Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-258/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1905/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 18011- S037871/680539 saylı kredit limiti müqaviləsi və həmin müqaviləyə əlavə olaraq bağlanmış xx xxxxxx 2018-ci il tarixli Razılaşma və xx xxxxxx 2019-cu il tarixli Razılaşmanın ləğv edilməsi, habelə cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2018-ci il tarixli Razılaşma üzrə 31619,83 manat məbləğində əsas kredit borcu, 1428,56 manat məbləğində faiz borcu, 29,91 manat məbləğində cərimə olmaqla, cəmi 33078,3 manat məbləğində borc və xx xxxxxx 2019-cu il tarixli Razılaşma üzrə 12119,53 manat məbləğində əsas kredit borcu, 635,31 manat məbləğində faiz borcu, 18,38 manat məbləğində cərimə olmaqla, cəmi 12773,22 manat məbləğində (ümumilikdə isə 45851,52 manat) pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1905/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli 18011-S037871/680539 saylı kredit limiti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə (illik 22% dərəcəsi ilə) 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndindəki 0,12 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit limiti müqaviləsi çərçivəsində həmin tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli razılaşma bağlanmış və razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 30 ay müddətinə illik 22% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit limiti müqaviləsi çərçivəsində həmin tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli razılaşma bağlanmış və razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 22% dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin müraciəti əsasında həmin kredit müqavilələri üzrə 45851,52 manat məbləğində borc üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndindəki 0,12 ha torpaq sahəsinə yönəldilməsinə dair Bakı şəhəri 04 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2020-ci il tarixli 8i-579 saylı icra qeydi verilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı ilə həmin icra qeydi əsasında icra icraatına başlanmış, “X1 Mərkəzi” MMC tərəfindən həmin ipoteka predmeti olan torpaq sahəsi ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarılmış və xx.xx.2020-ci il tarixdə ipoteka saxlayan İddiaçı ASC tərəfindən 51.000 manat dəyərində əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda isə İddiaçı ASC həmin kredit müqaviləsi üzrə 45851,52 manat məbləğində borcun borcalan Cavabdeh1 və zamin Cavabdeh2 birgə qaydada tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi iddianın əsası və predmetini təşkil edən kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka predmetinə yönəldilməsinə dair notariusun icra qeydi mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə görə isə notariusun icra qeydləri icrası məcburi olan məhkəmə qərarları ilə eyni qüvvəyə malikdirlər. Belə olan kollegiya hesab edir ki, qeyd olunan kredit müqaviləsi üzrə borcun tutulması tələblərinə məhkəmə qaydasında baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bundan başqa kollegiya nəzərə alır ki, notariusun icra qeydi əsasında başlanmış icra hərəkətləri başa çatdırılmış və hazırkı işdə iddiaçı tərəfindən tələb olunan 45851,52 manat məbləğində kredit borcu ipoteka predmeti olan əmlak hesabına tam olaraq ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1905/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-258/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-258/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver