Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-270/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı BOKT QSC-nin nümayəndəsi və vəkili X1, nümayəndəsi X6, X12 LTDMMC-nin iddia tələbi üzrə cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASCnin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsindən (hakim İlham Əhmədov) və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-142/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva)Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.011.792,50 manat (əsas borc 7.775.781,80 manat, faiz borcu 1.236.010,70 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz əmlaklara, daşınar əmlaklara (nəqliyyat vasitələrinə və digər daşınar əmlaklara), bank hesablarındakı pul vəsaitlərinə, digər hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak paylarına yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2-2(81)-381/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə qeyd etdiyi iddianın etirafı barədə ərizə onun tərəfindən imzalanmamış və möhürlənməmişdir. Belə ki, tərtib olunmuş mətn əvvəlcədən imzalanmış və möhürlənmiş blanklardan birinə çap edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş hökmün surətindən və cinayət işi üzrə müəyyən edilmiş hallardan müəyyən olunur ki, cavabdeh hüquqi şəxsin faktiki rəhbərləri Dünyamin Xəlilov və Cahangir Hacıyev olmuşlar. Nümayəndə5 bilə-bilə belə bir ərizəyə, yəni milyonlarla manat borcu olduğuna imza etməsi inandırıcı deyil və məntiq qaydalarına ziddir. İddianın etirafı barədə ərizə 28.04.2017-ci il tarixində imzalanmış, 28.04.2017-ci il tarixində məhkəməyə daxil olmuş, 28.04.2017-ci il tarixində də qətnamə qəbul edilmişdir. Bundan başqa Cavabdeh1-yə məxsus olan möhür hal-hazırda İddiaçı QSC-nin ofisində saxlanılır. Hazırkı iş üzrə verilən etibarnamələr də İddiaçı QSC-nin ofisində həmin təşkilatın işçisi tərəfindən möhürlənərək möhür yenidən seyfə qoyulmuşdur. Bundan əlavə, hazırkı halda MPM-nin 191-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddianı etiraf edən şəxs məhkəməyə göndərdiyi iddianın etiraf edilməsi barədə ərizədə iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etməlidir. Lakin hazırkı ərizədə belə bir ifadə qeyd olunmamışdır. Digər tərəfdən iddianı etiraf edən cavabdeh məhkəmə iclasında iştirak etməli və hakim cavabdehin iddianı etiraf etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Lakin hazırki halda bu hərəkətlərdən heç biri baş verməmişdir. İkinci əsas ondan ibarətdir ki, iddiaçının iddia tələbinin mahiyyəti heç bir maddi hüquq normasına sığmır və qanunvericilikdə belə hallar nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının iddia tələbi məbləğinin cavabdehin mülkiyyətində olan bütün əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi və əmlaklar üzərində mülkiyyət hüquqların qeydiyyata alınması üçün müvafiq orqanların üzərinə öhdəlik qoyulmasıdır. Borc məbləğinin cavabdehin əmlaklarına yönəldilməsi qanunvericiliyin tələblərinə ziddir. İş materiallarından müəyyən olunur ki, külli miqdarda milyonlarla kredit məbləği heç bir təminat olmadan cavabdehə verilmişdir. Yəni həmin müqavilələr imzalanarkən heç bir ipoteka müqaviləsi bağlanmamış, hər hansı əmlak ipoteka predmeti kimi göstərilməmişdir. Belə olan halda hansı əsasla borc məbləğinin əmlaklara yönəldilməsi iddia tələbində göstərilir və məhkəmə də iddia tələbini təmin borc məbləğini qeyri-müəyyən əmlaklara yönəltmişdir. İddiaçı Cavabdeh1 cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında imzalanmış 20.12.2010-cu il tarixli 5089 N-li, 26.12.2008-ci il tarixli 3249 N-li, 07.04.2008-ci il tarixli 2599 nömrəli, 14.03.2008-ci il tarixli 2575 N-li, 29.05.2013-cü il tarixli 7128 N-li, 20.06.2008-ci il tarixli 2470 N-li kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)-142/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tərəflər arasında bağlanmış müqavilələrin formal imzalandığı təsdiq olunur. Eyni zamanda hökm əsasında İddiaçı QSC-nin mülki iddiası təmin edilərək 40.000 manat pul Cahangir Hacıyevdən və Dünyamin Xəlilovdan tutulmuşdur. Cinayət işində İddiaçı QSC-nin tələbi 8.395.790,50 manat məbləğində vəsaitin tutulması olmuş, həmin tələbdən yalnız 40.000 manat təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Belə olan halda İddiaçı QSC həmin məbləği tələb edə bilməz. Məhkəmə işə baxarkən qeyd edilən halları araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(103)-690/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan e-2-2(103)-690/2021 saylı və e-2-2(103)-28/2021 saylı işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2-2(103)-28/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.04.2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, həmin qətnamənin qismən, yəni borc tələbinin cavabdehə məxsus daşınmaz əmlaklara, daşınar əmlaklara (nəqliyyat vasitələrinə və digər daşınar əmlaklara), bank hesablarındakı pul vəsaitlərinə, digər hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak paylarına yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin qismən – İddiaçı QSC-nin iddia ərizəsinin təmin edilməsi və Cavabdeh1-nin iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, İddiaçı QSC-nin iddia ərizəsinin rədd edilməsi və Cavabdeh1-nin iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.12.2021-ci il tarixli 2-2(102)- 592/2021 saylı qərarı ilə Cavabdeh1-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 iyul tarixli 2- 2(103)-28/2021 saylı qətnaməsinin qismən – İddiaçı BOKT QSC-nin borcun tutulmasına dair iddia tələbinin təmin edilməsi və Cavabdeh1-nin iddia tələbinin təmin edilməməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Yeni apellyasiya baxışı üzrə məhkəmə iclası sonuncu dəfə 17.03.2022-ci il tarixə təxirə salınmış, Cavabdeh1-nin nümayəndəsinə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı BOKT QSC-nin nümayəndəsi vəkili X2, nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək Cavabdeh1-nin apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişlər. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında izahat verərək Cavabdeh1-nin apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.12.2021-ci il tarixli 2-2(102)-592/2021 saylı qərarına əsasən təkrar apellyasiya baxışı zamanı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi tam, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi isə İddiaçı BOKT QSC-nin borcun tutulmasına dair iddia tələbinin təmin edildiyi hissədə yoxlanılmalıdır. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28.04.2021-ci il tarixli qətnaməsindən baxılan hissədə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə qismən- Cavabdeh1-dən iddiaçı "Aqrarkredit QSC" BOKTnın xeyrinə 40 000 manat borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə baxış predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsi üzrə işin halları və təkrar apellyasiya baxışı nəticəsində məhkəmənin hüquqi mövqeyi İş materiallarında əlavə edilmiş kredit müqavilələrindən görünür ki, borc verən “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə borc alan Cavabdeh1 (əvvəlki adı “X12 ” MMC) arasında 1.000.000 AVRO məbləğində kredit xəttinin açılması barədə 07 aprel 2008-ci il tarixli 2599 nömrəli, 350.000 manat məbləğində kredit xəttinin açılması barədə 14 mart 2008-ci il tarixli 2575 nömrəli, 1.490.000 manat məbləğində kredit xəttinin açılması barədə 29 may 2013-cü il tarixli 7128 nömrəli, 1.450.000 manat məbləğində kredit xəttinin açılması barədə 20 dekabr 2010-cu il tarixli 5089 nömrəli, 1.000.000 manat məbləğində kredit xəttinin açılması barədə 26 dekabr 2008-ci il tarixli 3249 nömrəli, 1.500.000 manat məbləğində kredit xəttinin açılması barədə 20 iyun 2008-ci il tarixli 2470 nömrəli altı kredit müqaviləsi imzalanmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Qeyd edilən müqavilə əsasında tərtib edilmiş 44 saylı 23.09.2015-ci il tarixli təhviltəslim aktından görünür ki, Cavabdeh1-nin tələb hüququ ötürülən borc məbləği isə 9.011.792,50 manat (əsas borc 7.775.781,80 manat, faiz borcu 1.236.010,70 manat) təşkil etmişdir. İddiaçı BOKT QSC 01.12.2017-ci il tarixdə borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan əmlaklara yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1-nin iş materiallarının 2-ci cildinin 135-ci vərəqinə əlavə edilmiş, direktor Nümayəndə5 tərəfindən imzalanmış və Cavabdeh1-nin möhürü ilə təsdiq edilmiş, 28.04.2017-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın etirafı barədə ərizəsindən görünür ki, cavabdeh iddia ərizəsində göstərilən 9.011.792,50 (əsas borc 7.775.781,80 manat, faiz borcu 1.236.010,70 manat) məbləğində borcun mövcudluğunu, həmin borcun Cavabdeh1 ilə "xxxx" ASC arasında 2008-2013-cü illərdə bağlanmış kredit müqavilələrinə əsasən yarandığını qəbul edirək iddianın tam təmin olunmasına etiraz etmir. Birinci instansiya məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf edildiyini nəzərə alaraq MPM-nin 191.1-ci maddəsinə əsasən iddianı təmin etmişdir. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 05.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı hökmündən (çıxarışlardan), iş materiallarının 3-cü cildinin 24-32-ci vərəqlərinə əlavə edilmiş mülki iddianın dəqiqləşdirilməsinə dair ərizədən, tərəflərin izahatlarından görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş rəhbərliyinin və digər vəzifəli şəxslərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən İddiaçı BOKT QSC tərəfindən Cavabdeh1-yə verilmiş, hazırkı iddianın əsası kimi istinad edilmiş kredit müqavilələri üzrə 8.395.790,50 manat borcun X3, X4 və Nümayəndə5 tutulması barədə mülki iddia qaldırılmışdır. Hökmdən görünür ki, mülki iddia qismən-40.000 manat hissədə təmin edilərək həmin məbləğin müştərək qaydada C.Hacıyevdən və D.Xəlilovdan tutulmuşdur. Məhkəmə tərəfindən dəfələrlə təklif edilsə də hökmün tam mətni nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən yeni apellyasiya baxışı zamanı məhkəmə müvafiq cinayət və hazırkı kommersiya icraatları çərçivəsində QSC tərəfindən MMC-dən ödənilməsi tələb edilən hər iki kredit borcunun (8.395.790,50 manat və 9.011.792,50 manat) eyni kredit müqavilələrindən yaranan borc olub-olmadığını, əgər eyni borcdursa, həmin vəsaitlə bağlı cinayət işi üzrə məhkəmənin hansı qərar qəbul etdiyini, mülki iddianın təmin edilib-edilməmədiyini, iddianın təmin edildiyi hissədə borcun hansı şəxs(lər)dən tutulduğunu aydınlaşdırmalı, müvafiq olaraq hazırda mübahisə predmeti olan kredit müqavilələrinin etibarlığına, Nümayəndə5 məhkəməyə təqdim olunmuş etiraf ərizəsinin mötəbərliyinə, eləcə də QSCnin MMC-dən tələb etdiyi borcun əsaslılığına hüquqi qiymət verməli, habelə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə müvafiq münasibət bildirməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayətində qeyd etmişdir ki, iddianın etirafı barədə ərizə saxta olmuş, hüquqi şəxsin möhürü İddiaçı BOKT QSC-nin ofisində saxlandığı üçün ərizəyə möhür iddiaçının özü tərəfindən vurulmuşdur. Cavabdeh apellyasiya şikayətində ərizədəki imzanın direktor Nümayəndə5 aid olmadığını göstərməmiş, iddia əsassız olduğu halda direktorun ərizəni hansı səbəbdən imzaladığını izah etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddianın etirafı barədə ərizədəki imzanın Nümayəndə5 aid olmadığına, o cümlədən hüquqi şəxsin möhürünün iddiaçıda olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən həmin ərizənin saxta olduğu və cavabdehin işə birinci instansiya qaydasında baxılması barədə məlumatı olmadığına dair mülahizələri əsassızdır. Belə ki, həmin ərizənin saxta olduğunu sübut etmək üçün cavabdeh işə apellyasiya qaydasında baxılarkən direktor Nümayəndə5 məhkəmə iclaslarında iştirakını təmin edərək iddianın etirafı barədə ərizədəki imzanın ona aid olmadığına dair izahat verməsini təmin etməli, Nümayəndə5 imza nümunələrini təqdim edərək iş üzrə xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatət verməli, hüquqi şəxsin möhürü iddiaçıda olubsa möhürün hansı tarixdə alındığı və hansı tarixdə qaytarıldığına dair sübutlar təqdim etməli idi. Bu sübutlar olmadan cavabdehin apellyasiya şikayətində qeyd edilənlər məhkəmə tərəfindən heç bir sübuta əsaslanmayan formal mülahizə kimi qiymətləndirilir. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə mübahisəyə baxılarkən MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.(iş mat. 2-ci cild 282-ci vərəq). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və yacavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.... MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.” Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbini və Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olduğu halda bu hüququndan istifadə etmədiyindən həmin ərizə apellyasiya instansiya mərhələsində qəbul edilə bilməz. Hökmdən çıxarışlardan görünür ki, (hökmün 471-ci vərəqi) iddiaçının direktoru Nümayəndə5 MMC-nin adından ASC-nin Mərkəzi filialı ilə “biznes fəaliyyətinin inkişafı” təyinatı ilə 2013-cü il 29 may tarixli 7128 nömrəli kredit müqaviləsi bağlayaraq 1.490.000 manat pula dair kredit rəsmiləşdirmiş, Nümayəndə5 filialın kassasından 2013-cü il 3 iyul tarixli ******* nömrəli pul çekinə əsasən götürdüyü 10.000 manat və 2014-cü il 17 yanvar tarixli ******* nömrəli pul çekinə əsasən 30.000 manat, ümumilikdə 40.000 manat məbləğində pulun xərc sənədlərini təsdiq edən sənədlər mövcud deyil. Hökmün 306-307-ci vərəqlərində S,Rəsulovun ifadəsi qeyd edilmiş, Rəsulov ifadəsində bildirmişdir ki,”...Bankla bağlı bütün tapşırıqları Dünyamin vermiş və onun göstərişləri ilə kredit müqavilələrinə imza etdirmişlər. Dünyamin onu işçiləri ilə banka göndərmiş, orada onun adından tərtib olunmuş sənədlərə imza etdirmişlər...Hər dəfə kredit müqavilələrini imzalayanda narahatlığını bildirmiş, pulların nə zaman qaytarılacağını soruşmuşdur. Dünyamin Xəlilov isə demişdir ki, problem olmayacaq, pullar qaytarılacaq... “Cavabdeh1-yə ayrılmış kredit vəsaitlərinin xərclənməsi istiqaməti və şirkətin hansı işlər görməsi barədə məlumatları Dünyamin Xəlilov verə bilər. Çünki onun adı direktor kimi qeyd edilsə də, o heç bir işə qarışmamış, ayrılmış kredit vəsaitlərinin hara və nə məqsədlə xərclənməsini bilməmişdir. ....40000 manat pul vəsaitini Dünyamin Xəlilovun göstərişi ilə bankdan çıxararaq şirkətin “Qlobus” Plazasında yerləşən kassasına təhvil vermişdir. Daha sonra həmin vəsaitin hara xərclənməsindən məlumatı olmamışdır”. Hökmdən görünür ki, hüquqi şəxs “Cavabdeh1-yə ayrılmış kredit vəsaitlərinin yalnız 40.000 manat hissəsinin X7, X8 tərəfindən mənimsənildiyi müəyyən edilərək qeyd edilən məbləğ həmin şəxslərdən iddiaçının xeyrinə tutulmuş, kredit məbləğinin qalan hissəsi üzrə mənimsəmə faktı müəyyən edilməmişdir. İş materiallarının 3-cü cildinin 95-106-cı vərəqlərinə əlavə edilmiş ekspert rəyindən görünür ki, cinayət işinin istintaqı zamanı “Cavabdeh1-yə verilmiş kreditlərin verilməsinin və xərclənməsinin yoxlanmasına dair aktların nəticələrinin iş materiallarına və ilkin mühasibat sənədlərinə uyğunluğunun yoxlanılması üçün ekspertiza təyin edilmiş, iş üzrə keçirilmiş yoxlamanın verilmiş kreditlər vəsaitlərinin və ona hesablanmış faizlərin həcmi və istifadəsinə dair gəldiyi nəticənin düzgün olduğu müəyyən edilmişdir. Rəydən görünür ki, “Cavabdeh1-yə kreditlərin verilməsi zamanı Azərbaycan Respublikası Milli Bankının 3.04.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili proseduru və uçotu haqqında” Qaydaların və Azərbaycan Respublikası Mərkəzi Bankının 18.11.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi” Qaydalarının, eləcə də "xxxx" ASC-nin 03.07.2006cı il tarixli “Kredit siyasəti və prosedurları” və 27.05.2009-cu il tarixli “Kredit Siyasiti”nin tələbləri pozulmuş, kreditlər təminatsız verilmişdir. Ekspertiza zamanı “Cavabdeh1-yə verilmiş kreditlər üzrə "xxxx" ASC-yə vurulmuş ziyanın məbləğinin AVRO üzrə açılmış kreditlər üzrə 986900 AVRO, AZN ilə açılmış kreditlər üzrə ******* manat olduğu müəyyən edilmişdir. Faiz məbləğlərinin isə bank tərəfindən təqdim edilmiş cədvəl məlumatlarına əsasən 1.821.000 manat və 255800 AVRO olduğu müəyyən edilmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, 03.07.2013-cü il tarixdə 10.000, 17.01.2014-cü il tarixdə isə 30.000 manat məbləğində “Cavabdeh1-nin bank hesabından nağd qaydada çıxarılmış kredit vəsaitinin xərclənməsinə dair sənədlər təqdim olunmamışdır. Rəyin tədqiqat hissəsindən görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə vəsaitləri həyata keçirdiyi layihələrdə (X17 Klubu stadionunun inşası) görüləcək işlər, icarə haqqı ödənişləri üçün və hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar digər məqsədləri üçün istifadə etmiş, kreditlərin bir hissəsi nağd çıxarılmış, bir hissəsi isə mal-material satmış şirkətlərin hesablarına köçürülmüşdür. İstifadə edilmiş kredit vəsaitləri üzrə ödənişlər olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə vəkommersiya mübahisəsinəbaxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, 40.000 manat kredit vəsaitindən Cavabdeh1-nin hüquqi şəxs olaraq istifadə etmədiyi, həmin vəsaitin X7, X8 tərəfindən mənimsənildiyi mülki iddia ilə bağlı hissədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən həmin borcun cavabdehdən tutulması hissəsində iddia rədd edilməlidir. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçı tərəfin nümayəndəsi bildirmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra kredit borcu üzrə 634.002 manat ödəniş olunduğundan cinayət işində mülki iddia qaldırılarkən borc az göstərilmişdir. Qeyd edilən ödənişin hansı tarixdə həyata keçirilməsi barədə nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən borc məbləği üzrə həyata keçirilmiş 634.002 manat iş üzrə qətnamə qəbul edildikdən sonra həyata keçirildiyindən qətnamənin həmin borcla bağlı hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Lakin məhkəmə izah edir ki, tələb edilmiş borc üzrə həyata keçirilmiş 634.002 manat ödəniş qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə işin yeni apellyasiya baxışı zamanı Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarındakı göstərişlər üzrə araşdırma aparılaraq müəyyən olunur ki, cinayət və hazırkı kommersiya icraatları çərçivəsində QSC tərəfindən MMC-dən ödənilməsi tələb edilən hər iki kredit borcunun (8.395.790,50 manat və 9.011.792,50 manat) eyni kredit müqavilələrindən yaranan borcdur, ümumi borc məbləği üzrə 634.002 manat ödəniş edildiyindən cinayət işində mülki iddiaya dəqiqləşmə verilərək borcun həcmi azalmışdır. Cinayət işi üzrə mülki iddia borcun kredit vəsaitlərinin mənimsənilməsi əsası ilə hüquqi şəxsin direktoru Nümayəndə5 və bankın vəzifəli şəxslərindən tutulması ilə əlaqədar qaldırılmış, hüquqi şəxsə verilmiş kreditin mənimsənilməsi faktı yalnız 40.000 manat borcla bağlı hissədə müəyyən edilərək həmin məbləğ X7 və X4 müştərək qaydada iddiaçının xeyrinə tutulmuş, Nümayəndə5 məhkəməyə təqdim etdiyi etiraf ərizəsinin saxta olduğu cavabdeh tərəfindən sübutlarla təsdiq edilməmiş, 40.000 manat məbləğ istisna olmaqla QSC-nin MMC-dən tələb etdiyi borcun əsaslı olduğu cinayət işi üzrə verilmiş, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssislərinin aktları əsasında verilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizə birinci instansiya məhkəməsində təqdim edilmədiyi üçün məhkəmə tərəfindən 375.2-ci maddəsinin tələbinə əsasən qəbul edilmir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin araşdırılması zamanı kredit müqavilələri üzrə cavabdehin kredit vəsaitindən istifadə etdiyi və borcunun məbləği təqdim edilmiş hesabdan çıxarış, ilkin mühasibat uçotu, xərc sənədləri və s əsasında verilmiş ekspert rəyi ilə müəyyən olunduğundan (həmin rəydə əsas və faiz borcu məbləğləri hazırkı iddia ərizəsində tələb olunan məbləğlərdən daha artıq qeyd edilmişdir) cavabdehin borcunun məbləğinin müəyyənləşdirilməsi üçün mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, kredit müqavilələri üzrə hesabdan çıxarışlar və digər sənədlər bank tərəfindən cinayət işinin istintaqı zamanı təqdim edildiyindən və cinayət işi materiallarına əlavə edildiyindən hazırkı icraat zamanı təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28.04.2017-ci il tarixli qətnaməsi qismən- Cavabdeh1-dən iddiaçı "Aqrarkredit QSC" BOKT-nın xeyrinə 40 000 manat borcun tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilməli, qətnamə baxış predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsindən üzrə işin halları və təkrar apellyasiya baxışı nəticəsində məhkəmənin hüquqi mövqeyi Cavabdeh1-nin iddia ərizəsi bununla əsaslandırılmışdır ki, kredit müqavilələri formal olaraq imzalanmış, qeyd olunan kredit müqavilələri üzrə kredit məbləğləri iddiaçının bank hesabına köçürülməmiş və ya nağd olaraq iddiaçı hüquqi şəxsin rəhbərlərinə təqdim edilməmişdir. İddiaçı həm Mülki Məcəllənin 340.1 (uydurma), həm də 340.2-ci (yalan əqd) maddələrinə istinad edərək kredit müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, cinayət işi üzrə çıxarılmış hökmlə müəyyən olunmuşdur ki, banklarla əqdlərin bağlanılması, çoxsaylı əməliyyatların aparılması, vəsaitlərin hissəvi qaytarılması Nümayəndə5 və digərlərinin təşəbbüsü ilə baş verməmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsində isə göstərilmişdir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki qanunvericiliyə əsasən əqdin uydurma və yalan hesab edilməsinin əsasları fərqli olduğundan eyni əqdin həm uydurma, həm də yalan əqd hesab edilməsi əsassızdır. Cinayət işi üzrə verilmiş 26.12.2017-ci il tarixli ekspert rəyinin “Tədqiqat prosesinin təsviri hissəsində” qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin əməkdaşları "xxxx" ASC tərəfindən Cavabdeh1-yə 01.05.2015-i il tarixədək kreditlərin verilməsi zamanı mövcud prosedur qaydalara əməl olunması, onların təyinatı üzrə xərclənməsi və vaxtında qaytarılması vəziyyəti cəmiyyətin direktoru Nümayəndə5 iştirakı ilə yoxlanılmış, nəticələri haqqında 08.08.2016-cı il tarixli akt tərtib edilmişdir. Rəydə kreditlər verilərkən prosedur qaydalarının pozulduğu müəyyən edilsə də, hüquqi şəxs tərəfindən kredit vəsaitindən istifadə edildiyi müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilənlərə əsasən Cavabdeh1-nin direktoru 02.04.2007- 24.12.2007-ci il tarixdə X11, 24.12.2007-01.06.2010-cu il tarixlərdə X9, 01.06.2010- 01.05.2015-ci il tarixədək Nümayəndə5 olmuşdur. Göründüyü kimi, Nümayəndə5 direktor olduğu dövrdə cəmi 2 kredit müqaviləsi bağlanmışdır. Nümayəndə5 cinayət işi üzrə ifadəsində göstərmişdir ki, direktor olduğu dövrdə sənədləri, o cümlədən müqavilələrini imzalamış, kredit vəsaitinin hansı məbləğdə olduğunu bilmiş, hüquqi şəxsə faktiki rəhbərliyi D.Xəlilov həyata keçirdiyindən bankdan götürülmüş kredit vəsaitlərinin hara xərclənməsi ilə maraqlanmamış, bu barədə məlumatı olmamış, ona istifadə edilən kredit vəsaitlərinin banka geri qaytarılacağı bildirilmişdir. Direktorun ifadəsindən görünür ki, kredit müqavilələrini imzalayarkən S Rəsulov həmin müqavilələrin formal olmadığını, kredit vəsaitindən istifadə ediləcəyini bilmiş, müqavilələri könüllü olaraq öz iradə ifadəsi ilə imzalamışdır. Bundan əlavə İddiaçı QSC BOKT-un iddiası üzrə birinci instansiya məhkəməsində Cavabdeh1-nin qanuni təmsilçisi həmin müqavilələrin bağlandığını və bütövlükdə iddianı etiraf etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqavilələrin etibarlılıq şərtləri yoxlanılarkən əqd bağlayan şəxsin iradə ifadəsi ilə onun əqdi bağlayarkən əsaslandığı motivi fərqləndirmək lazımdır. Şəxsin əqdi bağlamaq niyyəti daxili iradə, daxili iradənin digər şəxslərə bildirilməsi- elan olunması isə iradənin xaricə ifadəsidir. İradə ifadəsinə uyğun hüquqi nəticənin baş verməsi əqdin etibarlı hesab edilməsi üçün əsas şərtlərdən biridir. Motiv isə şəxsi müqavilə bağlamağa sövq edən psixoloji amildir. Əqdi bağlayan şəxsin motivi, yəni şəxsin əqdi hansı məqsədlə, kimin mənafeyi üçün bağladığı, əldə edilən hüquqi nəticədən kimin faydalandığı əqdin etibarlılıq şərtlərinin yoxlanılması zamanı hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1-yə faktiki rəhbərliyin kim tərəfindən həyata keçirilməsindən, kreditin hansı məqsədlə istifadə edilməsindən, bankdan götürülmüş kredit vəsaitinə qanuni təmsilçinin özü və ya onun razılığı ilə digər şəxslər tərəfindən sərəncam verilməsindən asılı olmayaraq hüquqi şəxsin adından onun qanuni təmsilçisi tərəfindən bağlanmış kredit müqavilələri üzrə kredit vəsaitlərindən 40.000 manat istisna olmaqla MMC-nin fəaliyyəti ilə əlaqədar istifadə edildiyi cinayət işində qaldırılmış mülki iddia üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunduğundan həmin müqavilələrin görünüş üçün bağlanmış uydurma əqd olduğuna dair iddiaçının dəlilləri əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli 1(101)-288/2019 saylı hökmündə İddiaçı QSC BOKT-nın mülki iddiasında baxılarkən kredit müqavilələrinin formal bağlandığı, etibarsız müqavilə olduğuna dair hallar müəyyən edilməmiş, əksinə cinayət işi üzrə verilmiş ekspert rəyində təqdim edilmiş hesabdan çıxarışlara və xərc sənədlərinə əsasən kredit vəsaitindən hüquqi şəxs tərəfindən hansı məqsədlər üçün xərcləndiyi müəyyən edilmişdir. Kredit müqavilələri üzrə vəsaitlərin təminatsız verilməsi Azərbaycan Respublikası Milli Bankının 3.04.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili proseduru və uçotu haqqında” Qaydaların və Azərbaycan Respublikası Mərkəzi Bankının 18.11.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi” Qaydalarının, eləcə də "xxxx" ASC-nin 03.07.2006-cı il tarixli “Kredit siyasəti və prosedurları” və 27.05.2009-cu il tarixli “Kredit Siyasiti”nin tələblərinin pozuntusu olsa da, qeyd edilən hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1-nin kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28.04.2017-ci il tarixli qətnaməsindən baxılan hissədə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə qismən- Cavabdeh1-dən iddiaçı "Aqrarkredit QSC" BOKT-nın xeyrinə 40 000 manat borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə baxış predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28.04.2017-ci il tarixli qətnaməsindən baxılan hissədə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28.04.2017-ci il tarixli qətnaməsi qismən- Cavabdeh1-dən iddiaçı "Aqrarkredit QSC" BOKT-nın xeyrinə 40 000 manat borcun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə Cavabdeh1-dən iddiaçı "Aqrarkredit QSC" BOKT-nın xeyrinə 8971792,50 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonr
Məhkəmə qərarları › İş №2-2(103)-270/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-270/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver