Məhkəmə qərarları › İş №2-2(103)-272/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-272/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-272/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5239/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli müqavilə üzrə 20150,00 manat gecikdirilmiş əsas borcun və 28711,70 manat cərimə məbləğinin, 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilə üzrə 16500,00 manat gecikdirilmiş əsas borcun və 22201,50 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 87912.5 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5239/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli müqavilə üzrə 20150,00 manat gecikdirilmiş əsas borc və 1000 manat cərimə, 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilə üzrə 16500,00 manat gecikdirilmiş əsas borc və 800 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 38750 manat pul vəsaitinin X1 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 353,73 manat dövlət rüsumunun 155,88 manat məbləğinin X1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh X3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli müqavilə üzrə tələb olunan 14800 manat əsas və 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilə üzrə tələb olunan 10200 əsas borcun və hər iki müqavilə üzrə 2018-ci ilin aprel ayından əvvəlki dövr üçün hesablanan cərimə borcunun tutulması hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.04.2018-ci il tarixədək hesablanmış 25000 manat məbləğində əsas borcun, 13998 manat məbləğində cərimənin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 39028 manat məbləğində pulun cavabdeh X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30.08.2018-ci il tarixli 2(067)-2684/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X1 25000 manat məbləğində əsas borc, 350 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu, cəmi 25380 manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunan qətnamə ilə tanış olduqda müəyyən olundu ki, həmin iddianın əsası və predmeti ilə hazırkı iddianın əsası və predmeti qismən eynilik təşkil edir. Belə ki, həmin işdə də iddiaçı cavabdehdən 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli və 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilələr üzrə 01.04.2018-ci il tarixədək hesablanmış cəmi 25000 manat məbləğində əsas borcun və 2018-ci ilin aprel ayından əvvəlki dövr üçün hesablanan cərimə borcunun tutulması tələbi irəli sürülmüş və məhkəmə tərəfindən əsas borca aid hissədə iddia tam təmin, cərimə borcuna aid hissədə isə iddia qismən təmin edilmişdir. Hazırki apellyasiya baxışı zamanı iddiaçı tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli müqavilə üzrə müqavilə məbləği 40950 manat təşkil edir. Həmin məbləğin 20800 manat hissəsi X3 tərəfindən ödənilmişdir. Gecikdirilmiş borc 5350 manat, cərimə 5071,10 manat təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin 30.08.2018-ci il tarixli 2(067)-2684/2018 saylı qətnaməsindən ödənilməmiş 14800 manat daxil deyil. Həmçinin eyni tarixli digər maliyyə arayışında qeyd olunmuşdur ki, 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilə üzrə müqavilə məbləği 27000 manat təşkil edir. Həmin məbləğin 10500 manat hissəsi X3 tərəfindən ödənilmişdir. Gecikdirilmiş borc 6300 manat, cərimə 5766,30 manat təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin 30.08.2018-ci il tarixli 2(067)-2684/2018 saylı qətnaməsindən ödənilməmiş 10200 manat daxil deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.2-ci maddələrində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə 01.04.2018-ci il tarixə qədər 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli müqavilə üzrə tələb olunan 14800 manat əsas və 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilə üzrə tələb olunan 10200 əsas borcun və hər iki müqavilə üzrə 2018-ci ilin aprel ayından əvvəlki dövr üçün hesablanan cərimə borcunun tutulması hissəsində kommersiya mübahisəsi üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: 09.01.2012-ci il tarixli 06-L/12 nömrəli müqavilə üzrə tələb olunan 14800 manat əsas və 01.05.2012-ci il tarixli 662-L/12 nömrəli müqavilə üzrə tələb olunan 10200 əsas borcun və hər iki müqavilə üzrə 2018-ci ilin aprel ayından əvvəlki dövr üçün hesablanan cərimə borcunun tutulması hissəsində iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar