Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-263/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3850/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2021-ci il tarixli 1756/M21 saylı alqısatqı müqaviləsi üzrə 44.875,51 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.487.55 manat məbləğində dəbbə pulu və xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.499,31 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,57 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-Satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh MMC-nin sifarişləri əsasında, aralarında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh təhvil aldığı məhsullara görə İddiaçı MMC-nə olan 44.875,51 manat məbləğində borcunu ödəməmişdir. Tərəflər arasında razılıqlı şəkildə bağlanılmış və təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 1756/M21 saylı müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-i kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş dəbbə pulu məhsulların ümumi məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 4.487,55 manat məbləğində dəbbə pulu yaranmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin İddiaçınə qoşulması nəticəsində İddiaçı yenidən təşkil edilmişdir və o "xxxx" MMC-nin hüquqi varisidir. "xxxx" MMC ilə Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli D/Q- 144/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişləri əsasında, imzalanmış malların təhvil-qəbul aktlarına əsasən ayrı-ayrı tarixlərdə "xxxx" MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı məhsullara görə "xxxx" MMC-yə olan 44.993,12 manat məbləğində borcunu ödəməmişdir. X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə "xxxx" MMC-yə 44993,12 manat əsas, borcun ödənilməsinin gecikdirilməsinə görə 4499,31 manat məbləğində dəbbə pulu yaranmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 3850/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən əsas borc üzrə 44.875 (qırx dörd min səkkiz yüz yetmiş beş) manat, 51 (əlli bir) qəpik, cərimə borcu üzrə 2200 (iki min iki yüz) manat, cəmi 47.075 (qırx yeddi min yetmiş beş) manat, 51 (əlli bir) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 44.993 (qırx dörd min doqquz yüz doxsan üç) manat, 12 (on iki) qəpik, cərimə borcu üzrə 2.200 (iki min iki yüz) manat cəmi 47.193 (qırx yeddi min yüz doxsan üç) manat, 12 (on iki) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pulun Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 (bir yüz altmış iki) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3850/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndirirlər. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş edir. Üzləşmə aktının olması malın verilməsini təsdiq etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.əks olunması nəzərdə tutulmuşdur. Digər şübhəli məqam ondan ibarətdir ki, iddiaçının iddia etdiyi kimi və təqdim etdiyi kimi mal verilirdisə və malın dəyəri ödənilmirdisə niyə mal verilirdi. İddiaçı tərəfindən təqdim edilən təchizat müqaviləsinə əsasən verilmiş malların dəyəri 14 gün ərzində ödənilməli idi. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Nümayəndə1 tərəfindən imza edilməyib. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Nümayəndə1 olmuşdur. Ümumiyyətlə, müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Nümayəndə1 tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, başqa şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Nümayəndə1 olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Həmçinin aktlardakı ştampların müəssisəyə məxsus olub-olmamasını və üzləşmə aktlarının kimə məxsus olmasını araşdırmamışdır. Bu səbəbdən həmin sənədlər etibarsızdır. Məhkəmə həmin sənədlərin həqiqiliyini araşdırmamış qətnamə qəbul etməməli idi. Məhkəmə həmçinin öz mülahizəsinə əsasən müqavilənin bağlanmış olduğu qənaətinə gəlmişdir. Müqavilədəki imzanın həqiqiliyi məhkəmə tərəfindən yoxlanmalıdır. Həmçinin aktların kimlər tərəfindən imzalanması və həmin şəxslərin səlahiyyətli şəxs olması məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, hər iki müqavilə Cavabdeh MMC-nin (əvvəlki adı “X2” MMC) direktoru Nümayəndə1 tərəfindən imza, möhürlə təsdiq olunmuş və daha sonra cavabdehin sifarişi əsasında müxtəlif adlı, çeşidli mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Hər iki müqavilə şərtlərinə əsasən müqavilənin dəyəri elektron qaimə fakturaların cəmi təşkil edir. Qeyd etmək istəyirlər ki, borcu təsdiq edən bütün sənədlər tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Cavabdehin apellyasiya şikayəti verməkdə əsas məqsədi icraatı qəsdən yubandırmaq və ödənişi gecikdirməkdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
16. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
17. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
18. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
22. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
25. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (əvvəlki adı “X3” MMC) (alıcı) arasında xx.xx.2021-ci il tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli 01 nömrəli və 02 nömrəli qiymətlərin razılaşdırılması protokolları imzalanmışdır.
26. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür.
27. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən mallar alıcıya keyfiyyət və kəmiyyətə uyğun olaraq müşaiyətedici sənədlərlə təhvil verilir. Satıcı qaimə-fakturanı (və ya e-qaimə) alıcıya təqdim etməyi öz öhdəsinə götürür.
28. Müqavilə, müqaviləyə 01 və 02 əlavə saylı protokollar hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
29. 04.11.2022-ci il tarixli qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında aktdan görünür ki, “X3” MMC (indiki adı Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti) xx.xx.2022-ci il tarixə 53.583,53 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Akt hər iki hüquqi şəxsin imzası və “X3” MMC-nin möhürü ilə təsdiq olunmuşdur.
30. Elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi barədə təhvil qəbul aktları (sadə qaimələr) də, tərtib edilmiş və imzalanmışdır.
31. "xxxx" MMC (İddiaçı) ilə “X3” MMC (indiki adı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
32. Müqavilənin 1-ci bəndinə əsasən satıcı özünün istehsal etdiyi və ya satmaq üçün aldığı müxtəlif çeşidli məhsulları alıcıya satmağı, alıcı isə məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.
33. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulların ümumi dəyəri qaimə ilə müəyyən olunur. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
34. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli, **********920800 nömrəli reyestrdən çıxarışa və İddiaçı nizamnaməsinin 1.4-cü bəndinə əsasən, xx.xx.2007-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-nin İddiaçınə qoşulması nəticəsində cəmiyyət yenidən təşkil edilmişdir və "xxxx" MMC-nin hüquqi varisidir. Odur ki, İddiaçı xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.
35. EBCH seriyalı, 238568 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 9,45 manat olan, EBCG seriyalı, 104754 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 16,28 manat olan, EBCH seriyalı, 498056 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 25,56 manat olan, EBCE seriyalı, 583758 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 25,92 manat olan, EBCH seriyalı, 238566 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 28,80 manat olan, EBCH seriyalı, 224022 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 30,15 manat olan, EBCH seriyalı, 221006 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 31,86 manat olan, EBCH seriyalı, 497868 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 33,30 manat olan, EBCH seriyalı, 236974 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 39,33 manat olan, EBCH seriyalı, 239376 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 41,40 manat olan, EBCH seriyalı, 221270 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 41,84 manat olan, EBCH seriyalı, 220197 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 42,03 manat olan, EBCH seriyalı, 224033 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 43,20 manat olan, EBCH seriyalı, 224040 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,19 manat olan, EBCH seriyalı, 222604 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,19 manat olan, EBCH seriyalı, 224047 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,46 manat olan, EBCH seriyalı, 497875 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 45,26 manat olan, EBCH seriyalı, 221014 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 46,70 manat olan, EBCH seriyalı, 221022 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 48,51 manat olan, EBCH seriyalı, 220187 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 48,87 manat olan, EBCH seriyalı, 498077 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 49,77 manat olan, EBCH seriyalı, 498082 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 53,37 manat olan, EBCH seriyalı, 239365 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 53 manat olan, EBCH seriyalı, 222593 nömrəli, xx.xx.2022- ci il tarixli, dəyəri 54,54 manat olan, EBCH seriyalı, 497887 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 55,89 manat olan, EBCH seriyalı, 239463 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 56,69 manat olan, EBCH seriyalı, 400551 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 56,79 manat olan, EBCH seriyalı, 238571 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 57,24 manat olan, EBCH seriyalı, 497883 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 58,04 manat olan, EBCH seriyalı, 221024 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 59,40 manat olan, EBCH seriyalı, 220192 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 59,76 manat olan, EBCH seriyalı, 238575 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 61,38 manat olan, EBCH seriyalı, 224014 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 64,15 manat olan, EBCH seriyalı, 400498 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 66,96 manat olan, EBCC seriyalı, 314550 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 67,32 manat olan, EBCG seriyalı, 733925 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70,12 manat olan, EBCH seriyalı, 222511 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70,92 manat olan, EBCH seriyalı, 400352 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 71,26 manat olan, EBCH seriyalı, 222502 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 73,78 manat olan, EBCH seriyalı, 400333 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 74,25 manat olan, EBCH seriyalı, 221283 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 79,26 manat olan, EBCH seriyalı, 221020 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 91,26 manat olan, EBCD seriyalı, 055877 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 93,56 manat olan, EBCH seriyalı, 498048 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 103,50 manat olan, EBCH seriyalı, 221277 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 107,81 manat olan, EBCC seriyalı, 428757 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 110,22 manat olan, EBCC seriyalı, 428754 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 147,31 manat olan, EBCE seriyalı, 273140 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 164,43 manat olan, EBCE seriyalı, 272512 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 169,14 manat olan, EBCG seriyalı, 106624 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 194,68 manat olan, EBCD seriyalı, 013250 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 013191 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 023877 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 023852 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 013392 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 013251 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCE seriyalı, 682890 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 230,21 manat olan, EBCC seriyalı, 428758 nömrəli. xx.xx.2022-ci il tarixli, dəyəri 274,33 manat olan, EBCE seriyalı, 272372 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 338,31 manat olan, EBCD seriyalı, 055875 nömrəli, xx.xx.2022-ci il tarixli, 358,06 manat olan, EBCD seriyalı, 167310 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 365,91 manat olan, EBCG seriyalı, 733923 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 409,82 manat olan, EBCE seriyalı, 681468 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 485,30 manat olan, EBCD seriyalı, 484408 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 486,95 manat olan, EBCE seriyalı, 272433 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 507,45 manat olan, EBCE seriyalı, 273147 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 635,73 manat olan, EBCE seriyalı, 583754 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 646,06 manat olan, EBCE seriyalı, 273135 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 677,54 manat olan, EBCE seriyalı, 681462 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 802,24 manat olan, EBCE seriyalı, 681465 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 831,81 manat olan, EBCC seriyalı, 314554 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1244,16 manat olan, EBCC seriyalı, 757126 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 900,53 manat olan, EBCE seriyalı, 583750 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1083,33 manat olan, EBCG seriyalı, 734000 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1238,67 manat olan, EBCE seriyalı, 272435 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1377,11 manat olan, EBCC seriyalı, 624794 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1397,93 manat olan, EBCC seriyalı, 624796 nömrəli, xx.xx.2022-c il tarixli, dəyəri 1401,19 manat olan, EBCC seriyalı, 624797 nömrəli, xx.xx.2023-ci il tarixli, dəyəri 1453,91 manat olan, EBCC seriyalı, 624739 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1454,57 manat olan, EBCD seriyalı, 056051 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1505,96 manat olan, EBCC seriyalı, 314553 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1507,19 manat olan, EBCD seriyalı, 055876 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1955,11 manat olan, EBCE seriyalı, 273137 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1973,73 manat olan, EBCJ seriyalı, 181836 nömrəli, xx.xx.2022-ci il tarixli, 4046,15 manat olan, EBCH seriyalı, 398725 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 5217,06 manat olan, EBCD seriyalı, 888989 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 5720,02 manat olan elektron qaimələr iddiaçı ("xxxx" MMC) tərəfindən cavabdehə göndərilmişdir.
36. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
37. Hazırkı iş üzrə işin mübahisələndirilən halı dəyərinin ödənilməsi tələb edilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olub-olmamasıdır.
38. Elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi barədə təhvil qəbul aktları (sadə qaimələr) də, tərtib edilmiş və imzalanmışdır.
39. Müqavilələrdəki imzanın direktor Nümayəndə1 tərəfindən icra edilməməsi barədə dəlilinə gəldikdə müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması və ən əsası da həmin müqavilə əsasında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət edir.
40. Elektron qaimələrin sübut qismində qəbul edilməməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir (düzəliş edilməmiş və ya ləğv edilməmişdir).
41. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.
43. Belə olan halda isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc məbləğinə münasibətdə iddianı tam təmin etməklə xx.xx.2021-ci il tarixli 1756/M21 saylı alqı-satqı müqaviləsi üzrə 44.875,51 manat, xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.
44. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 1756/M21 saylı alqısatqı müqaviləsinin 5.1-ci və xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsinin 5.5-ci bəndlərindən irəli gəlir.
45. Belə ki, xx.xx.2021-ci il tarixli 1756/M21 saylı alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən alıcı kredtlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq qiymətlərin razılaşdırılması protokollarının müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir.
46. xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsinin 5.5-ci bəndinə əsasən alıcı məhsulların qaimə dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə müddətdə ödənilməsini gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulunu alıcıdan tələb edə bilər.
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
48. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
49. Kollegiya həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq xx.xx.2021ci il tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi üzrə 44.875,51 manat əsas borca münasibətdə 2200 manat, xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat əsas borcuna münasibətdə 2200 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3850/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. .
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov