Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-252/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-66/2018 saylı qərardadı üzrə verilmiş icra sənədinə izah verilməsi barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)-66/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadından (hakim Leyla Əliyeva) tələbkar Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)- 66/2018 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh-yə (hazırda adı “xxxx” MMC) qarşı “qabaqcadan həyata keçirilmiş ödənişlər üzrə qalıqların qaytarılması barədə” iddiası üzrə icraata xitam verilmiş və barışıq sazişi təsdiq edilmişdir. Qərardad üzrə 2-2(82)-66/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx xxxxxxxx 2019-cu il tarixli məktubla Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh Cavabdeh icra sənədini qismən icra etmiş, 425154.66 manat dəyərində 50613,6 kq skumbriya yağda və ya tomatda konservlərinin təhvil verilməsini təmin etməmişdir. Tələbkar ərizə ilə müraciət edərək məhsulun əvəzinə dəyərinin dövlət büdcəsinə köçürülməsi tələbinə baxılmasını xahiş etmişdir. İcra vərəqəsində bu qayda nəzərdə tutulmadığı üçün konservləşdirilmiş qida məhsullarının əvəzinə qalıq məhsulun dəyəri olan 425154,66 manatın cavabdehdən pul qismində tutulması ilə əlaqədar izah məsələsinə baxılması xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-66/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-66/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 2(82)-66/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iki il ötməsinə baxmayaraq 425154,66 manat dəyərində 50613,6 kq skumbriya yağda və ya tomatda konservlərinin təhvil verilməsini təmin etməmişdir. Buna görə də, məhsulların əvəzinə borcun dövlət büdcəsinə ödənilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-66/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh “xxxx” MMC-yə və Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-66/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə şikayətin dəlillərini yoxlayaraq hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Аli Məhkəməsi Plenumunun Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin aidiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah verməyə haqlıdır. Eyni qayda qanunun analogiyası qaydasında icra edilməmiş məhkəmə qərardadlarına da şamil edilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxdan 10 gün müddətinə baxır və zəruri olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)- 66/2018 saylı qərardadında və qərardad üzrə verilmiş icra sənədində aydın olmayan, ziddiyyətli, izaha ehtiyacı olan hər hansı ifadəyə yol verilmədiyindən, icra vərəqəsinin məzmunu aydın olduğundan məhkəmə tərəfindən icra sənədinə izah verilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra sənədinə izah verilməsi barədə ərizəsində və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şikayət ərizəsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)- 66/2018 saylı qərardadının icrasının təmin edilməsi üçün irəli sürülən tələb (konservləşdirilmiş qida məhsullarının əvəzinə qalıq məhsulun dəyəri olan 425154,66 manatın cavabdehdən pul qismində tələbkarın xeyrinə tutulması) barışıq sazişinin şərtlərində öz əksini tapmadığından icra sənədinə izah verilməsi qaydasında məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə izah edir ki, qeyd edilən tələbə məhkəmə tərəfindən qərardadın icra üsulunun və qaydasının dəyişdirilməsi barədə tələbkarın ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxıla bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-66/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 146, 263, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (82)-66/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-252/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-252/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver