Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-257/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh «xxxxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı «xidmət münaviləsi üzrə borcun ödənilməsi tələbinə dair» ilkin və «xxxxxxxxxxxxxxxxxxx» MMCnin isə İddiaçı MMC-yə qarşı təhvil-təslim aktlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı – iddia tələblərinə dair kommersiya mübahisəsi tərəflərin məhkəməyə təqdim olunmuş «iddiadan imtina barədə» ərizələrinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-333/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək xx xxxxxx 2017-ci il tarixli JT-İMP-17- 001 nömrəli xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən 86.442,31 və 14000 ABŞ dolları məbləğində əsas borc, 1000 (min) manat dəbbə pulu, cəmi 87.442,31 manat və 14000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ilkin icdianın qalan hissəsi və qarşılıqlı iddia tam rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-635/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilərək, nəticə hissəsində «86.442,31 manat» «77.437,31 manat» sözləri, «87.442,31 manat» isə «78.437,31 manat» sözləri ilə əvəz edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 34/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, xx.xx.2020-ci il tarixdə hər iki tərəf ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək aralarındakı mövcud mübahisənin aradan qalxdığından iddialarından imtina etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş ərizəçilər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 376.2-ci maddəsinə əsasən tərəflərin ərizəsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, tərəflərin ərizələri təmin olunmalıdır. Belə ki, tərəflərin iddiadan imtina barədə ərizələri, onların qanuni təmsilçiləri (ilkin iddiaçının direktoru Fərid Hidayətov, qarşılıqlı iddiaçının qanuni təmsilçismi Sahib Səmədov) tərəfindən imzalanmış və müəssisəlrin dairəvi möhürləri ilə təsdiq olunmuşdur. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində isə nəzərdə tutulur ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmazsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmazsa, məhkəmə belə hərəkətləri qəbul edir və belə hallarda məhkəmə işə mahiyyəti üzrə baxmır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiya məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinin tələbindən görünür ki, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinin məzmunundan görünür ki, iddiaçının iddiadan imtina etməsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinin məzmunundan isə görünür ki, hakim iddiaçının iddiadan imtina etməsinə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd edilən tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiadan imtina hər iki tərəfin qanunvericiliklə müəyyən edilən hüququdur və bu imtina onların qarşılıqlı mənafeyinə uyğun olub, digər şəxslərin mənafeyini pozmur. Ona görə də məhkəmə onların iddiadan imtinasını qəbul edir və hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-333/2019 saylı xx.xx.2019-cu qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası MPM-in 191.2-ci və 262.4-cü maddələrinin tələbləri baxımından izah edir ki, iddiaçıların iddiadan imtinası ilə əlaqədar işin icraatına xitam verilməsi, onlar arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsini yolverilməz edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin İddiaçı MMC-nin və qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin iddiadan imtina barədə ərizələri təmin edilsin. Hər iki tərəfin iddiadan imtinası qəbul edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-333/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-257/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-257/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver