Məhkəmə qərarları › İş №2-2(103)-262/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-262/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-262/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7576/2024 saylı qətnaməsindən İddiaçı MMC-nin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12988,16 manat məbləğ üzrə 606 gün gecikdirilmiş müddət üzrə borc 1078,19 manat, 9446,10 manat məbləğ üzrə 532 gün gecikdirilmiş müddət üzrə borc 688,35 manat, müqavilə üzrə 12988,16 manat və 9446,1 manat məbləğ üzrə ümumi məbləğin 30 faiz dəbbə pulu 6730,27 manat, iş üzrə vəkilə ödənilmiş 1000 manat xidmət haqqı olmaqla, ümumilikdə 9496,81 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 115 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7576/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, apellyasiya şikayətini iddiaçının vəkili Vəkil imzalamışdır. Lakin Elektron Məhkəmə İnformasiya Sistemində və iş materiallarında İddiaçı MMC tərəfindən Vəkil adına verilmiş yalnız 13 sentyabr 2024-cü il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamənin müddəti 31 dekabr 2024-cü il tarixdə başa çatmışdır. Hazırki şikayət isə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Belə olan halda isə apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyini, eləcə də Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7576/2024 saylı qətnaməsindən İddiaçı MMC-nin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar