Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-255/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2- 2(113)-5044/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. . İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RMK27/11/18 saylı alqı-satqı müqaviləsinə əsasən:
2. xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 574179 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13730 manat dəyərində, xx.xx.2019- cu il tarixli, EBAD seriyalı, 574522 saylı e-qaiməyə əsasən 3323,03 manat dəyərində və xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 565238 saylı e-qaiməyə əsasən 1007,41 manat dəyərində mal satışı həyata keçirildiyi qeyd olunmuşdur.
3. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarı ilə MMC xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-yə qoşulmuş və qoşulma ilə əlaqədar "xxxx" MMC 01 mart 2021-ci il tarixdən ləğv edilmişdir.
4. xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən "xxxx" MMC-nin bütün borclular və kreditorlar qarşısında öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri 01 mart 2021-ci il tarixdən yeni yaradılmış və hüquqi varisi olan İddiaçı MMC-yə keçir. İddiaçı MMC-nin təsis sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Bş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alındığı gündən "xxxx" MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varis hesab olunur.
5. xx.xx.2023-cü il tarixli, 34 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə müəssisəyə xx.xx.2023-cü il tarixinə olan borcu ƏDV daxil 17417,93 manat (14451,75 manat əsas məbləğdən, qalıq borcu 2094,4 manat ƏDV məbləğdən qalıq borcu və 871,8 manat əsas məbləğ üzrə "xxxx" MMC şirkətindən birləşmə əsasında daxil olan qalıq borc) təşkil edir.
6. xx.xx.2023-cü il tarixli 156 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 3000 manat məbləğində vəsait İddiaçı MMC-nin hesabına köçürülmüşdür. (EBAD 574179-əsas)
7. Satış təmsilçisinə aid müştərilərin borc üzləşmə aktına əsasən RM Kimya MMCnin xx.xx.2023-cü il tarixə yekun borcu 13006,15 manat olduğu qeyd olunmuş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən RMK-27/11/18 saylı 27 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 13006,15 manat pul vəsaitinin, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh arasında RMK-27/11/18 saylı 27 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalamışlar. Həmin müqavilənin predmetini İddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında metal tikinti materiallarının satışını və bu müqavilənin şərtlərinə uyğun olaraq bu mal-materialın qiymətinin ödənilməsi münasibətləri təşkil edir. Lakin xx.xx.2023-cü il tarixədək İddiaçı malları təchiz etsə də - məlum olmayan səbəblərdən Cavabdeh müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal materialın qiymətini tam ödəməyərək ƏDV daxil 17417,93 manat məbləğində öhdəlik icra edilməmiş qalmışdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli Üzləşmə Aktı mövcuddur. Həmin akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə qarşı 16.546,15 manat borcu yaranmışdır. Məhkəmə prosesi getdiyi dövrdə isə borclu müvafiq ödənişi yerinə yetirərək həmin borc qalığını 13006,15 manata endirmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli Üzləşmə Aktı bağlanaraq Cavabdeh MMC-nin İddiaçı MMC-yə 13006,15 manat qalıq borcunun olduğu təsdiq edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5044/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia təmin edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə və borcun üzləşdirmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 13006,15 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5044/2023 nömrəli qətnaməsini ləğv edilərək iddia tələbinin qismən - 8878 manat hissəsində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə avans olaraq 5000 manat alaraq sonradan onu nəzərə almadan 13006,15 manat borcu təsdiq etmişdir. Cavabdeh akt üzrə xx.xx.2023-cü il tarixə həmin borcu üzləşmə aktı ilə ona görə təsdiq etmişdir ki, həmin borc qaimə ilə cavabdehə vurulmuşdu. Lakin faktiki olaraq cavabdehin iddiaçıya 8878 manat borcu var. Məhkəmə bütün iclasları cavabdehin iştirakı olmadan baxmışdır. Cavabdehə bir dəfə zəng vurmamış, bir tərəfli mövqedən çıxış edərək qərar qəbul etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh cəmiyyət tərəfindən iddiaçıya 15000 manat, xx.xx.2019-cu il tarixdə isə 5000 manat pul avans olaraq verilmişdir. 15000 manatın əvəzləşdirilməsi aparılsa da 5000 manat pul açıq qalmışdır. Düzdür onlar tərəfindən cavabdehə xx.xx.2019 cu il tarixli EBAD seriyalı 574179 saylı eqaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 13730 manat dəyərində, xx.xx.2019-cu il tarixli EBAD seriyalı, 574522 saylı e-qaiməyə əsasən 3323,03 manat dəyərində, xx.xx.2020-ci il tarixli EBAR seriyalı, 565238 saylı e-qaiməyə əsasən 1007,41 manat dəyərində mal verilmişdir. Sonra cavabdeh iddiaçıya bildirmişdir ki, artıq qaimələr açılıb, ləğv etmirsiz heç olmasa aralarında iddiaçının cavabdehə borclu olduğu 5000 manat pulu əvəzləşdirsinlər. İddiaçı aldadaraq hətta xx.xx.2023-cü il tarixdə Barışıq Sazişi tərtib edərək bildirmişdilər ki, qaimə üzrə borc təsdiq olunsa da Barışıq Sazişi ilə 8878 manat borcu təsdiqləyərək məhkəməni dayandıracağıq. Cavabdehi də əmin etdilər ki, siz prosesə gəlməyin, özümüz həll edəcəyik. Belə görünür ki, iddiaçı cavabdehi aldadaraq 13006,15 manat borcu tələb etməyi davam etmişdir. İddiaçı tərəfindən göstərilənlərlə sübutları tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə yazılı etiraz verərək, məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə- satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 579.1-ci maddə- əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə (4128,15 manat manat borcla bağlı) yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2023cü il tarixli e-2-2(113)-5044/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə mallar satılmış, iş materiallarının 51-ci vərəqinə kağız daşıyıcıda əsli əlavə edilmiş üzləşmə aktından görünür ki, cavabdeh üzləşmə aparıldığı xx.xx.2023-cü il tarixə iddiaçıya 130006,15 manat borc qalığı olduğunu təsdiq etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən üzləşmə aparıldığı tarixdən sonra hər hansı ödəniş həyata keçirildiyi sübut edilmədiyindən iddia qeyd edilən məbləğin cavabdehdən tutulması hissəsində qanuni və əsaslıdır.
20. Cavabdeh apellyasiya şikayətində faktiki borc 8878 manat olduğu halda, eqaimə təsdiq edildiyi üçün üzləşmə aktında 130006,15 manat borc qalığı olduğunu təsdiq etdiklərini bildirsə də, bu mülahizə heç bir sübutla təsdiq edilmir və məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Belə ki, cavabdeh almadığı malla bağlı üzləşmə aktı imzalamaq əvəzinə elektron qaiməyə düzəliş edilməsi üçün müraciət etməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilnəməli, xx.xx.2023-cü il tarixli e-2-2(113)-5044/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5044/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyini andan qanuni qüvvəyə minir.