Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-246/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar yol təsərrüfatına vurulmuş ziyanın ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-842/2020 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh «xxxx» qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, yol tsərrüfatına vurulmuş 4776 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus daşınmaz əmlaklar, nəqliyyat vasitələrivə bank hesabları üzərinə iddia tələbi həcmində həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-842/2020 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin dəftərxanasına təqdim edilmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və onu vermiş şəxsə qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Prosessual qanunuvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq şikayət və ona əlavə edilməş sənədlər iş materitalları ilə birlikdə araşdırılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, şikayət prosessual qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə velmişdir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, apellyasiya şikayətinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayəti prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq elektron kabinet vasitəsilə verilməmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd olunan tələbinə diqqət yetirməmiş, birbaşa apellyasiya şikayətini MPM-in 152.1.1-ci maddəsinin tələbi qaydasında onu vermiş şəxsə geri qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 364-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətinin qeyri-mümkünlüyü barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası qərara a l d ı: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh «xxxx» ASC-yə qarşı şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-246/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-246/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver