Məhkəmə qərarları › İş №2-2(103)-268/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-268/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-268/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “Holcim (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə (əvvəlki adı «xxxxxxxxxxxxxx» MMC) qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-398/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “Holcim (Azərbaycan) Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2013-cü il tarixli, SPC/2014/023 saylı alqı-satqı müqaviləsi üzrə 311.127,64 manat əsas borc, 381.081 manat cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 692.238,64 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, SPC/2014/023 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müxtəlif növ sement məhsulları satmışdır. Cavabdeh həmin məhsulun dəyərini tam və vaxtında ödəmədiyinə görə müqavilə üzrə hazırki tarixə 311.127,64 manat borcu mövcuddur. xx.xx.2018-ci il tarixli pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda, cavabdehin ünvanına iddia ərizəsi də göndərilmişdir. Poçt rabitə xidməti pretenziya məktubunu və iddia ərizəsini cavabdehin ünvanına aparmış, lakin həmin ünvanda olmadığı məlum olmuşdur. Poçt xidmətinin müvafiq qəbzləri və aktları iddia ərizəsinə əlavə olunmuşdur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən ödəniş şərtlərinə əməl olunmadığı halda, satıcı hər bir gecikdirilmiş günə görə 0.1 faiz qədər penya və bundan yarana biləcək inzibati xərcləri tələb etmək hüququna malikdir. Həmin faizlə alqı-satqı müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə indiki tarixədək hesablanan cəriməi 381.081 manat təşkil edir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-398/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə aşağıdakı nəticəyə gəlinmişdir: «İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli, SPC/2014/023 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən 311.127 (üç yüz on bir min yüz iyirmi yeddi) manat 64 (altmış dörd) qəpik əsas borc, 3000 (üç min) manat cərimə olmaqla, cəmi 314.127 (üç yüz on dörd min yüz iyirmi yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.» Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qeyri-qanunidir. Belə ki, müqavilə üzrə hesab-fakturalar cavabdehə 2015-ci ilin iyun ayına kimi təqdim edilmişdir. Lakin iddiaçı həmin müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə 2018-ci ilin dekabr ayında müracət etmişdir. Muqavilə tələbləri üzrə iddia müddətinin keçməsinə baxmayaraq iddia qaldırılmışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Məhkəmə tərəfindən isə bu nəzərə alınmamış, əsassız qətnamə qəbul olunmuşdur. (Azərbaycan Respublikasınının Mülki Prosessual Məcəlləsinin («MPM») 384.0.2, 385.1, 386, 387.1, 388, 389 və 390-cı maddələrinə istinad olunaraq şikayətin təmin edilməsi xahiş edilir). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onuniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin qeyd olunan dəlilləri ilə razılamamış, birincisi, cavabdehin yazılı müraciətinə əsasən borcun son ödəmə müddətinin xx xxxxxx 2015-ci il tarixinədək uzadıldığını və 2015, 2016cı illərdə cavabdehin borcunu etirafedici ödənişlər etdiyini, iddiaçı tərəfindən isə xx.xx.2018-ci il tarixdə məhkəmədə iddia qaldırıldığını, belələiklə də, iddia müddətinin ötürülmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə tərəflər arasında müxtəlif növ sement məhsullarının alqı-satqı müqaviləsi (№-si SPC/2014/023) bağlandığı və həmin müqaviləyə əsasən cavabdehə sement məhsulları satıldığı və həmin məhsulların dəyərinin tam ödəmədiyi, hazırki tarixə alıcının (cavabdehin) satıcıya (iddiaçıya) 311.127,64 manat qalıq borcu qaldığı işin mübahisələndirilməyən halıdır. İş materiallarından və cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, həm işə birinci instansiya məhkəməsində baxılarkən, həm də hazırkı apellyasiya şikayətində cavabdehin MPM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilən 3 illlik iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, alıcı hər malın dəyərini əldə etdiyi tarixdən 15 gün təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. İş materiallarından isə görünür ki, mallar iddiaçı tərəfindən cavabdehə ƏDV daxil dəyəri aşağıakılardan ibarət olan qaimə-fakturalar təhvil verilmişdir: xx.xx.2015-ci il tarixli 935694 saylı qaimə-fakturaya əsasən 14352,06 manat; xx.xx.2015-ci il tarixli 935695 saylı qaimə-fakturaya əsasən 5856,55 manat; xx.xx.2015-ci il tarixli 936009 saylı qaimə-fakturaya əsasən 11495,09 manat; xx.xx.2015-ci il tarixli 936044 saylı qaimə-fakturaya əsasən 11398,68 manat, xx.xx.2015-ci il tarixli 936086 saylı qaimə-fakturaya əsasən 14878,20 manat, xx.xx.2015-ci il tarixli 936136 saylı qaimə-fakturaya əsasən 4826,48 manat, xx.xx.2015-ci il tarixli 936179 saylı qaimə-fakturaya əsasən 11422,40 manat, xx.xx.2015-ci il tarixli 936180 saylı qaimə-fakturaya əsasən 3102,74 manat, xx.xx.2015-ci il tarixli 936226 saylı qaimə-fakturaya əsasən 15472,23 manat, xx.xx.2015-ci il tarixli 936227 saylı qaimə-fakturaya əsasən 6817,87 manat, xx.xx.2015-ci il tarixli 936305 saylı qaimə-fakturaya əsasən 11376,19 manat, xx.xx.2015-ci il tarixli 936329 saylı qaimə-fakturaya əsasən 7931,30 manat, xx.xx.2015-ci il tarixli 936371 saylı qaimə-fakturaya əsasən 2467,24 manat, xx.xx.2015-ci il tarixli 936420 saylı qaimə-fakturaya əsasən 9218,66 manat, xx.xx.2015-ci il tarixli 936466 saylı qaimə-fakturaya əsasən 13570 manat, xx.xx.2015-ci il tarixli 936513 saylı qaimə-fakturaya əsasən 11457,71 manat, xx.xx.2015-ci il tarixli 936514 saylı qaimə-fakturaya əsasən 3102,74 manat, xx.xx.2015-ci il tarixli 936595 saylı qaimə-fakturaya əsasən 14176,84 manat, xx.xx.2015-ci il tarixli 936596 saylı qaimə-fakturaya əsasən 5294,37 manat, xx.xx.2015-ci il tarixli 936733 saylı qaimə-fakturaya əsasən 6363,06 manat, xx.xx.2015-ci il tarixli 936966 saylı qaimə-fakturaya əsasən 14909,23 manat, xx.xx.2015-ci il tarixli 936967 saylı qaimə-fakturaya əsasən 14794,47 manat, xx.xx.2015-ci il tarixli 936968 saylı qaimə-fakturaya əsasən 3925,15 manat, xx.xx.2015-ci il tarixli 937020 saylı qaimə-fakturaya əsasən 14157,89 manat, xx.xx.2015-ci il tarixli 937068 saylı qaimə-fakturaya əsasən 8332,53 manat, xx.xx.2015-ci il tarixli 937156 saylı qaimə-fakturaya əsasən 10325,85 manat, xx.xx.2015-ci il tarixli 937204 saylı qaimə-fakturaya əsasən 10184,82 manat, xx.xx.2015-ci il tarixli 937205 saylı qaimə-fakturaya əsasən 9308,22 manat, xx.xx.2015-ci il tarixli 937242 saylı qaimə-fakturaya əsasən 10396,46 manat, xx.xx.2015-ci il tarixli 937814 saylı qaimə-fakturaya əsasən 3279,24 manat, xx.xx.2015-ci il tarixli 937840 saylı qaimə-fakturaya əsasən 7794,84 manat, xx.xx.2015-ci il tarixli 937888 saylı qaimə-fakturaya əsasən 15121,52 manat, xx.xx.2015-ci il tarixli 937889 saylı qaimə-fakturaya əsasən 6205,48 manat, xx.xx.2015-ci il tarixli 937928 saylı qaimə-fakturaya əsasən 5009,84 manat, xx.xx.2015-ci il tarixli 937958 saylı qaimə-fakturaya əsasən 8672,72 manat, xx.xx.2015-ci il tarixli 937997 saylı qaimə-fakturaya əsasən 3472,15 manat, xx.xx.2015-ci il tarixli 938020 saylı qaimə-fakturaya əsasən 6353,53 manat, xx.xx.2015-ci il tarixli 938061 saylı qaimə-fakturaya əsasən 4438,12 manat, xx.xx.2015-ci il tarixli 938099 saylı qaimə-fakturaya əsasən 12671,16 manat, xx.xx.2015-ci il tarixli 938100 saylı qaimə-fakturaya əsasən 8492,04 manat. Göründüyü kimi, müqavilədə nəzərdə tutulan mallar xx.xx.2015-ci il tarixdən etibarən xx.xx.2015-ci il tarixə qədər qaimə-fakturalar əsasında cavabdehə təhvil verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2015-ci il tarixdə yazılı şəkildə, məktubla iddiaçıya müraciət edərək, maliyyə sıxıntılarına görə öhdəliyini icra edə bilmədiyini bildirmiş və alqı-satqı müqaviləsində ödəniş üçün müəyyən edilən 15 təqvim gününün 1 il müddətinə dəyişdirilməsini təklif etmişdir. İddiaçı isə onun bu müraciətin ünvanladığı xx xxxxxx 2015-ci il tarixdə cavab məktubunda bir il müddətini qəbul etməsə də, faktiki olaraq, həmin təklifini qismən qəbul edərək, ona 387.720 manat məbləğində borcunun dekabr ayının 15-dək tam ödənilib başa çatdırılmasına razılıq vermişdir. Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Mülki qanunvericiliyin alqı-satqı müqaviləsinin formasını nəzərdə tutmadığını, belə müqavilələrin şifahi formada da bağlanmasına yol verildiyini nəzərə alsaq, tərəflər arasındakı həmin razılıq – müqavilə üzrə ödəniş müddətinin xx xxxxxx 2015-ci il tarixinədək uzadılması kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2018-ci il tarixdə müraciət etdiyi halda, onun tərəfindən 3 illik iddia müddəti buraxılmır. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh qeyd olunan qaimə fakturalara əsasən ona təqdim olunmuş mallara görə 2015-ci ilin dekabr ayında üç ödənişi - xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə 33.243 manat və xx.xx.2016-cı il tarixində isə 10.000 manat məbləğində ödənişləri mövcud olmuşdur. Bütun bunlar işin mübahisələndirilməyən halıdır (İddiaçıya ünvanladığı xx xxxxxx 2016-cı il tarixli məktubunda isə ödənişləri davam etdirəcəyini, öhdəliklərinin yerinə yetirilməsinə zaman verilməsini ümid etdiyini bildirmişdir). Göründüyü kimi, cavabdeh borcuna görə xx.xx.2015 və xx.xx.2016-cı il tarixdə qismən ödənişlər etməklə, borcunu etiraf edən hərəkətlər etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbindən isə görünür ki, müəyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Birinci instansiya məhkəməsinin qətnaməsindəndə görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsinin nəzərə alınmaması və iddia müddəti buraxılmamış hesab olunması qanuni və əsaslıdır. Belə olan halda, cavabdehin apellyasiya şikayətinin iddia müddətinin keçməsini mübahisələndirən dəlilləri əsassızdır. Beləliklə də, iddiaçı təhvil verdiyi mallara görə 311.127,64 manat məbləğində qalıq borcunu cavabdehdən tələb etməkdə haqlı olduğu sübuta yetirilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasındakı alqı-satqı müqavilənin 3.3-cü bəndinində görünür ki, satıcı alıcını malın dəyərini 15 təqvim günündən çox gecikdirdiyi hər bir gün üçün əsas borcdan 0,1 faiz qədər penya və bundan yarana biləcək inzibati xərcləri ödəməyi tələb edə bilər. İddiaçı tələbində ödənişin gecikdirilməsinə görə cavabdehdən 381.081 manat cərimə borcunun tutulmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi qətnaməsində bununla bağlı qeyd etmişdir ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə istinadən cərimənin 3000 manat həddinədək azaldılmasını ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası birinci insmtansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, həmin cərimə məbləği iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi məbləğin heç bir faizini belə təşkil etmir. Halbuki, borcun ödənilməsi illərlə gecikdirilmişdir. Göründüyü kimi, ödənişin gecikdirilməsi nəticəsində iddiaçının əsaslı mənafelərinə xələl gələməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaya bilməzdi. Digər tərəfdən, Mülki Məcəllənin 467-ci maddəsinin tələbi baxımından, məhkəmə öhdəliyini icra etməyən və ya lazımınca icra etməyən borcluya qarşı kreditor tərəfindən irəli sürülən cərimə tələbini tam şəkildə azaltmaq, daha konkret, heç nəzərə almamaq kimi səlahiyyəti də qanunvericiliklə müəyyən olunmamışdır. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunması işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına hüquq normalarına uyğundur. MPM-in 385.2-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmənin fakitlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Cavabdeh MMC-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qeyriqanuni olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2- 2(81)-398/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-398/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən,tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar