Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-27/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı 29 oktyabr 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanmış 4 fevral 2013-cü il tarixli SS-058 №-li alqı-satqı müqaviləsi üzrə 304.712,90 manat; 05 sentyabr 2013-cü il tarixli 292 №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 2.249.545,37 manat; 10 yanvar 2014- cü il tarixli SS-016/2014 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3.558,22 manat; 6 mart 2014-cü il tarixli 02/SS-019 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1.412,28 manat; 6 mart 2014- cü il tarixli 01/SS- 009 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 738 manat; 17 mart 2014-cü il tarixli 17/SS-005 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4.809,06 manat; 21 aprel 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 1.190.410,38 manat; 21 avqust 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 25.233,80 manat; 08 dekabr 2014-cü il tarixli 141208/11-1-604/08/H №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 1.074,02 manat; 26 iyul 2016-cı il tarixli 04/160729/11-1-230 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 33.976,22 manat; 06 dekabr 2017-ci il tarixli 170220/11-1- 124 №-li xidmət müqaviləsi üzrə 1.242,00 manat - ümumilikdə cavabdehdən 3.816.712,25 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı 29 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 396.344,68 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli 2-2(103)- 275/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-ci il 29 oktyabr tarixli 2-2(82)-69/19 saylı qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilmiş, AAŞQ-dan STP-nin xeyrinə 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli xidmət müqaviləsi üzrə 362.368,46 manat, 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli alğı-satqı müqaviləsi üzrə 23.991,80 manat, 2016-cı il 26 iyul tarixli 160729/11-1-230 nömrəli alğı-satqı müqaviləsi üzrə 33.976,22 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 3 manat – ümumilikdə, 420.340 manat tutulması qət edilmiş, iddia qalan hissələrində rədd edilmiş, iş üzrə 145 manat ekspertiza xərcindən 15 manatı müvafiq hesaba köçürülməklə AAŞQ-ya, 130 manatı STPyə aid edilmişdir. İddiaçı müvafiq qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə 27.04.2021-ci il tarixli, 2-2(102)- 172/2021 saylı qərar qəbul edərək, apelyasiya instansiyasının 2020-ci il 20 avqust tarixli qətnaməsi ləğv edərək, işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin vəkili 03.02.2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq sazişi imzalandığından hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barışıq sazişinin surəti ərizəyə əlavə edilmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin əslini məhkəməyə təqdim edərək, ərizəsinin təmin edilməsini, qarşılıqlı barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Kollegiya icraat xita veilməsinə dair ərizəni və barışıq sazişini araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, tərəflər arasında tərtib olunmuş barışıq sazişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbinə dair» dair 2-2( 103)-27/2022 saylı kommersiya işinin tərəfləri: “Sumqayıt Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti Baş direktor X3 şəxsində və Cavabdeh X1 şəxsində aralarındakı mübahisəni barışıq yolu ilə həll etmək məqsədilə aşağıdakı şərtlərlə Barışıq Sazişini bağlayırlar:
1. A+A təsdiq edir ki, onun 13.01.2021-ci il tarixinə STP-yə 21 aprel 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi; 21 avqust 2014-cü il tarixli 03/SS-015 №-li alğı-satqı müqaviləsi və 26 iyul 2016-cı il tarixli 160729/11-1-230 №-li alğı-satqı müqaviləsi üzrə ümumilikdə - 420336,48 (dörd yüz iyirmi min üç yüz otuz altı manat qırx səkkiz qəpik) Azərbaycan manatı məbləğində borcu vardır.
2. A+A cəmi 420336,48 (dörd yüz iyirmi min üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat məbləğində borcun 31.12.2022-ci il tarixinədək sərbəst qrafiklə STP-yə tam ödənilməsini öhdəsinə götürür.
3. Bu Sazişlə STP 2-2(103)-27/2022 saylı iş üzrə iddia tələblərindən imtina edir və tərəflər icraata barışıq sazişi əsasında xitam verilməsini qəbul edir.
4. STP A+A-nın ona ödəməli pul məbləğinin 420336,48 (dörd yüz iyirmi min üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat olduğunu təsdiq edir və bu pul məbləği Sazişin 2-ci bəndində qeyd edilən tarixədək tam ödənildiyi halda A+A-ya bu Sazişin bağlanması tarixinədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
5. Sazişin 2-ci bəndində razılaşdırılan ödəniş gecikdiriləcəyi təqdirdə, A+A-ya cərimə tətbiq olunacaqdır. Cərimə ilə əlaqədar güzəşt müddəti 1 (bir) ay olmaqla, ödəniş gecikdirildiyi halda cərimənin hesablanmasına 2023-cü ilin fevral ayından başlanacaqdır. Cərimə gecikdirilmənin güzəşt müddətindən sonrakı hər ayı üçün Borcun gecikdirilmiş hissəsinin 1%-i (bir faizi) olmaqla, gecikdirilən hər ay üzrə müstəqil olaraq hesablanacaqdır.
6. A+A Saziş üzrə heç bir ödəniş həyata keçirməkdə cərimə Sazişlə nəzərdə tutulmuş 420336,48 manat Borca münasibətdə tətbiq olunaraq gecikdirilən hər ay üçün borcun 1%- i (bir faizi) məbləğində cərimə hesablanacaqdır.
7. Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Tərəflər Saziş üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8. Tərəflər Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxan mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Mübahisələr danışıqlar yolu ilə 10 (on) iş günü ərzində tənzimlənmədikdə, onların həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aidiyyəti məhkəmələr tərəfindən həyata keçirilir.
9. Saziş Tərəflərin onu imzaladığı və aidiyyəti məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
10. Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və hər iki Tərəf imzaladıqda və məhkəmə tərəfindən təsdiq edildikdə qüvvəyə minir.
11. Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
12. Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə, Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur, Sazişin nüsxələri müvafiq olaraq STP-də, A+A-da və məhkəmədə saxlanılır. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasınınn Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. Tərəflər öhdələrinə götürürlər ki, Barışıq Sazişinin tam və bütünlükdə icrası ilə bağlı gələcəkdə bir-birlərinə maneə ola biləcək hər hansı hərəkət və davranışlara yol verməyəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. AR MPM-in 370.1-ci maddəsinin аpelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kolegiyası hesab edir ki, barışıq sazişi tərəflərin mənafelərinə uyğun gəlir, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Prosessual qanunvericliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə barışıq sazişinin təsdiq olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı 29 oktyabr 2019-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam veriməlidir. Eyni zamanda məhkəmə kollegiyası AR MPM-in 191.2 və 262.4-cü maddələrinin tələbləri baxımından tərəflərə izah edir ki, barşıq sazişinin təsdiqi ilə əlaqədar icraat xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə ilə bağlı məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsaslanaraq və AR MPM-in 52.5, 191.1, 261.0.4, 263-264, 266-268, 384, 391, 402-406-cı maddələrini rəhbər tutaraq
qərara aldı:
“Sumqayıt Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti Baş direktor X3 şəxsində və Cavabdeh X1 şəxsində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. A+A təsdiq edir ki, onun 13.01.2021-ci il tarixinə STP-yə 21 aprel 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi; 21 avqust 2014-cü il tarixli 03/SS-015 №-li alğı- satqı müqaviləsi və 26 iyul 2016-cı il tarixli 160729/11-1-230 №-li alğı-satqı müqaviləsi üzrə ümumilikdə - 420336,48 (dörd yüz iyirmi min üç yüz otuz altı manat qırx səkkiz qəpik) Azərbaycan manatı məbləğində borcu vardır.
2. A+A cəmi 420336,48 (dörd yüz iyirmi min üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat məbləğində borcun 31.12.2022-ci il tarixinədək sərbəst qrafiklə STP-yə tam ödənilməsini öhdəsinə götürür.
3. Bu Sazişlə STP 2-2(103)-27/2022 saylı iş üzrə iddia tələblərindən imtina edir və tərəflər icraata barışıq sazişi əsasında xitam verilməsini qəbul edir.
4. STP A+A-nın ona ödəməli pul məbləğinin 420336,48 (dörd yüz iyirmi min üç yüz otuz altı manat qırx səkkiz qəpik) manat olduğunu təsdiq edir və bu pul məbləği Sazişin 2-ci bəndində qeyd edilən tarixədək tam ödənildiyi halda A+A-ya bu Sazişin bağlanması tarixinədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
5. Sazişin 2-ci bəndində razılaşdırılan ödəniş gecikdiriləcəyi təqdirdə, A+A-ya cərimə tətbiq olunacaqdır. Cərimə ilə əlaqədar güzəşt müddəti 1 (bir) ay olmaqla, ödəniş gecikdirildiyi halda cərimənin hesablanmasına 2023-cü ilin fevral ayından başlanacaqdır. Cərimə gecikdirilmənin güzəşt müddətindən sonrakı hər ayı üçün Borcun gecikdirilmiş hissəsinin 1%-i (bir faizi) olmaqla, gecikdirilən hər ay üzrə müstəqil olaraq hesablanacaqdır.
6. A+A Saziş üzrə heç bir ödəniş həyata keçirməkdə cərimə Sazişlə nəzərdə tutulmuş 420336,48 manat Borca münasibətdə tətbiq olunaraq gecikdirilən hər ay üçün borcun 1%- i (bir faizi) məbləğində cərimə hesablanacaqdır.
7. Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Tərəflər Saziş üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
8. Tərəflər Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxan mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Mübahisələr danışıqlar yolu ilə 10 (on) iş günü ərzində tənzimlənmədikdə, onların həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aidiyyəti məhkəmələr tərəfindən həyata keçirilir.
9. Saziş Tərəflərin onu imzaladığı və aidiyyəti məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
10. Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və hər iki Tərəf imzaladıqda və məhkəmə tərəfindən təsdiq edildikdə qüvvəyə minir.
11. Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
12. Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə, Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur, Sazişin nüsxələri müvafiq olaraq STP-də, A+A-da və məhkəmədə saxlanılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı 29 oktyabr 2019-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə