Məhkəmə qərarları › İş №2-2(103)-273/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-273/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-273/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı “X1” LLC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “pul tələbinə dair”, eyni zamanda “xxxx” MMC-nin “X1” LLC-yə qarşı “razılaşma hesabatının qismən etibarsız hesab edilməsi, tərəflər arasındakı razılaşmanın isə etibarsız hesab olunması barədə” qarşılıqlı – iddialarına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1132/2020-ci il tarixli qərardadından ilkin iddiaçı “X1” LLC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1132/2020 nömrəli qətnaməsi ilə: -ilkin iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 480100 ABŞ dolları məbləğində əsas borc, 24005 ABŞ dolları faiz, cəmi 504105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində pul tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilməsi, 480100 ABŞ dolları məbləğində olan əsas borcdan cavabdeh “xxxx” MMC tərəfindən 300000 ABŞ dolları məbləğində pul ödənilənədək, əsas borcun 125000 ABŞ dolları məbləğində olan hissəsi cavabdehlər “xxxx” MMC və Cavabdeh1 birgə tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilməsi qət olunmuş, qarşılıqlı iddiaçı “xxxx” MMC-nin iddia tələbi isə rədd edilmişdir. İlkin iddiaçı “X1” LLC xx.xx.2020-ci il tarixində (e-məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verərək, həmimn qətnamənin iddia tələblərinin təmin edilməyən hissədə ləğv edilməsini və həmin hissədə də iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.12. 2020-ci il tarixli, e-2-2(113)-1132/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti, onun verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı “X1” LLC həmin qərardadın şikayət verərək, ləğv edilməsini və şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, noyabr ayının 10-da “X1” LLC-nin nümayəndəsi, Vəkil1 elektron kabinetinə bildiriş gəlib ki, qətnamə yerləşdirilib. SMS və ya elektron kabineti ilə bağlı elektron poçt ünvanına (Elektron ünvan ) isə bildiriş gəlməyib. O, noyabr ayının 11-də elektron kabinetini yoxlayarkən qətnaməni görmüş və oradan götürmüşdür. Dekabr ayının 10-da, iş gününün sonuna yaxın iddiaçı onunla apellyasiya icraatı üçün müqavilə bağlayıb və həmin gecə sənədləri hazırlayıb 11 dekabrda elektron kabinetlə göndərmişdir. Bu səbəbdən qərardad əsassız olduğuna görə ləğv edilməli və iş apellyasiya baxışına göndərilməlidir. Hansı normada müəyyən edilib ki, qətnamənin elektron kabinetdə yerləşdirilməsi onun rəsmi qaydada verilmiş hesab edilməsidir? MPMnin 135-ci maddəsində qətnamənin elektron kabinetdə yerləşdirilməsindən yox, bu barədə məlumatın çatdırılmasından (elektron poçt və ya SMS) söhbət gedir. Tutaq ki, qətnamənin elektron kabinetdə yerləşdirilməsi onun rəsmi qaydada verilmiş hesab edilməsidir, axı bu halda da müddət keçməyib. Hakimin qətnamənin elektron kabinetdə yerləşdirilməsi tarixi kimi istinad etdiyi 7 noyabr qeyri-iş günüdür (şənbə). Yəqin məhz buna görə ona (Vəkil1) qətnamənin elektron kabinetdə yerləşdirilməsi haqqında həmin sistem üzrə bildiriş (elektron poçt və ya SMS yox) 2020-ci il noyabrın 10-da göndərilib (elektron kabinetin bildiriş səhifəsindən çıxarış şikayətə əlavə edilir). O,həmin bildirişi və qətnaməni noyabrın 11-də görmüşdür. MPM-nin 128.3-cü maddəsinə əsasən prosessual müddətin axımı bildirişin verildiyi gündən sonrakı gündən başlanır. Buna uyğun olaraq, müddət faktın baş verməsi gününün səhərindən hesablanır və şikayət dekabrın 11-də, yəni bu hesablama ilə son gündə verilib (noyabr ayı 30 gündən ibarətdir). Hətta qətnamənin elektron kabinetə yerləşdirilməsi haqqında onlara MPM-nin 135-ci maddəsində nəzərdə tutulan qaydada nə “sms”, nə də elektron poçt ünvanına (Elektron ünvan ) bildiriş gəlməyib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ilkin iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8, 376.2 və 397.2-cı maddələrinin tələblərinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, Bakı Kommersiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından isə görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi e-məhkəmə informasiya sistemində xx.xx.2020-ci il tarixdə imzalanmış, elə həmin gün də iddiaçı “X1” LLC-nin səlahiyyətli nümayəndəsi Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və əlavə olaraq, bu barədə xx.xx.2020-ci il tarixdə həmin kabinetə elektron bildiriş də göndərilmişdir. MPM-in 135.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 135.8-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinin imperativ tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş sənədlərə məhkəmə sənədlərinə və əməliyyatlarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixində imzalanmış və həmin gün cavabdeh tərəfin elektron məhkəmə informasiya sistemində yaradılmış kabinetində yerləşdirdiyi qətnamə barədə bir daha xx.xx.2020-ci il tarixində əlavə olaraq həmin kabinetə bildiriş də göndərilmişdir. MPM-in 135.8-ci maddəsinin qeyd olunan məzmunundan göründüyü kimi, məhkəmə sənədləri proses iştirakçılarına təkcə “elektron poçt, SMS” vasitəsilə deyil, sair vasitələrlə də göndərilə bilər. İddiaçının qətnamə barədə “elektron poçt, SMS” vasitəsilə ona bildiriş göndərilməməsinə dair dəlillərinə gəldikdə isə necə ki, elektron kabinetində yerləşdirilmiş olan qətnaməni xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində görmədiyini və oxumadığını mübahisələndirdyi kimi, “elektron poçtu”nu və “SMS”ni də analoji olaraq görmədiyini və oxumadığını mübahisələndirməsi də istisna olunmur. MPM-in qeyd olunan 135.5-ci maddəsində aydın şəkildə ifadə olunur ki, bu Məcəllənin 135.8-ci maddəsində nəzərdə tutulan qaydada göndərilən məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, qətnamə iddiaçıya bu Məcəllənin 135.8-ci maddəsində nəzərədə tutulan qaydada verilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, qətnamə xx.xx.2020-ci il tarixdən iddiaçıya rəsmi qaydada verilmiş sayılır. Həmin günün sonrakı günündən apelyasiya başlayan MPM-in 360-cı maddəsi ilə müəyyən olunan bir aylıq şikayət vermə müddətinin son günü elə növbəti ayın xx.xx.2020-ci il tarixində də tamamlanır . Belə ki, MPM-in 129.1-ci maddəsinin tələbinə görə aylarla hesablanan müddət müddətin müvafiq son ayında və günün də də tamamlanır. İddiaçı isə apelyasiya şikayətini xx.xx.2020-ci il tarixində, şikayət vermə müddətini bir gün ötürməklə e-məhkəmə sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Belə olan halda, MPM-in 363.1.3-cü maddəsinin tələbinə görə müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin şikayət vermə müddətinin ötürülməsi səbəbi ilə geri qaytarılması qanuni və əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadınının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən şikayətinin geri qaytarılması barədə məhkəmə qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İlkin iddiaçı “X1” LLC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1132/2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar