Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-259/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X1 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-3672/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 20600 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qismində çıxış edən İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasını və 20000 manat həcmində dəymiş zərərin, 2536 manat məbləğində faiz borcunun, 157 manat dövlət rüsumu olmaqla, ümumilikdə 22693 manat həcmində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-3672/2022 saylı qətnaməsi ilə ilkin iddiası təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-3672/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edlməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən elektron qaydada imzalanaraq elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş ərizədə tərəflər arasında 27 aprel 2023-cü ilin tarixində barışıq sazişinin imzalandığı göstərilmiş, həmin sazişin qəbul edilməsi və təsdiq edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslər barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış 2023-cü il 27 aprel tarixli barışıq sazişində aşağıdaklar göstərilmişdir: Bir tərəfdən, bundan sonra “Birinci tərəf adlanacaq İddiaçı MMC-etibarnamə üzrə nümayəndə X2 şəxsində, Digər tərəfdən, bundan sonra “İkinci tərəf” adlanacaq Cavabdeh MMC-direktor X6-aşağıdakı şərtlərlə bu barışıq sazişini bağladılar. “Birinci tərəf” və “İkinci tərəf” (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)-259/2023 saylı iş üzrə mübahisəni Sazişinin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər. 2.1. Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 20.600 (iyirmi min altı yüz) manat təşkil edir. 2.2. “İkinci tərəf” borc məbləğinin 10.600 (on min altı yüz) manat hissəsini və “birinci tərəf”in dövlət rüsumu kimi ödədiyi 151,80 (yüz əlli bir manat səksən qəpik) manatı 50% hissəsi olan 75,90 (yetmiş beş manat doxsan qəpik), cəmi 10 675,90 (on min altı yüz yetmiş beş manat doxsan qəpik) manatı hazırkı Saziş bağlandıqdan sonra növbəti 3 gün ərzində “birinci tərəf”ə ödəyir. “İkinci tərəf” qalan 10000 (on min) manat borcu “Birinci tərəf”in “İkinci tərəf”ə bu Sazişin 2.3-cü bəndi ilə tətbiq edəcəyi güzəşt məbləği həcmində və güzəştin tətbiq edilmə vaxtı ilə eyni gündə ödəniş etməklə ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər razılığa gəlirlər ki: 2.3.1. “İkinci tərəf” “Birinci tərəf”ə “Günaydın extra” markalı un məhsulunu xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay ən azı 40 (qırx) ton sifariş verir; 2.3.2. “Birinci tərəf” “İkinci tərəf”in sifariş verdiyi un məhsulunu ən geci 3 (üç) gün ərzində çatdırır; 2.3.3. Hər 50 (əlli) kq-lıq bir kisə unun qiyməti 35 (otuz beş) manat müəyyən edilir. 2.3.4. “İkinci tərəf” hər qaimə üzrə təqdim edilmiş malın dəyərini növbəti 47 (qırx yeddi) günün tamamında “Birinci tərəf”ə ödəyir; 2.3.5. “Birinci tərəf” “İkinci tərəf”in qaimələr üzrə həyata keçirəcəyi ödənişlərin 3 (üç) faiz həcmində güzəşt tətbiq edir və həmin məbləğin ödənişini tələb etmir. Lakin güzəşt məbləği yalnız vaxtında ödənilmiş məbləğə tətbiq ediləcəkdir. Bu sazişin 2.3.4-cü bəndində nəzərdə tutulmuş müddətdən gec həyata keçirilmiş ödənişlərə görə güzəşt tətbiq edilməyəcək; 2.3.6. Respublika bazarın da hər bir 50 (əlli) kq-lıq kisələrin qiymətində 50 (əlli) qəpik və daha çox qiymət dəyişikliyi (ucuzlaşma və ya bahalaşma) müşahidə edilərsə, bu zaman tərəflər Bu Sazişi 2.3.3-cü bəndində göstərilən qiymətə, baş vermiş dəyişiklik məbləğinə mütənasib olaraq yeni qiymətlər müəyyənləşdirməkdə haqlıdırlar. 2.3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq saziş imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxəsi saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsələhətçiləri tərəfindn izahlar verilmişdir. Mülki Prosessual Məcəllənin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi mövcud mübahisənin məhkəmədənkənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razılaşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. MPM-in 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2023-cü 27 aprel tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud olmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 384.0.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir MPM-in 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261.0.5, 262.4, 384.0.5, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2023-cü il 27 aprel tarixində bağlanmış, aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Hazırki iş üzrə tərəflər arasında bağlanmış 2023-cü il 27 aprel tarixli barışıq sazişində aşağıdaklar göstərilmişdir: Bir tərəfdən, bundan sonra “Birinci tərəf adlanacaq İddiaçı MMC-etibarnamə üzrə nümayəndə X2 şəxsində, Digər tərəfdən, bundan sonra “İkinci tərəf” adlanacaq Cavabdeh MMC-direktor X6-aşağıdakı şərtlərlə bu barışıq sazişini bağladılar. “Birinci tərəf” və “İkinci tərəf” (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)-259/2023 saylı iş üzrə mübahisəni Sazişinin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər. 2.1. Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 20.600 (iyirmi min altı yüz) manat təşkil edir. 2.2. “İkinci tərəf” borc məbləğinin 10.600 (on min altı yüz) manat hissəsini və “birinci tərəf”in dövlət rüsumu kimi ödədiyi 151,80 (yüz əlli bir manat səksən qəpik) manatı 50% hissəsi olan 75,90 (yetmiş beş manat doxsan qəpik), cəmi 10 675,90 (on min altı yüz yetmiş beş manat doxsan qəpik) manatı hazırkı Saziş bağlandıqdan sonra növbəti 3 gün ərzində “birinci tərəf”ə ödəyir. “İkinci tərəf” qalan 10000 (on min) manat borcu “Birinci tərəf”in “İkinci tərəf”ə bu Sazişin 2.3-cü bəndi ilə tətbiq edəcəyi güzəşt məbləği həcmində və güzəştin tətbiq edilmə vaxtı ilə eyni gündə ödəniş etməklə ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər razılığa gəlirlər ki: 2.3.1. “İkinci tərəf” “Birinci tərəf”ə “Günaydın extra” markalı un məhsulunu xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay ən azı 40 (qırx) ton sifariş verir; 2.3.2. “Birinci tərəf” “İkinci tərəf”in sifariş verdiyi un məhsulunu ən geci 3 (üç) gün ərzində çatdırır; 2.3.3. Hər 50 (əlli) kq-lıq bir kisə unun qiyməti 35 (otuz beş) manat müəyyən edilir. 2.3.4. “İkinci tərəf” hər qaimə üzrə təqdim edilmiş malın dəyərini növbəti 47 (qırx yeddi) günün tamamında “Birinci tərəf”ə ödəyir; 2.3.5. “Birinci tərəf” “İkinci tərəf”in qaimələr üzrə həyata keçirəcəyi ödənişlərin 3 (üç) faiz həcmində güzəşt tətbiq edir və həmin məbləğin ödənişini tələb etmir. Lakin güzəşt məbləği yalnız vaxtında ödənilmiş məbləğə tətbiq ediləcəkdir. Bu sazişin 2.3.4-cü bəndində nəzərdə tutulmuş müddətdən gec həyata keçirilmiş ödənişlərə görə güzəşt tətbiq edilməyəcək; 2.3.6. Respublika bazarın da hər bir 50 (əlli) kq-lıq kisələrin qiymətində 50 (əlli) qəpik və daha çox qiymət dəyişikliyi (ucuzlaşma və ya bahalaşma) müşahidə edilərsə, bu zaman tərəflər Bu Sazişi 2.3.3-cü bəndində göstərilən qiymətə, baş vermiş dəyişiklik məbləğinə mütənasib olaraq yeni qiymətlər müəyyənləşdirməkdə haqlıdırlar. 2.3. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq saziş imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxəsi saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsələhətçiləri tərəfindn izahlar verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-3672/2022 saylı qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilsin. İzah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-259/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-259/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver