Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-255/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2rşı borcun tutulması tələbinə dair ilk, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar maddi zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi, lizinq ödənişinin qaytarılması, lizinq obyektinin istifadəyə qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X13 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh X6 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-375/2022 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və cavabdeh X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan X10 arasında 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi məbləği ******* manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinq alana lizinqə vermişdir.
2. Lizinq verən "xxxx" ASC ilə lizinq alan X10 arasında 28 fevral 2014-cü il tarixli, 07- LA/14 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən məbləği 408430 manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinq alana lizinqə vermişdir.
3. "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmri ilə lizinq obyekti olan tutumu 5000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılmışdır.
4. "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmri ilə yaradılmış komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə 03 fevral 2016-cı il tarixli akta tərtib edilərək lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 avqust 2022-ci il tarixinə hesbalanmaqla, 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli müqavilə üzrə 920920 manat əsas borc və 636629,28 manat cərimə borcunun, 07- LA/14 nömrəli müqavilə üzrə 149400 manat gecikdirilmiş əsas borc və 102906,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, ümumilikdə 1810605,88 manat pul vəsaitinin cavabehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Eyni zamanda X10 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia qaldıraraq, lizinq verənin qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə zidd hərəkətləri nəticəsində lizinq alana vurduğu 50000 manat maddi ziyanın və 760000 manat əldən çıxmış faydanın, lizinq alan tərəfindən ödənilmiş 563950 manat lizinq ödənişinin, lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib olunduğu 16 iyul 2021-ci il tarixə 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli və 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli müqavilə üzrə 788060 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi borc məbləği cavabdehin həmin lizinq obyektindən lizinq verənin qanunvericiliyin və tərəflər arasında mövcud müqavilələrin şərtlərinə zidd olaraq istifadəsinə qadağa qoyduğu və lizinq obyektinin istismarını qadağan edərək giriş-çıxışını plombladığı dövrdən yaranmış borc məbləğidir. Ona görə də, həmin borc məbləğinin lizinq alandan tutulması qanuni hesab oluna bilməz. Dəyəri ******* manat olan 2000 ədəd aqroboks xx.xx.2012-ci il tarixdə, dəyəri 408430 manat olan avadanlıqlar isə xx.xx.2014-cü il tarixdə cavabdehə təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə təhvil verilən avadanlıqların idarəetmə bloku quraşdırılmadığından həmin avadanlıqlarından istifadə etmək mümkün olmamışdır. Bu barədə "xxxx" ASC-nin müqavilə üzrə nəzarəti həyata keçirən əməkdaşlarının da məlumatı olmuş və həmin şəxslərin də iştirakı ilə həmin avadanlığın istehsal edən şirkətə texniki yardım xidməti həyata keçirən İtaliya şirkətinin mühəndisi dəvət olunmuş, həmin mühəndis avadanlığı quraşdırmış yerli şirkət olan “TİTAN şirkətlər qrupu”nun da mühəndisinin iştirakı ilə avadanlığın texniki müayinəsi edilən zaman müəyyən olunmuşdur ki, həmin avadanlıqların işləməməsinin səbəbi idarəetmə blokunun olmamasıdır. Bu hala "xxxx" ASC-nin müqavilə üzrə nəzarəti həyata keçirən əməkdaşları və “TİTAN şirkətlər qrupu”nun mühəndisi də şahid olmuşdur. İdarəetmə blokunu da quraşdırıb təhvil verəcəklərini bildirsələr də, 03 fevral 2016-cı il tarixdə lizinq obyektinin istifadəsi lizinq alana qadağan edilənədək, həmin bloku təhvil vermədiklərindən dəyəri 408430 manat olan avadanlıqlardan istifadə etmək mümkün olmamışdır. Həmçinin idarəetmə bloku təhvil-təslim aktında qeyd olunmamış, həmin sistemin olmadığını “TİTAN şirkətlər qrupu”nun mühəndisləri də müəyyən edə bilməmişlər. 2015-ci ildə baş vermiş devalvasiyalar səbəbindən lizinq ödənişi üzrə gecikmələr yaranmış və xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin o vaxtki rəhbərliyinin lizinq obyektinin istismarının dayandırılması barədə əmri əsasında lizinq obyektinin istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışları plomblanmışdır. Həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta əsasən soyuducu anbarda lizinq alana məxsus 100 ton toxumluq (nevskiy sort) kartof və 7 ton nar olduğu da qeyd olunmuşdur. Həmin aktda məhsulları soyuducu anbardan götürmək üçün şərait yaradılacağı bildirilsə də, 2016-cı ilin aprel ayının 12-dək həmin toxumların götürülməsinə icazə verilməmiş, 2016-cı ilin aprel ayının 12-də "xxxx" ASC-nin əməkdaşları soyuducu anbarı yoxlamaq üçün gələndə 100 ton kartof toxumunun götürülə biləcəyini bildirmiş, lakin soyuducu anbar açılan vaxt kartof toxumunun bütövlükdə zay olduğu müəyyən olunmuşdur. Həmin vaxt bununla bağlı mütəxəssisin də iştirakı akt tərtib edilmiş və zay olmuş kartof toxumunun çəkilmiş fotoşəkilləri mövcuddur. Qarşı tərəfin qanunvericiliyin və tərəflər arasındakı mövcud müqavilələrin şərtlərinə zidd olaraq, müqavilə üzrə öz hüquqlarından sui-istifadə etməsi və cavabdehə ziyan vurmaq niyyəti ilə həyata keçirdiyi hərəkətlərə görə cavabdehə 50000 manat məbləğində real zərər dəymiş, əldən çıxmış fayda 760000 manat, ümumilikdə isə dəymiş zərər 810000 manat olmuşdur. Belə ki, hər iki lizinq müqavilələri üzrə "xxxx" ASC-yə 03 fevral 2016-cı il tarixədək 563950 manat ödəniş edilsə də, faktiki həmin lizinq obyektindən istifadə etmək imkanından məhrum olmuşdur. Qarşı tərəf lizinq obyektindən istifadəsini qadağan etməklə lizinq müqavilələrinin şərtlərini pozaraq müqavilə üzrə öz öhdəliyini düzgün icra etməmiş, onun lizinq obyektindən istifadəsinə qadağa qoymuş olsa da, lizinq müqavilələri üzrə yaranmış borcu və hesablanmış cərimələri tələb etməkdə davam etmişdir. Halbuki, tərəflər arasındakı müqavilələrin 5.6-cı bəndinə, eləcə də, lizinqlə bağlı qanunvericiliyin tələbinə əsasən lizinq alan tərəfindən ödəniş qrafiki üzrə lizinqin ödənilməsində gecikmələr yarandıqda lizinq verənin ödənilmiş ödənişi özündə saxlamaq və lizinq obyektinin istismarını dayandırmaqla onu lizinq alandan geri tələb etmək vəzifəsi nəzərdə tutulmuşdur. Lizinq alanın lizinq obyektindən cəmi bir il natamam istifadə etməsinə görə həmin obyektin istismarını dayandıraraq, lizinq obyektini geri tələb etmədən lizinq ödənişinin tələb edilməsi qarşı tərəfin hüquqdan başqa şəxslərə ziyan vurmaq niyyəti ilə etdiyi və hüquqdan sui-istifadə hesab olunan hərəkətlərdir. Soyuducu anbarda saxlanılan və lizinq alana məxsus olan 100 ton toxumluq kartof ən yüksək məhsuldar toxum olan “nevskiy” sort toxum olmuşdur ki, yaxşı aqrotexniki qulluq olduğu təqdirdə 1 ha torpaq sahəsinə 35-50 ton məhsul götürmək olardı. 1 ha torpaq sahəsinə 3 ton toxum sərf olunduğundan 100 ton toxum kartofun 33 ha torpaq sahəsinə əkilməsi üçün Qusar rayonu ərazisində kənd təsərrüfatı təyinatlı münbit torpaq sahəsi də icarəyə götürülmüşdür. 1 ha torpaq sahəsindən orta məhsuldarlığın 42 (35+50/2) ton olduğu nəzərə alınsa, ümumilikdə 33 ha torpaq sahəsindən orta məhsuldarlıqda 1386 ton kartof məhsulu götürmək mümkün idi ki, həmin məhsulun 90-95%-i (1386 ton x 90% = 1247 ton) əmtəəlik kartof hesab olunur. Əmtəəlik kartofun 1 kq-nın bazar qiymətinin həmin dövrdə 0,7 manat olduğu nəzərə alınsa, 872900 manat (1247 ton x 0,7 manat), yerdə qalan məhsul 138 ton (1386 ton x 10%) kartofun bazar qiyməti isə 0,4 manatdan hesabladıqda 55200 manat (138 ton x 0,4 manat) edir. Ümumilikdə, 33 ha torpaq sahəsindən götürülməsi mümkün olan kartof məhsulunun ümumi dəyəri 928100 manat təşkil edir ki, 1 ha torpaq sahəsinə bütün xərclər daxil 6000 manat pul vəsaiti xərc çəkiləcəyi nəzərə alınsa, ümumilikdə çəkilməli olan xərc 168000 (33 ha x 6000 manat) manat təşkil edir. Çəkilən xərci əldə olunmuş məhsulun dəyərindən çıxdıqda 760100 (928100-168000) manat əldən çıxmış fayda müəyyən olunur. Əldən çıxmış fayda hesablanarkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik X14 Kartofçuluq şöbəsinin mütəxəssislərinin “Nevskiy sort” kartof toxumu ilə bağlı rəyindəki elmi-tədqiqi məlumatlara əsaslanılmışdır. Bundan əlavə, lizinq müqavilələrinin müddəti 10 il müəyyən olunarkən lizinq obyektinin amortizasiyası (normal köhnəlməsi) nəzərə alınmış və müqavilə müddəti lizinq obyektinin istismar müddətinin ən azı 70%-i təşkil edir. Tərəflər arasındakı mövcud müqavilələrin müddətinin bitməsinə - 28 avqust 2012-ci il tarixli müqavilə üzrə təxminən 4 ay, 28 fevral 2014-cü il tarixli müqavilə üzrə isə təxminən 2 il müddət qalır. Bu o deməkdir ki, dəyəri ******* manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların istismar müddətinin təxminən 70%-i və dəyəri 408430 manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlıqların istismar müddətinin təxminən 56%-i bitmişdir. Belə olan halda, lizinq obyekti dəyərinin birinci müqavilə 70%-i, ikinci müqavilə üzrə 56%-i itirmişdir. Halbuki, lizinq obyektinin istismarı dayandırıldığı 03 fevral 2016-cı il tarixdən hal-hazıradək bir dəfə də olsun, nə əsaslı, nə də cari təmir olunmuş, ümumiyyətlə qeyd olunan dövr ərzində lizinq obyektinə heç bir texniki qulluq göstərilməmişdir. Bunun nəticəsidir ki, lizinq obyekti normal köhnəlmədən daha çox köhnəlməyə məruz qalmış və bu da lizinq obyektinin dəyərinin və istismar müddətinin tam azalmasına səbəb olmuşdur. Hazırki halda, həmçinin, lizinq obyektinin amortizasiyası və faktiki köhnəlmə dəyəri, lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyəri müəyyən olunmalı, tərəflər arasındakı lizinq müqavilələri hazırda qüvvədə olduğundan və həmin müqavilənin şərtləri lizinq verən tərəfindən pozularaq lizinq alanın lizinq obyektindən istifadəsinə əsassız qadağa qoyulduğundan lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmir olunaraq istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılmalı, lizinq borcunun lizinq alandan lizinq obyektinin qalıq dəyərinə uyğun qaydada tutulmalıdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-375/2022 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.
11. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh X10 də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissəsə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddia tələbi iş materiallarında olan lizinq müqavilələri, maliyyə arayışları, cərimə hesablanma qrafikləri, təhvil aktları ilə tamamilə sübuta yetirilmişdir. Cavabdeh isə öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddiaçının lizinq obyektlərindən istifadəsinin xx.xx.2016-cı il tarixdən qadağan edildiyini, eyni zamanda tərəflər arasındakı mübahisəli müqavilələr üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 2(103)-18/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə qeyd olunan lizinq obyektlərinə görə qarşılıqlı iddiaçıdan ümumilikdə ******* (bir milyon üç yüz əlli bir min yüz əlli altı) manat pul vəsaitinin tutulduğunu və qarşılıqlı iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə 563950 (beş yüz altmış üç min doqquz yüz əlli) manat lizinq ödənişinin edildiyini (ümumilikdə, ******* (bir milyon doqquz yüz on beş min yüzaltı) manat), lakin lizinq obyektlərindən cəmi 3 il istifadə edə bildiyini müəyyən etsə də, ilk iddiaçının hüququndan sui-istifadə edərək, lizinq müqavilələrinin ləğvini və lizinq obyektinin geri qaytarılmasını tələb etmədən, qarşılıqlı iddiaçıdan lizinq borcunun tələb etməsinə düzgün qiymət verməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdeh X10 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər.
17. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
19. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
20. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
23. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsassızdır.
28. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
29. Lakin hazırki işdə cavabdeh X5 lizinq ödənişləri üzrə borcun tutulması üçün əsaslar mövcud deyildir.
30. Belə ki, lizinq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 38-ci fəslinin müddəalarından da göründüyü kimi qanunverici lizinq ödənişlərinə anlayış verərkən ona məhz lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər kimi qiymət vermişdir.
31. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
32. Göründüyü kimi həm lizinq münasibətlərini tənzimləyən qanunvericilik normalarında, həm də tərəflər arasında bağlanmış müqavilə şərtlərində lizinq ödənişlərinin məhz lizinq obyektindən istifadəyə görə ödənilməli olduğu qeyd edilmişdir.
33. Hazırki işdə isə "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmrinə əsasən lizinq obyekti olan tutumu 5000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılması, həmin tarixli aktla lizinq avadanlıqlarının istismarının, yəni istifadəsinin dayandırılması işin mübahisəsiz halıdır.
34. Hazırda tələb olunan borc isə lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləğidir.
35. Bu baxımdan kollegiyası hesab edir ki, ilk iddia üzrə tələb olunan borc iddiaçı tərəfindən lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olduğundan ilk iddia rədd edilməlidir.
36. Bununla yanaşı kollegiya hesab edir ki, qarşılıqlı iddia qismən əsaslıdır.
37. Belə ki, qarşılıqlı iddiada irəli sürülmüş birinci tələb vurulmuş 50000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
38. Kollegiya hesab edir ki, həmin tələb təmin edilməlidir.
39. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
40. Hazırki işdə də bu əsaslar müəyyən edilir.
41. Belə ki, yuxarıda da qeyd olunduğu kimi "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmri ilə yaradılmış komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə tərtib edilmiş 03 fevral 2016-cı il tarixli akta əsasən lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır.
42. Eyni zamanda həmin aktda soyuducu anbarda lizinq alana məxsus 100 ton toxumluq (nevskiy sort) kartof və 7 ton nar olduğu və məhsulları soyuducu anbardan götürmək üçün "xxxx" ASC tərəfindən şərait yaradılacağının bildirildiyi qeyd olunmuşdur.
43. Göründüyü kimi cavabdehə məxsus 100 ton toxumluq (nevskiy sort) kartofun həmin anbarda "xxxx" ASC tərəfindən plomblanaraq saxlanılması sonuncunun tərtib və təsdiq etdiyi aktla sübut olunur.
44. Eyni zamanda həmin aktda məhsulları soyuducu anbardan götürmək üçün şərait yaradılacağı qeyd olunsa da, bu işin halları ilə müəyyən olunmur.
45. "xxxx" ASC də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
46. Eyni zamanda X10, X16, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitunun aqronomu X3 və soyuducu anbarın işçisi X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən X6 lizinqə götürdüyü Xırdalan şəhəri Sənaye zonası Həsən Əliyev küçəsi ünvanında yerləşən soyuducu anbara baxış keçirilən zaman həmin anbarda toxumluq kartofun və narın xarab olduğu müəyyən edilmişdir.
47. Göründüyü kimi lizinq obyekti olan soyuducu anbarın iddiaçı tərəfindən plomblanması nəticəsində onun içərisində qalan cavabdehə məxsus 100 ton toxumluq (nevskiy sort) kartof yararsız olmuşdur.
48. Bu baxımdan kollegiya hesab edir ki, X4 dəymiş zərər kimi 100 ton toxumluq (nevskiy sort) kartofun dəyərinin "xxxx" ASC-dən tutulmasını tələb etməkdə haqlıdır.
49. Dəymiş zərərin məbləği isə aşağıdakı qaydada müəyyən olunmalıdır.
50. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 25 avqust 2015-ci il tarixdə X10 (təminatçı kimi) ilə X11 (təşkilatçı kimi) arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanılmışdır. Müqavilənin predmeti tərəflərin qanuni istifadəsində və sahibliyində olan istehsal vasitələrinin, texnoloji avadanlıqların, torpaq sahələrinin və maliyyə vəsaitlərinin səmərəli istifadəsini həyata keçirərək birgə fəaliyyət göstərməsi təşkil edilir.
51. Həmin müqaviləyə uyğun olaraq 27 noyabr 2015-ci il tarixdə X10 ilə X11 arasında akt tərtib edilmişdir. Həmin aktda tərəflər arasında xx.xx.2015-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasından 100 ton “Nevskiy” sort toxumluq kartofun alınıb ölkəyə gətirilməsi, bununla bağlı lazım olan icazələrin alınması və digər zəruri sənədləşmə işlərinin aparılması, vergi və rüsumların ödənilməsi üçün 50000 manat pul vəsaiti nağd formada X10 tərəfindən X8 verilməsi qeyd edilmişdir.
52. Həmçinin X10 tərəfindən məhkəməyə təqdim edilən 13 mart 2023-cü il tarixli müstəqil auditor hesabatına əsasən fiziki şəxs Tofik Məhəmmədoviç tərəfindən 100 ton kartof toxumunun dəyərinə 50000 manat məbləğində nağd formada pul verilmişdir.
53. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, lizinq obyektində iddiaçı tərəfindən plomblanaraq saxlanılmış və bunun nəticəsində yararsız hala düşmüş 100 ton kartof toxumununun dəyəri 50000 manat təşkil edir.
54. Bu baxımdan kollegiya hesab edir ki, X10 dəymiş zərərə görə 50000 manat məbləğində pulun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin tələb tam təmin edilməlidir.
55. Bununla yanaşı kollegiya hesab edir ki, qarşılıqlı iddiada irəli sürülmüş 760000 manat əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələb təmin edilə bilməz.
56. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir.
57. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
58. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
59. Çünki X10 əvvəlki illərdə bu işlərin həyata keçirtdiyini və qarşılıqlı iddia ərizəsində qeyd etdiyi nisbətlərdə gəlir əldə etdiyini təsdiq edən maliyyə və mühasibatlıq sənədlərini təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
60. X10 tərəfindən məhkəməyə təqdim edilmiş 13 mart 2023-cü il tarixli müstəqil auditor hesabatı isə əldən çıxmış faydanın mövcüd olduğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
61. Çünki, həmin rəyin kartof toxumunun əkilməsi və gəlirin əldə edilməsi ilə bağlı hissəsi hər hansı maliyyə və ya mühasibat sənədləri ilə əsaslandırılmamışdır.
62. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.
63. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri digər hissələrdə də əsassızdır.
64. Belə ki, iddianın həmin hissələrdə təmin edilməsi üçün ilkin olaraq lizinq avadanlığının istismarının dayandırılmasında "xxxx" ASC-nin hərəkətlərinin qanunsuz olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.
65. Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
66. Tərəflər arasında bağlanmış 28 avqust 2012-ci tarixli, 37-LA/12 və 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələrinin 5.1 və 5.1.5-ci bəndinə əsasən avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab edilir.
67. Həmin müqavilələrin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir.
68. Həmin müqavilələrin 5.6-cı bəndinə əsasən lizinq alan 5.2-5.4-cü bəndlərin tələblərini yerinə yetirmədikdə lizinq verən birtərəfli qaydada müqaviləni ləğv edir, avadanlığın istismarını dayandırır, vurduğu zərərin və avadanlığın dəyərinin 10%-i məbləğində cərimənin lizinq alandan alınması üçün məhkəməyə müraciət edir.
69. Hazırki iş üzrə də X10 tərəfindən müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulan məbləğlərin ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi işin mübahisələndirilməyən halıdır.
70. Lizinq müqavilələrinin məzmunundan göründüyü kimi ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halında avadanlığı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürmək, əvvəllər ödənilmiş məbləği özündə saxlamaq, vurulmuş zərərin tam ödənilməsini tələb etmək, birtərəfli qaydada müqaviləni ləğv etmək və avadanlığın istismarını dayandırmaq lizinq verənin hüququ kimi müəyyən olunmuş və lizinq verən bu hüququndan istifadə edərək avadanlığın istismarını dayandırmışdır.
71. Bu baxımdan kollegiya hesab edir ki, "xxxx" ASC-nin hərəkətləri müqavilə şərtlərinə uyğun həyata keçirildiyindən lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmaması, heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlməyə məruz qalmasında təqsiri müəyyən oluna bilməz və buna görə də, qarşlılıqlı iddia həmin hissələrdə sübutlar (ekspert rəyi və s.) araşdırılmadan rədd edilməlidir.
72. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiada irəli sürülmüş 50.000 manat zərərin rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-375/2022 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddiada irəli sürülmüş 50.000 manat zərərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən 50.000 manat məbləğində pul vəsaiti tutularq X9 ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn