Məhkəmə qərarları › İş №2-2(103)-273/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-273/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-273/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh «Azərsığorta» DSKŞ-nin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh «Azərsığorta» DSKŞ-nə qarşı “sığorta ödənişinin və dəbbə punun tutulması”na dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim Səbinə Nuriyeva) e-2-2(113)-290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh «Azərsığorta» DSKŞ-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2566 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “xxxx” ASC iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “xxxx”ASC-nin Mərkəz filialında olan hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2-2(113)-290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vəsatətdə cavabdehin hesabına iddia tələbi həddində həbs qoyulması xahiş olunmuşdur. Ərizənin təmin edilməməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsini qeyri mümkün edə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə saat 12-05-ə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPMnin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh «Azərsığorta» DSKŞ-nin nümayəndəsi X5 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbiri görülməsi barədə hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçının ərizəsində iddia tələbi təmin olunduğu təqdirdə tələb edilən pul məbləğinin (2566 manat) cavabdehdən tutulmasının hansı səbəbdən mümkün olmayacağı əsaslandırılmamışdır. Buna görə də məhkəmə düzgün olaraq hesab etmişdir ki, iş üzrə iddianı təmin etmə tədbiri görülməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, e-2- 2(113)-290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərəəsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar