdir. Göründüyü kimi, cavabdeh özü 13572,63 AZN məbləğində borcu etiraf edərək, üzləşmə aktını imzalayan zaman borcun bir qismini 13572,63 AZN məbləğində borcu xx.xx.2022-ci ilə kimi ödəyəcəyini və yalnız bu təqdirdə qalan borcun cavabdehə güzəşt ediləcəyini barədə tərəflərin razılığa gəldiklərini təsdiq etmişdir. İddiaçının nümayəndəsi və vəkili bununla razılaşaraq tərəflər arasında həqiqətən də belə bir razılıq olduğunu, lakin cavabdehin həmin razılaşmaya üzrə öz öhdəliklərini yerinə yetirmədiyini yəni borcun bir qismini 13572,63 AZN məbləğində borcu xx.xx.2022-ci ilə kimi ödəmədiyini nəzərə alaraq, borcun qalan hissəsinin cavabdehə güzəşt edilməsi hissəsində də razılaşmanın qüvvədə olmadığını bildirmişdir. Odur ki, tərəflər arasındakı razılaşma məhz cavabdehin onu icra edilməməsi nəticəsində pozulduğundan, həmçinin həmin razılaşmanın icra olunması üçün müəyyən olunmuş müddət – xx.xx.2023-cü il tarixədək keçdikdən sonra da istər pretenziya, istərsə də ilkin mediasiya sessiyası mərhələsində cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət edilmədiyindən həmin razılaşma üzrə borcun cavabdehə güzəştə gedilməsi iddiaçıdan tələb oluna bilməz. Bu səbəbdən də borcun bütün məbləğinin – 23485,76 AZN pul məbləğinin Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması məhkəmədən xahiş edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehə elektron kabinetinə bildiriş yerləşdirilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
12. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
13. Qətnamə iddiaçı tərəfindən qismən – iddianın təmin edilmədiyi hissədə (9913,13 manat əsas borc, 77,73 manat mediasiya xərci) mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
14. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4163/2023 nömrəli qətnaməsi qismən iddianın rədd edildiyi hissədə ləğv edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 23485,76 manat pul, 300 manat vəkil xərci, 210 manat mediasiya xərci tutulmalıdır.
15. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında xx.xx.2019-cu il tarixli EAAX seriyalı 632235 saylı elektron-qaimə üzrə iddiaçı tərəfindən cavabdehə 23485,70 manat dəyərində ərzaq malları təqdim edilmişdir. Müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, alıcı malın tam dəyərini əvvəlcədən sifariş verilmiş malları qəbul etdikdən sonra 30 bank günü ərzində ödəyir.
16. Cavabdeh həmin malları aldığını mübahisələndirməmiş, xarab olmuş ərzaq mallarının dəyərinin onun tərəfindən ödənilməli olmadığını bildirmişdir.
17. Birinci instansiya məhkəməsi cavabdehin üzləşmə aktında qəbul etdiyi borcun tutulması hissəsində iddianı təmin etmiş, iddianın rədd edildiyi hissədə iş üzrə gəldiyi nəticəni əsaslandırmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir.
18. Məhkəmə nəzərə almamışdır ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə kommersiya konsessiyası deyil, alqı-satqı müqaviləsi olmuş və həmin müqavilədə alıcının xarab olmuş ərzaq məhsullarını geri qaytarmaq hüququ olmamışdır. Üzləşmə aktının üzərindəki qeydlə bağlı, işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh 13572,63 manat borcu xx.xx.2022-ci il tarixə kimi ödəsəydi, güzəşt edilərək qalan borc üzrə öhdəliyinə xitam verilərdi. Lakin cavabdeh müəyyən edilmiş icra müddətində öhdəliyini yerinə yetirmədiyindən borcun tam ödənilməsi tələb edilmişdir.
19. Belə olan halda cavabdehin iddiaçıdan aldığı malların dəyərinin tam ödəməkdən imtinası əsassız olduğu üçün qətnamə qismən-iddianın rədd edildiyi hissədə ləğv edilərək iddia tam təmin edilməli, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri və iddia qaldırılması ilə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4163/2023 nömrəli qətnaməsi qismən - iddianın rədd edildiyi hissədə ləğv edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 23485,76 manat pul, 300 manat vəkil xərci, 210 manat mediasiya xərci tutulmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4163/2023 nömrəli qətnaməsi qismən - iddianın rədd edildiyi hissədə ləğv edilsin. İddia həmin hissədə də təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 23485,76 manat pul, 300 manat vəkil xərci, 210 manat mediasiya xərci tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.