Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-255/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 214/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı “xxxx” MMC Cavabdeh İKB ASC-yə (hazırkı adı “xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 67.838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67.868,93 manat məbləğində pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə “xxxx” MMC-nin tabe qurumu olan X3 Stansiyası ilə Cavabdeh İKB ASC arasında rabitə xidmətlərinin (şəhərlərarası, beynəlxalq, sifarişli (107)) rabitə xidməti və.s) göstərilməsi barədə xx xxx 2016-cı il tarixli 13043 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən istifadəçi cavabdeh hər ay müəssisə tərəfindən göstərilmiş xidmət haqlarını ona təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq ödəməlidir. Lakin, cavabdeh istifadəsində olan (012) ***-**-** saylı telefondan xx.xx.2017 - xx.xx.2017-ci il tarixlərdə xarici ölkələr istiqamətində edilmiş 104.358.78 dəqiqə zənglər nəticəsində yaranmış 67.838,85 manat danışıq haqqı üzrə borcu ödəməkdən imtina edir. Yaranmış həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə banka yazılı və şifahi xəbərarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmiş, mübahisənin məhkəmədən kənar həll edilməsinə yönələn cəhdlərin nəticəsi olmamışdır. Cavabeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin cavabdehin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər beynəlxalq operatorlara məxsus kanallar üzərindən ötürüldüyündən və danışıqlar beynəlxalq operatorların stansiyalarında qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operatorlarla hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə, qətnamədə iddiaçının öz tələbini sübuta yetirə bilmədiyini qeyd etmiş və ekspert rəyinə əsaslanaraq iddianı rədd etmişdir. Lakin ekspert rəyinin Cavabdeh İKB ASC-yə aid hissəsində iddiaçının avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, eyni zamanda, istifadə etdikləri avadanlıqların içərisində CİSCO «İP» telefon aparatlarının mövcud olduğu qətnamədə qeyd edilməmişdir. Bu baxımdan da məhkəmə ekspert rəyindəki ziddiyyətlərə qiymət verməmişdir. Məhkəmə tərəflər arasındakı müqavilənin mübahisələndirilən 2.5-ci bəndinə hər hansı qeyd verməmişdir. Müqavilənin həmin bəndi ilə cavabdeh öz üzərinə son rabitə qurğularını (faks, papalel telefon, kompüter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun və vaxtında ödəniş aparmaqla istifadə etmək vəzifəsini götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq edilsə də, məhkəmə buna münasibət bildirməmişdir. Göründüyü kimi, mübahisəyə səbəb olmuş telefon zəngləri hətta «Fraud» xarakterli olsaydı, bunun məsuliyyəti cavabdehin üzərində idi. Çünki, yalnız cavabdehin istfadəsində «İP» qurğular olmuş və müqavilə şərtlərinə zidd olaraq istifadə olunan qurğular rabitə müəsissəsində qeydiyyata alınmamışdır.Bundan əlavə, iş üzrə mütəxəssis qismində işə cəlb edilmiş DİN Baş İnformasiya - Kommunikasiya İdarəsinin əməkdaşı Elmar İbrahimov bildirmişdir ki, kiber hücumlarla bağlı məsələlərin araşdırılması ilə Xüsusi Dövlət Mühafizə Xidməti məşğul olur (Mülki Məcəllənin 443.1, 448.2 və MPM-in müddəalarına istinadən şikayətin təmin edilməsi xahiş olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Məmmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi G.Səfərov isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı oluduğnu vurğulayraq, qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı xxxx” MMC-nin X3 Stansiyası (müəssisə) və istifadəçi Cavabdeh İKB ASC (əvvəlki adı) arasında rabitə xidmətlərindən istifadəyə dair 13043 saylı, xx xxx 2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin: -1-ci bəndinə əsasən müəssisə (iddiaçı) cavabdehə (istifadəçiyə şəhərlərarası, beynəlxalq və digər rabitə xidmətləri göstərir. -2.2.1-ci bəndinə əsasən, rabitə müəssisə tərəfindən hər ayın 1-dən 15-dək göstərilmiş xidmət haqları təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq hər ayın 20-dək ödəniş aparılmasını, eləcə də hər ayın 16-dan ayın sonunadək göstərilmiş ximdət haqlarının növbəti ayın 10-dək ödənilməsini təmin etmək istifadəçinin vəzifəsidir. Eyni zamanda, işdə olan iddiaçı “xxxx” MMC-nin BATS İnzibati İşlər Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, həmin arayışda cavabdehin rabitə xidməti müqaviləsi üzrə göstərilmiş xidmələrə görə xx.xx.2018-ci il tarixinə iddiaçıya 67.838,93 manat borcu olduğu təsbit olunmuşdur. İddiaçının iddia ərizəsindən və cavabdehə ünvanlanmış pretenziya məkğubundan və sonuncu ilə aparılan digər yazışmalardan, o cümlədən, xx.xx.2017-ci il tarixli məktubunda iddia edilir ki, borcun yaranma səbəbi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövrdə istifadəsində olan (012) ***-**-** saylı telefondan müxtəlif istiqamətlərdə çoxlu sayda beynəlxalq danışıqlar aparması ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən kompüter-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 7425 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydən görünür ki, ekspert tərəfindən hərətrəfli tədiqat aparılmış və aşağıdakı nətiəcəyə gəlinmişdir. «1. xx.xx.2017- xx.xx.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrədən xarici ölkələrə icra olunmuş zənglər aşkar edilmiş hallara əsasən, “FRAUD” xarakterli zənglərdir; -bir anda çox sayda zənglərin icrası onların “İP” səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir; -əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiberhücumların izləri aşkarlanmamışdır. Bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan icra olunmasını, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmur. -belə qənaətə gəlmək olar, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücumdur və təşkilat ın infrastrukturuna aidiyyəti yoxdur.
2. “xxxx” MMC-yə məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütəmadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır; -Qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdur. -“Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara ə sistemə kənardan qoşulma, internetə çıxış və “İP” protokolun dəstəyi imkanları mövcud deyil.» Rəyin tədqiqi hissəsində ekspert müəyyən etmişdir ki, aparılmış tədqiqatlar nəticəsində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012) ***-**-** №-li telefondan xarici ölkələrlə aparılmış danışıqlar Cavabdeh İKB İKB ASC-nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamış, iddiaçı «xxxx» MMC-yə məxsus stansiyalara 2010-ci ilin yanvar-oktyabr aylarında «Alcatel Lucent» şirkəti tərəfindən vaxtaşırı texniki baxış keçirilmiş və qüsurların aradan qaldırılması üçün tədbirlər görülmüş, iddiaçının istimarında olan stansiyada (“1000 S12”) internetə çıxış və «İP» dəstəyi müəyyən edilməmişdir. Ümumiyyətlə, ekspert tədqiqatından görünür ki, onun gəldiyi nəticələri tam əsaslandırılmışdır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticələrə inandırıcı yanaşır və xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012) – ***-**-** №-li telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqların «Fraud» (ingiliscə tərcümədən «dolandırıcılıq-hiylə») xarakterli, yəni, insan (o cümlədən, cavabdehin əmkdaşlarının müdaxilə) faktoru olmadan həyata keçirilməsi, istifadə edilən avadanlıqda texniki qüsurü müəyyən olunmaması və həmin avadanlıqda beynəlxalq çıxışa imkan verən «İP» dəstəyinin mövcud olmaması və s. bu kimi ekspert tərəfindən müəyyən edilən hallar mübahisələndirən beynəlxalq zənglərin cavabdehin əməkdaşları tərəfindən və həmin qürumun təqsiri üzündən əmələ gəlmədiyini göstərir. Eyni zamanda, birinci instansiya məhkəməsində işə baxılarkən mütəxəssis qismində dəvət edilmiş, AR DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinin əməkdaşı Elmar İbrahimov da məhkəmədə məsələ ilə bağlı bildirmişdir ki, kiber (konkret halda, «Fraud» (dolandırıcı xarakterli) hücumlar XDMX-nın səlahiyyətindir və belə hallarda cinayət işi açılır (xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolu: iş vərəqi 136) Göründüyü kimi, bu kimi halların izlənilməsi və araşdırılması cavabdeh bankın səlahiyyətləri daxilində deyil. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, istifadə olunan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməmsindən asılı olmayaraq cavabdehin xx.xx.2017xx.xx.2017-ci il tarixlərdə (012) ***-**-** №-li telefondan xarici ölkələrə zəngələr edilməsində təqsiri müəyyən edilmir. Ona görə də iddiaçının şikayətinin müqavilənin ekspert rəyini əsassız hesab edən və müqavilənin 2.5-ci bəndinə istinadən iddiaçı tərəfindən istiadə etdiyi avdanlığın qeydiyyatdan keçirilmədiyini mübahisələndirən və onun vəsatətinə əsasən mütəxəsisin dəvət edilmədiyinə istinad olunan əlilləri əsassızdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, şəxsin ziyan vurulmasında təqsir sübuta yetirilmədən, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. İşin sübutlarla müəyyən edilən hallarından da göründüyü kimi, iddiaçının Mülki Məcdəllənin 443.1-ci və 448.2-ci maddələrinə istinadən cavabdehdən xx.xx.2017xx.xx.2017-ci il tarixlərdə (012) ***-**-** №-li telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqlar apararaq ona ziyan vurduğu sübuta yetirilmir. Belə olan halda onun iddiaçı qarşısında mülki məsuliyyəti istisna olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X5 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə iddianı rədd etməklə işin sübutlarla müəyyən edilən hallarına və mülki qanunvericilyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə, gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov