Məhkəmə qərarları › İş №2-2(103)-251/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-251/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-251/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilə üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3661/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının xeyrinə 16 mart 2023-cü il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li e-qaimələr üzrə 226536,40 manat məbləğində olan borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3661/2023 nömrəli qərardadı ilə (hakim Emin Əliyev) İddiaçı MMC-nin Cavabdehnə qarşı iddiaçının xeyrinə 16 mart 2023-cü il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li elektron qaimələr üzrə 226536,40 manat məbləğində olan borcun tutulması tələbi ilə bağlı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-126/2023 saylı xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3661/2023 nömrəli qərardadının ləğv edilməsini, işə baxılmasını, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, bundan əvvəl İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 268320 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2023-cü il tarixli 2- 2(103)-126/2023 saylı qətnamədə müəyyən etmişdir ki, “226536,2 manat borcla bağlı hissədə iddiaçının əsaslandığı xx.xx.2021-ci il tarixli EQ373708 saylı və EQ 374195 saylı elektron qaimələrə iddiaçı nə iddia ərizəsində, nə də pretenziya məktubunda iddianın əsası kimi istinad etməmişdir və iddianın əsası kimi 2019- cu ildə bağlanmış müqaviləyə istinad etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi borcun hansı elektron qaimələr və sübutlar üzrə yarandığını araşdırmamış, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət vermədən iddia tələbini tam təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixlie-2- 2(113)- 3856/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia cavabdehdən 226536,2 manat borcun tutulması hissəsində rədd edilməlidir.” Beləliklə, hazırki iş üzrə məhkəmənin qərardadında gətirdiyi qiymətləndirmə qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin qiymətləndirməsinə ziddir. Bakı Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, əvvəllər tərəflər arasında baxılmış işdə iddiaçı hazırki iddiada istinad etdiyi xx.xx.2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrə, tərəflər arasında bağlanmış 14/2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqavilə və qaimələrə əsasən qarşı tərəfə təqdim etdiyi pretenziyaya istinad etməmişdir. Beləliklə, əvvəlki iddianın hüquqi əsasları hazırki iddianın hüquqi əsasları ilə eyni deyil. Belə olan halda məhkəmə yanlış olaraq, belə qənaətə gəlmişdir ki, guya iddiaların əsası eynidir. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi apellyasiya instansiyası məhkəməsinin ona qarşı bildirdiyi iradlara əməl etmək, yol verilən qüsurları aradan qaldırmaq və əvvəlki işdə araşdırılmamış sübutların hazırki işdə araşdırılmasına, onların qiymətləndirilməsinə nail olmaqdan ibarətdir. Bundan başqa, Cavabdeh MMC iddiaçıya olan borcunu ödəməkdən yayınmağa davam edir. İddiaçı cavabdehə Apellyasiya Məhkəməsinin tövsiyəsinə əməl edərək yenidən pretenziya göndərmişdir, mediasiyadan keçmişdir. Bu səbəbdən hazırki iddianın əsasları fərqlidir və ona baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3661/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3661/2023 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı halda məhkəmə tərəfindən hüquqi qiymət verilməli olan məsələ tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə iddianın faktiki əsasının eyni olub-olmamasıdır. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Məhkəmə iddiaçının şikayət ərizəsi ilə razılaşır ki, İddiaçı MMC-nin Cavabdehnə qarşı əvvəllər baxılmış iddia ərizəsində 16 mart 2023-cü il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li e-qaimələrə iddianın faktiki əsası kimi istinad edilmədiyinə, yəni həmin qaimələrin əvvəllər baxılmış iddianın əsasını təşkil etmədiyinə artıq Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-2(103)-126/2023 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir. MPM-nin 261.0.2-ci maddəsi əsasında iş üzrə icraat xitam verilməsi üçün qanunda 3 şərtin eyni anda mövcud olması nəzərdə tutulmuşdur: mübahisə tərəflərinin əvvəl baxılmış iş üzrə eyni olması, iddianın eyni predmet barəsində və eyni əsaslar üzrə irəli sürülməsi. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı cavabdehə qarşı yenidən 226536,40 manat məbləğində pul tələbi irəli sürsə də, tələbin əsası kimi istinad etdiyi elektron qaimələr əvvəl baxılmış iddianın faktiki əsasını təşkil etmədiyindən iş üzrə icraata xitam verilməsi üçün qanuni əsas olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3661/2023 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3661/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar