Məhkəmə qərarları › İş №2-2(103)-261/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-261/2020

17.06.2020 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-261/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsiərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fərdi sahibkar Maraqlı şəxs tərəfındən dövlət büdcəsinə olan ümumilikdə 14.125,84 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosessual pozuntuya yol verilərək işə onun iştirakı olmadan baxılmışdır. Bundan əlavə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı onun barəsində qəbul edilən **********737200, **********923100, **********5655500 saylı qərarların ləğv edilməsi barədə iddia qaldırılmasına baxmayaraq məhkəmə ərizəni təmin etmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, maraqlı şəxsə iclasın vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-920/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə 14.125,84 manat məbləğində vergi borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. İstinad edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinin ərizəsini əsaslı hesab edərək təmin etmişdir. İşə apellyasiya qaydasında baxılarkən vergi orqanı tərəfindən Maraqlı şəxs şəxsi hesab vərəqi təqdim edilmiş və sahibkarın vergi borcunun artaraq 14421,25 manat olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanının vergilərin hesablanması barədə qərarlarının inzibati icraat qaydasında mübahisələndiriləməsi həmin qərarların ləğvi barədə qərar qanuni qüvvəyə minmədən Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tətbiqini istisna etmədiyindən mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar