Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-255/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin qanuni təmsilçisi (direktor) Qanuni nümayəndə iştirakı ilə, cavabdeh “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayətinin qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1149/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 137.477,91 manat məbləğində əsas borc, 20.404,90 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 157.912,81 manat pul vəsaitinin “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətindən 235.082,45 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1149/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməmişdir. Belə ki, iş üzrə qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi andan 1 ay müddətinə şikayət verilməlidir. Sözügedən qətnamə ona poçt vasitəsilə göndərilsə də, ünvana çatdırılmamışdır. Qətnamə gəlmədiyi üçün özü poçt şöbəsinə gedərək müvafiq qətnamə olan zərfi qəbul etmişdir. Zərfin arxa tərəflərindəki poçt möhürlərindən göründüyü kimi (sol tərəfdə yuxarı hissədə) xx.xx.2020ci ilin möhürü vurulub. Deməli həmin tarixdən şikayət verilmə müddətini götürsək onun xx.xx.2021-ci ilə kimi şikayət vermə müddəti var idi. O, şikayəti 10 dekabrda göndərmişdir. Bundan başqa poçt işçisi əlyazma ilə yazaraq öz imzası ilə təsdiqləyərək zərfi ona xx.xx.2020-ci ildə təqdim etdiyini qeyd etmişdir. Hər iki hal şikayət vermə müddətinin keçmədiyini göstərir. Məhz buna görə də şikayət vermə müddətini ötürməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 1149/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin qanuni təmsilçisi (direktor) Qanuni nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1149/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir. 360-cı maddəsinə uyğun olaraq apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarının 127-ci vərəqinə əlavə edilmiş poçt xəbərnaməsində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1149/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin cavabdeh “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada təqdim edildiyi qeyd edilmişdir. Məhkəmə bu xəbərnaməyə istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi aldığı qətnamədən xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Şikayətə əlavə edilmiş poçt zərfinin üzərinə vurulmuş möhürdən və Şəki regional Poçt filialının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən göndərilmiş məktub “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı və adı tam olmadığından araşdırma aparıldıqdan sonra məktub xx.xx.2020-ci il tarixdə “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisinə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi şikayətə apelyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, cəmiyyət hüquqi ünvanında fəaliyyət göstərmir, qətnamənin əldə edilməsi üçün Şəki regional Poçt filialına müraciət etmiş, məhkəmə tərəfindən göndərilmiş məktubun filial tərəfindən “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisinə əslində xx.xx.2020-ci il tarixdə təqdim edildiyi zərfin üzərinə vurulmuş möhürlə təsdiq edilir. Cavabdehin nümayəndəsi qətnamənin göndərildiyi zərfin əslini məhkəməyə təqdim etmiş və zərfin üzərinə həqiqətən xx.xx.2020-ci il tarixli möhür vurulduğu müəyyən edilmişdir. İş materiallarındn görünür ki, işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarının vaxtı barədə göndərilmiş bildirişlərin çox hissəsi ünvanın düzgün olmadığına dair poçt qeydi ilə qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehə məhkəmə tərəfindən göndərilmiş qətnamənin işdəki poçt xəbərnaməsinin üzərində qeyd edilmiş tarixdə deyil, xx.xx.2020-ci il tarixdə təqdim edildiyi qətnamənin göndərildiyi poçt zərfinin üzərinə vurulmuş möhürlə təsdiq edildiyindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülmədiyi müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1149/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “Ask Heyvandarlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1149/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-255/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-255/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver