Məhkəmə qərarları › İş №2-2(103)-248/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-248/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-248/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Baxışova Vüsalə Ələkbər qızından ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndələri Vəkil və Nümayəndə, İddiaçı “İddiaçı.” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-274/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə dair işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı.” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, “İddiaçı.” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, A/005-18 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 141.842 manat məbləğində borcun, 104.108,80 manat cərimə məbləğinin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı “İddiaçı.” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-274/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən iddiaçı “İddiaçı.” MMC-nin xeyrinə 141.842 manat məbləğində borcun, 14.184 manat məbləğində cərimənin, ümumilikdə 156.026 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 həmin qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən xx xxxx 2019-cu il tarixli, 2-2(81)-274/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 məhkəməyə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC formal olaraq X1 adına rəsmiləşdirilmiş, həqiqətdə isə həmin MMC-ni keçmiş həyat yoldaşı X4 idarə etmiş və rəhbər olmuşdur. Aralarındakı nikah Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. X1 faktiki olaraq Cavabdeh MMC ilə heç bir əlaqəsi olmadığından məhkəmə prosesi barədə də məlumatı olmamışdır. Məhkəmə qətnaməsinin mövcudluğu barədə yalnız icra məmurunun xəbərdarlığını aldıqdan sonra məlumatlı olmuş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə qətnamənin surətini əldə etmişdir. Bundan sonra məhkəməyə apellyasiya şikayətini təqdim etmiş, lakin məhkəmə prosessual müddəti ötürülmüş hesab edərək apellyasiya şikayətini geri qaytarmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 274/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin cavabdehə münasibətdə bərpa edilməsi və apellyasiya şikayətinin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “İddiaçı.” MMC qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(81)-274/2019 saylı qərardadının ləğv edilərək ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İddiaçı.” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “İddiaçı.” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, A/005-18 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 141.842 manat məbləğində borcun, 104.108,80 manat cərimə məbləğinin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı “İddiaçı.” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81 )-274/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “İddiaçı.” MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən “İddiaçı.” MMC-nin xeyrinə 141.842 manat məbləğində borcun, 14.184 manat məbləğində cərimənin, ümumilikdə 156.026 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 məhkəməyə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(81 )-274/2019 saylı qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilmiş və apellyasiya şikayəti 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2-2(81 )-274/2019 saylı qərardadı əsassızdır. Belə ki,Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 tərəfindən məhkəməyə ünvanlanmış “buraxılmış müddətin bərpa olunması barədə” ərizədə məhkəmə iclaslarının vaxtı və keçirilməsi barədə heç bir məlumatı olmadığını və qətnamənin mövcudluğu barədə yalnız icra prosesi zamanı xəbərdar olduğunu qeyd etmişdir. Ərizədə göstərilənlər tamamilə əsassızdır. Belə ki, iqtisadi işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən “Cavabdeh" MMC tərəfindən məhkəməyə 2 dəfə məhkəmə iclasının təxirə salınması barədə rəsmi müraciət daxil olmuş, məhz Cavabdeh MMC-nin həmin müraciətləri nəzərə alınaraq məhkəmə iclasları təxirə salınmışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(81)-274/2019 saylı qərardadında qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə xəbərnaməli məktubla Cavabdeh MMC-nin ünvanına göndərilmiş, məhkəməyə qayıdan xəbərnamədə məktubun xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən imza atılaraq alınmış, lakin imzanın qarşısında qəbul edən şəxsin soyadı yazılmamışdır. Məhkəmə məhz bu əsasla qətnamənin xx xxx 2019-cu il tarixdə cavabdehin adından səlahiyyətli şəxs tərəfindən qəbul edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı qənaətinə gələrək qətnamədən şikayət verilməsi müddətini bərpa etmişdir. Bir daha görünür ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Cavabdeh MMC-yə qətnamənin rəsmi qaydada göndərildiyi işdə olan xəbərnamə ilə (təqdim olunduğu) sübuta yetirilir. Bundan başqa,üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Lakin “Cavabdeh" MMC-nin qanuni təmsilçisi X3 tərəfindən verilmiş ərizəyə obyektiv və ya subyektiv halların mövcudluğunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. İş üzrə tərəflər “İddiaçı.” MMC (iddiaçı) və Cavabdeh MMC-dir. Lakin məhkəməyə ünvanlanmış “buraxılmış müddətin bərpa olunması barədə” ərizə Cavabdeh MMC tərəfindən deyil, X3 tərəfindən verilmişdir. Həmin ərizə imzalanmış, lakin müvafiq qaydada möhürlə təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, “buraxılmış müddətin bərpa olunması barədə” ərizə iş üzrə tərəf olmayan, subyektiv hüququ olmayan şəxs tərəfindənverilmişdir. Lakin bu vacib olan xüsusata məhkəmə hüquqi qiymət verməmiş, qərar qəbul edərkən prosessual pozuntuya da yol verərək qərardadın “qərara aldım”xxxx“Cavabdeh’’ MMC tərəfindən verilmiş ərizə təmin edilsin” kimi yazmışdır.Halbuki ərizə hüquqi şəxs olan “Cavabdeh" MMC tərəfindən deyil, təsisçi X3 tərəfindən verilmişdir. Eyni zamanda iddia ərizəsinin surəti də həmin ünvana xx.xx.2018-ci il tarixində göndəriləndə adı keçən şəxs tərəfindən qəbul edilmişdir. Leyla Cabarova Cavabdeh MMC-nin direktoru kimi həmin şirkətin fəaliyyətinə görə məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(81)-274/2019 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(8)-274/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı izahat verən iddiaçının nümayəndələri şikayəti müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi qətnamənin xx xxx 2019-cu il tarixdə cavabdeh tərəfindən alınmasının iş materialları ilə öz təsdiqini tapmadığını, cavabdehin qanuni təmsilçisi L.Cabarovanın qətnaməni xx.xx.2019-cu il tarixdə rəsmi qaydada aldığını, həmin qətnamədən apellyasiya şikayətini isə xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edildiyindən Bakı Kommersiya Məhkəməsi müddəti bərpa etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-274/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar