Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-246/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4773/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2583.04 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 077/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2021- ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2583.04 manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMCyə olan borcunu ödəməkdən yayınır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən poçt sənədlərinin surəti iddia ərizəsinə əlavə edilir. Cavabdehlə aralarında bağlanmış müqavilənin 8-ci bəndində qeyd edilib: “Tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, mübahisənin həllinə Satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.
3. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Cavabdeh 26 dekabr 2019-cu il tarixdə İddiaçı MMC-nə Cəmiyyətin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmiş və 02 noyabr 2020-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 02 noyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC-də işlədiyi dövrdə heç vaxt satışla bağlı MMC qarşısında pul borcu olmamışdır. Bundan əlavə onun İddiaçı MMC arasında 21 oktyabr 2020-ci il tarixdə heç bir müqavilə bağlanmamış və ona heç bir məhsul verilməmişdir. Əlavə olaraq İddiaçı MMC tərəfindən heç bir fiziki şəxsə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhviltəslim aktında qeyd edilən miqdarda məhsul verilmir. Onun MMC-nin işçisi olduğu halda ona MMC tərəfindən 30000 manatlıq energetik içki verilməsi mümkün deyildi. İddiaçı MMC bütün işçilərinə işə götürülərkən (MMC gələcəkdə özünü sığortalamaq üçün) formal olaraq müxtəlif məbləğlərdə nisyə alqı-satqı müqaviləsinə imza etdirirlər. Lakin qeyd edilən müqavilə üzrə ona və ya digər işçilərə heç bir məhsul verilmir. Əlavə olaraq adına olan VÖEN 2016-cı ildən deaktiv edilmişdir. Çünki 2016-cı ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Əlavə olaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya aralarında bağlanmış müqaviləyə əsasən ona verilmiş məhsulların dəyərini 3 ay ərzində ərzində ödəməli idi. Qeyd edilən müddət 21 yanvar 2021-ci il tarixdə bitmişdir. Belə olan halda MMC nə üçün 02 noyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmağına göz yumdu və bütün son haqq-hesabı ödədi? Bütün bu hallar bir daha təsdiq edir ki, onunla bağlanmış nisyə alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. O, müqavilə bağlandıqdan sonra İddiaçı MMC-nin işçisi olmuş, əgər işçi kimi MMC-nə ziyan vurmuşdursa, bununla bağlı Əmək Məcəlləsinin 296-cı maddəsinə 1 il ərzində iddia qaldırmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Lakin iddia ərizəsindən göründüyü kimi iddiaçı 08 iyun 2023-cü il tarixdə iddia ərizəsi il məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı təşkilat bütün işçilərinə eyni tipli müqavilə imzaladır və daha sonra oxşar iddia tələbi ilə məhkəməyə müraciət edir.
4. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 1318/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı-pul tələbi barədə iddiası əsasında olan iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4773/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 077/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2583,04 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 60 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli e-2-2(113)-4773/2023 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 26 dekabr 2019-cu il tarixdə İddiaçı MMC-yə Cəmiyyətin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmiş və 02 noyabr 2020-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 02 noyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O İddiaçı MMC-də işlədiyi dövrdə heç vaxt satışla bağlı MMC qarşısında pul borcu olmamışdır. Bundan əlavə bildirmək istəyir ki, onunla İddiaçı MMC arasında 21 oktyabr 2020-ci il tarixdə heç bir müqavilə bağlanmamış və ona heç bir məhsul verilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, İddiaçı MMC tərəfindən heç bir fiziki şəxsə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaq) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktında qeyd edilən miqdarda məhsul verilmir. Onun MMC-nin işçisi olduğu halda ona MMC tərəfindən 30.000 (otuz min) manatlıq energetik içki verilməsi mümkün deyildi. İddiaçı MMC bütün işçilərinə işə götürülərkən (MMC gələcəkdə özünü sığortalamaq üçün) formal olaraq müxtəlif məbləğlərdə nisyə alqı-satqı müqaviləsinə imza etdirirlər. Lakin qeyd edilən müqavilə üzrə ona və ya digər işçilərə heç bir məhsul verilmir. Əlavə olaraq bildirmək istəyir ki, onun adına olan VÖEN 2016-cı ildən deaktiv edilmişdir. Çünki o 2016-cı ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2016-cı ildə fəaliyyətini dayandırmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya aralarında bağlanmış müqaviləyə əsasən ona verilmiş məhsulların dəyərini 3 ay ərzində ərzində ödəməli idi. Qeyd edilən müddət 21 yanvar 2021-ci il tarixdə bitmişdir. Belə olan halda MMC nə üçün ona 02 noyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmağına göz yumdu və ona bütün son haqq-hesabı ödədi? Bütün bu hallar bir daha təsdiq edir ki, onunla bağlanmış nisyə alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Əlavə olaraq bildirmək istəyir ki, Şirkət bütün işçiləri ilə eyni məzmunda müqavilələr bağlamışdır. Bununla bağlı müvafiq qətnaməni iş materiallarına əlavə etmişdir. Bundan əlavə bildirmək istəyir ki, qətnamədə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyd edilsə də, bildirmək istəyir ki, onun adına açılmış VÖEN 2018-ci ildən deaktiv edilmişdir
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
15. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
23. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
26. İddiaçı MMC ilə Cavabdeh arasında 21 oktyabr 2020-ci il tarixli, 077/2020 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 30000 manat dəyərində müxtəlif çeşiddli məhsulları 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır.
27. xx.xx.2020-ci il tarixli, 077 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 30.000 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir.
28. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədə MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 30000 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.
29. 09.10.2023-cü il tarixli, 1788 saylı maliyyə arayışına əsasən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh müqavilə üzrə aldığı malın dəyərinin 27416,96 manat hissəsini ödədiyini, 2583,04 manat hissəsini ödəmədiyi və bugünə olan borcu 2583,04 manat təşkil edir.
30. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2014-cü il tarixindən etibarən ********** nömrəli VÖEN-i vardır, fərdi sahibkar qismində vergi orqanında qeydiyyata alınmışdır.
31. İşin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini icra etməmişdir.
32. Cavabdeh tərəfindən 2583,04 manat məbləğin ödənilməsi, müqvailə üzrə öhdəliyin icra olunması halına dair heç bir sübut təqdim edilməmişdir.
33. Əksinə iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və borcun etirafına dair ərizə ilə təsdiqini tapmışdır.
34. Belə olan halda isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
35. Kollegiya həmçinin bildirir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, işin hallarına əsasən cavabdeh öz könüllü iradəsi əsasında iddiaçı ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, aldığı malların dəyərinin bir hissəsini ödəməklə müqavilənin şərtlərini qəbul etmiş, lakin sonradan öhdəliyini tam icra etməmişdir.
36. Cavabdeh İddiaçı MMC-nin işçisi olması, alqı-satqı müqaviləsinin formal bağlanması, İddiaçı MMC tərəfindən heç bir fiziki şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktında qeyd edilən miqdarda məhsulun verilməməsi və s. ilə bağlı sübut təqdim etməmişdir.
37. Eyni zamanda, cavabdeh tərəfindən borcun əksər hissəsini ödəmiş, cavabdehin iddiaçı şirkətin işçisi olsa belə, bu tərəflər arasında əmək münasibətlərinin olması, mülkihüquq münasibətlərini istisna edən və ya alqı-satqı müqaviləsinin bağlanmasına maneə deyildir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.
39. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4773/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov