Məhkəmə qərarları › İş №2-2(103)-251/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-251/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-251/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair ilkin, Cavabdeh MMC-nin isə İddiaçı MMC-yə qarşı «ödənilmiş pulun geri qaytarılması və ya göndərilən malı müqaviləyə uyğun malla əvəzləşdirilməsi və dəymiş ziyanın ödənilməsi haqqında qarşılıqlı – iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İlk olaraq İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2019- cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci il tarixli 3 saylı Əlavələrə yaranmış və ödənilməmiş əsas borc üzrə 196447 manat, 38416 manat penya, habelə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 235.393,40 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddianın əsaslarına görə tərəflər arasıda bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilə şərtlərinə uyğun olaraq “iddiaçı Ukrayna mənşəli soya şrotunu (230400001 TNVD kodu) alıcı cavabdehə satmağı ohdəsinə götürmüşdür. Həmin müqaviləyə 1, 2, 3 saylı Əlavələrə əsasən cavabdehə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli elektron qaimələr üzrə ümumi dəyəri 402447 manat olan soya şrotu göndərilmiş, cavabdeh tam olaraq malları qəbul etmiş, kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. xx xxxx 2020-ci il tarixli üzləşmə aktı ilə tərəflər təsdiq etmişlər ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 402447 manat olan məhsul satılmış, bu məhsulun 206000 manat dəyəri ödənilmiş, 196447 manat cavabdehin borcu qalmışdır. Müqavilənin 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci bəndləinə sasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Borcun tam olaraq ödənilməsi üçün xx xxx 2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilsədə cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir. Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda, birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə hesablanmış penya 38416 manat təşkil edir. Hüquqi yardım göstərilməsinə dair xx xxxx 2020-cu il tarixli 1205 saylı müqavilə və xx xxxx 2020-ci il tarixli 696272\00496 saylı ödəniş tapşırığına əsasən vəkil Nümayəndə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Eyni zamanda, cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın əsassız hesab edilərək rədd edilməsi, İddiaçı MMC-yə ödənilmiş 215413 manatın geri qaytarılması və ya göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin onun təqsiri nəticəsində dəymiş 350000 manat ziyan məbləğinin, eyni zamanda, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixli №2019/7034-28 saylı alqı-satqı müqaviləsinə və müqaviləyə edilmiş xx xxxxxx 2019-cu il tarixli 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci arixli 3 saylı əlavələrə əsasən İddiaçı MMC tərəfindən onun ünvanına ümumi dəyəri 402447 manat olan “soya şrotu” (Mal”) göndərilmiş həmin mal anbarlarına qəbul olunduqdan sonra müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin 215413 manat hissəsi ödənilmişdir. İstifadə olunmağa başlandıqdan bir qədər sonra malın keyfiyyətinin Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərinə, o cümlədən adı çəkilən müqavilənin 4.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadığı aşkar olunmuşdur. Belə ki, toyuqlara həmin soya şrotu verildikdən sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat müşahidə edilmişdir. Bundan sonra “Mal”-dan istifadə edilməsi, həmçinin onun dəyərinin qalıq hissəsinin ödənişi dayandırılmışdır. “Mal”ın qalığının bir hissəsi indiyədək anbarlarındadır və ondan istifadə edə bilmirlər. Bu səbəbdən istehsalatda müəyyən yubanmalar baş vermiş, keyfiyyətlə bağlı alıcılarndan çoxsaylı şikayətlər daxil olmuş və ənənəvi alıcılarından əksəriyyəti məhsullarını almaqdan imtina etmişlər. Nəticədə quşçuluğa 350000 manat məbləğdə maddi ziyan dəymişdir. Satıcı pretenziya göndərərək xx xxx 2020-ci il tarixinə kimi 196447 manat “borclarını” könüllü olaraq ödəməyi təklif etmiş,buna cavab olaraq Cavabdeh MMC-yə dəymiş ziyan məbləğini xx xxxx 2020-ci il tarixinə kimi ödəmələrini, həmçinin, bu günə qədər etdikləri ödənişləri geri qaytarılmasını və ya göndərdikləri malı müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirmələrini xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 2019/7034-28 nömrəli alqı- satqı müqaviləsi və həmin müqaviləyə xx xxxxxx 2019cu il tarixli 1 saylı, xx xxxxxx 2019- cu il tarixli 2 saylı və xx xxxxxx 2020-ci tarixli 3 saylı əlavələr üzrə ödənilməmiş 196447 manat məbləğində borc, 1553 manat penya, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat, cəmi 198500 manat məbləğində pul və dövlət rüsumu ödənilmiş 25,29 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət ounmuş, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, İddiaçı MMC göndərilən malların alqı-satqı müqaviləsinə və ona edilmiş əlavələrə əsasən Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərinə uyğun olması barədə indiyə qədər heç bir sübut təqdim etməmişdir. Belə olan surətdə hər hansı borcun olmasından söhbət gedə bilməz. İddiaçı MMC alqı-satqı müqaviləsinə uyğun gələn mal verməyə borclu olduğu haldabunu etməmiş, göndərdiyi malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və ya müqaviləyə uyğun keyfiyyətli mala əvəzləşdirilməsi, həmçinin dəymiş ziyan məbləğini öbəməsi barədə qanuni tələbi yerinə yetirməmişdir.Nəticədə istesalatda müəyyən yubanmalar baş vermiş, keyfiyyətlə bağlı alıcıların şikayətləri çoxalmış, bütün bunlar quşçuluq müəssisəsinin nüfuzuna xələl gətirmiş və alıcıların əksəriyyəti məhsulları almaqdan imtina etmişdir. Ona görə də qətnamə ləğv edilməli apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş apellyant Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qarşılıqlı iddiaçıCavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, onun tərəfindən tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlandığı və həmin müqaviləyə edilmiş Əlavələrə əsasən İddiaçı MMC tərəfindən ona ümumi dəyəri 402447 manat olan soya şrotu göndərildiyi və həmin malları öz anbarına qəbul etdiyi və ümumi dəyərinin 215413 manat məbləğində hissəsini ödədiyi və 196447 manat borcu qaldığı mübahisələndirilmir. Onun apellyasiya şikayətində mübahisələndiridiyi hal ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən ona keyfiyytsiz mal satılmış, ona ziyan dəymişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə Cavabdeh MMC-nin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, alıcı olaraqCavabdeh MMC özü etiraf edir ki, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsində və ona edilən üç əlavəyə uyğun olaraq iddiaçı tərəfindən satlan malları anbarında qəbul etmişdir. Lakin iddiaçı tərəfindən 2020-ci ilin fevral ayında göndərilən həmin malları anbarına qəbul edərkən malların keyiyyəti ilə bağlı hər hansı etirazını bildirməmişdir (Sonuncu dəfə mallar xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə göndərilmişdir) xx xxxx 2020-ci il tarixldə imzalayıb müəssisənin dairəvi möhürü ilə təsdiqlədiyi üzləşmə aktında da, ümumilikdə, cavabdehdən 402447 manatlıq mal aldığını və həmin məbləğdən 206000 manatını ödədiyini, İddiaçı MMC-yə 196447 manat məbləğində borcu qaldığını etiraf etsə də, halda belə malın keyfiyyəti barədə heç bir iradını qeyd etməmişdir. Mülki Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alşqı-satqı müqaviləsin ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Tərəflər arasında bağldanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndində isə tərəflər müəyyənləşdirmişlər ki, keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamasiya bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi, qarşılıqlı «Cavabdeh” MMC tərəfindən, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli sonuncu elektron qaiməyə əsasən göndərilən malları qəbul etdiyi vaxtdan etibarən keçən üç ay müddət ərzində onların keyfiyyətini mübahisələndirməmiş, yazılı reklamasıniyasını satıcıya göndərməmişdir. Bu barədə yalnız satıcının xx xxx 2020-ci il tarixli pretensiyası aldıqdan sonra ona ünvanladığı xx xxx 2020-ci il tarixli etiraz məktubunda bildirmişdir. Bundan əlavə, «Cavabdeh” MMC aldığı malların keyfiyyətsiz olduğu da əsaslandırılmamış, bu barədə təsdiqedici sübutları da mövcud deyil. Qeyd olunanlar baxımından məhkəmə kollegtyası onun apellyasiya şikayətinin ona göndərilən malların keyfiyyətsiz olduğunu və bununla bağlı ona ziyan vurulduğunu mübahisələndirən dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, «Cavabdeh” MMC malların dəyərini tam ödəməməkdə haqlı olmamış, alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyini pozmuşdur. Bu da onu deməyə əsas verir ki, onun qarşılıqlı iddia tələbi əsassızdır. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci bəndindən isə görünür ki, alıcı olraq «Cavabdeh” MMC faktiki göndərilmiş mal üçün malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində ödnişi həyata keçirməlidir. Həmin müqavilənin 5.1.-ci bəndində isə nəzərdə tutulur ki, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda ondan birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödəyir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tərəfindən işin yuxarıda qeyd olunan halları nəzərə alınaraq, «Cavabdeh” MMC-dən İddiaçı MMC-nin xeyrinə 196447 manat məbləğində əsas borcun və Mülki Mcəllənin 467-ci maddəsi tətbiq olunmaqla , iddiaçının penya tələbi azaldılmaqla 1553 manat penya tutulması qət olunmuş və MPM-in 119.1-ci maddəsinə əsasən iddiapnın təmin edilmiş edilmiş hissəsinə münasib olaraq məhkəmə xərcləri müəyyənləşdirilmişdir. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyapsı birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan qarşılıqlı iddiaçı Cavabdeh” MMC-nin həmin qətnamənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1762/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar