Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-275/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı “X2” MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı xx xxxxxxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanmış: - x xxxxxx 2013-cü il tarixli SS-058 №-li alqı-satqı müqaviləsi üzrə 304.712,90 manat; -xx xxxxxxxx 2013-cü il tarixli 292 №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 2.249.545,37 manat; - xx xxxxxx 2014- cü il tarixli SS-016/2014 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3.558,22 manat; - x xxxx 2014-cü il tarixli 02/SS-019 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1.412,28 manat; -x xxxx 2014- cü il tarixli 01/SS-009 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 738 manat; - xx xxxx 2014- cü il tarixli 17/SS-005 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4.809,06 manat; - xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 1.190.410,38 manat, - xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 25.233,80 manat; -xx xxxxxx 2014-cü il tarixli 141208/11-1-604/08/H №-li xidmət müqaviləsi üzrə ödənilməmiş 1.074,02 manat, -xx xxxx 2016-cı il tarixli 04/160729/11-1-230 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 33.976,22 manat; - xx xxxxxx 2017-ci il tarixli 170220/11-1-124 №-li xidmət müqaviləsi üzrə 1.242,00 manat - ümumilikdə cavabdehdən 3.816.712,25 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, tərəflər arasında bağlanmış malların alqı-satqısı və xidmət müqavilələrinə əsasən üzərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh aldığı malların və göstərilən xidmətin dəyərinin ödənilməsi üzrə öhdəliklərini bu günədək tam icra etməmişdir. Belə ki, satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaimə-faktiralarla çatdırılmış və sonuncu tərəfindən qəbul olunmuş, lakin ona iddiaçı tərəfindən müvafiq ödəniş tapşırıqları təqdim olunsa da, qalıq borcu ödənilməmişdir. Belə ki, həmin müqavilələr üzrə cəmi 3.695.336,47 manat məbəlğində ödəniş edilsə də, borcun 3.816.712,25 manat məbləğində hissəsi ödənilməmiş qalmışdır. Yaranmış mübahisənin məhkəmədən lkənar qaydada həll edilməsi ilə bağlı danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir. (Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 567, 598-ci maddələrinə, MPM-in 26.1, 149, 150-ci maddələrinə istinad olunur) Cavabdeh, iddia ərizəsinə yazılı etirazı və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etməmiş, iddia müddəti tətbiq olunmaqla, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 396.344,68 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin tutularaq, iddiaçı “X2” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız, qanuna zidd və qeyri-obyektivdir. Belə ki, ekspert rəyi ilə razılaşmadığı və yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi baədə vəsatət verdiyi halda, məhkəmə tərəfindən həmin vəsatət təmin olunmamışdır. Məhkəmə ekspert rəyi ilə razılaşdığına əsas verən halları müəyyən etməmiş, əsassız olaraq sübut kimi qəbul edərək səhv nəticəyə gəlmişdir. İddia müddətinin ötürülməmiş, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi əsassızdır. Belə ki, iddiaçı (icraçı) xx.xx.1013-cü il tarixli 292 saylı müqavilə əsasında ümumi dəyəri 4.458.897,58 manat dəyərində materiallar alınmış xidmətlər göstərilmişdir. Cavabdeh isə cəmi, 2.209.352,21 manat ödəniş etmiş, 2.249.545,37 manat borcu qalmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən təhvil aktı əsasında tam təhvil tarixinə qədər müqavilə qüvvədədir. Bundan əlavə xx xxxxxx 2014-cü il tarixli xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin tam icrasına qədər qüvvədə qalacaq. Həmin müqavilə üzrə isə cavabdehin 1.074,02 manat məbləğində borcu qalmışdır. xx xxxxx 2014-cü il tarixli xidmət müqaviləsinin 9.3cü bəndinə əsasən öhdəliklər tam keyfiyyətdə icra edilənədək qüvvədə qalır. Həmin müqavilə üzrə isə cavabdehin 1.190.410,38 manat ödənilməyən borcu qalmışdır. Bundan əlavə xx xxxxxx 2014-cü il tarixli müqavilənin dəyəri 35.733,35 manat məbləğində malların satışı həyata keçirilmiş, həmin məbləğdən 10.499,55 manat ödənilmiş, cavabdeh tərəfindən sonuncu ödəniş x xxxxxx 2017-ci il tarixində 1242,00 manat məbləğində ƏDV ödənişi edilmişdir. Cavabdehin 25.233,80 manat məbləğində borcu qalmışdır. Bundan əlavə cavabdeh xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən 3 il müddətində qüvvədədir. Müqavilə üzrə cəmi 33.976,22 manat məbləğində mallar satılmış, cavabdeh isə heç bir ödəniş etməmiş 33.976,22 manat borcu qalmışdır. Ümumiyyətlə qeyd edilən müqavilələr üzrə ödənişlər 2013-cü ildən ödənişlər həyata keçirilmiş, son ödəniş xx.xx.2017-ci il tarixində qeydə alınmışdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi isə iddia müddətinin axımını kəsən hərəkətləri kimi qiymətləndirməmiş, həmçinin bu nəticəsini hər hansı mötəbər dəlillə əsaslandırmamışdır. Bu baxımdan məhkəmə iddia müddətinin ötürülmüş hesab etməkdə haqlı deyil. (Mülki Məcəllənin 380,--cı maddəsinə və Konstitusiya Məhkəməsinin qərarlarına və MPM-in normalarına istinadə apellyasiya şikayətinin təmin olunması xahiş olunur.) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Səfərli apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, məhkəmə tərəfindən iddia müddətin tətbiq edilməsini əsaslı hesab edərək qətnamənin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarına, o cümlədən, iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə, cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunur ki, iddia tələbində sadalanan alqı-satqı və xidmət müqavilələrinin bağlandığı işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirən halları isə ondan ibarətdir ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia olunan alqı-satqı və xidmət müqavilələri üzrə iddia müddətinin bitdiyini mübahisələndirərək Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq olunmasını məhkəmədən tələb etmiş, iddiaçı isə onunla razılaşmayaraq, son ödənişlərinin xx.xx.2017-ci il tarixdə edildiyinə istinadən,müddətin keçmədiyini iddia edir, eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələri ilə də razılaşmayaraq, iddia tələbinin tam təmin edilməməsini əsassız sayır. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki qanunvericiliyin qeyd olunan tələbləri qaydasında araşdırma araşdırılarkən müəyyən olunur ki, - xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №-li xidmət; - xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı; - xx xxxx 2016-cı il tarixli 04/160729/11-1-230 №-li alqı-satqı; - xx xxxxxx 2017-ci il tarixli 170220/11-1-124 №-li xidmət – müqavilələri üzrə iddia müddəti keçməmişdir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi üzrə cavabdehin işə əlavə olunmuş ödəniş sənədəlrinə əsasən müəyyən olunur ki, həmin müqavilə üzrə 2014-cü ildə ihəyata keçirdiyi ödənişəlrindən sonra, borcun etiraf edən hərəkətlər edərək xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə qalıq borcundan 150.000 manat ödəmişdir. Belə olan halda, iddianın xx.xx.2018-ci il tarixdə qaldıırıldığını nəzərə alsaq Mülki Məcəllənin qeyd olunan 380.1-ci maddəsinin tələbi baxımından 3 illik iddia müddəti keçmir. Eyni zamanda, xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müqaviləsi üzrə də iddia mıddətinin keçməsindən söhbət gedə bilməz. Çünki, iş materiallarından görünür ki, həmin müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdeh tərəfindən sonuncu dəfə iddiaçının depozit hesabına (sub.hesab) xx xxxxxx 2017-ci il tarixində 1242 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir və bu ödəniş cavabdeh tərəfindən mübahisələndirilmir. Qeyd oolunan digər xx xxxx 2016-cı il tarixli 04/160729/11-1-230 №-li alqı-satqı və xx xxxxxx 2017-ci il tarixli 170220/11-1-124 №-li xidmət – müqavilələrinə gəldikdə isə, həmin müqavilələrin bağlandığı tarixdən belə aydındır ki, burada iddia müddətinin keçməsi istisna olunur. Tərəflər arasında bağlanmış digər 8 ədəd: - x xxxxxx 2013-cü il tarixli SS-058 №-li alqı-satqı; -xx xxxxxxxx 2013-cü il tarixli 292 №-li xidmət; - xx xxxxxx 2014- cü il tarixli SS-016/2014 №-li alqı-satqı; - x xxxx 2014-cü il tarixli 02/SS-019 №-li alqı-satqı; -x xxxx 2014- cü il tarixli 01/SS-009 №-li alqı-satqı; - xx xxxx 2014- cü il tarixli 17/SS-005 №-li alqı-satqı ; -xx xxxxxx 2014-cü il tarixli 141208/11-1-604/08/H №-li xidmət - müqavilələri üzrə araşdırma aparıldıqda müəyyən olunur ki, iddia müddəti keçmişdir. Belə ki, həmin müqavilələr üzrə malın və xidmətin cavabdeh tərəfindən qəbul olunduğu işin mübahisələndirilməyən halıdır. Qeyd olunan malların alqı-satqısı müqavilə şərtlərindən görünür ki, malların ödənişi mallar təhvil verildiyi gündən satıcının hesab-faktura tarixindən 15 gün ərzində ödənilməlidir. Eyni zamanda, xidmət müqavilələrində də xidmətin tam təhvilindən sonra 15 gün müddətində xidmət haqqının iddiaçının hesabına köçürülməsi nəzərdə tutulmuşdur İş materiallarına əsasən müəyyən olunur ki, qeyd olunan müqavilələr üzrə iddiaçının ödənişləri 2015-ci ilə qədər olan dövrə təsadüf edir, yəni x xxxx 2015-ci il tarixi həddinə çatmır və həmin həddi aşmır. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə də, Mülki Məcəllənin qeyd olunan tələbi baxımından adıçəkilən 8 müqavilə üzrə həmin Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti keçir. İddiaçı apellyasiya şikayətində həmin müqavilələr üzrə xx xxxx 2013-cü il tarixdən başlayraq həmin müqavilələr üzrə ödənişlər həyata keçirildiyini, sonuncu ödənişlərin isə xx xxxxxx 2017-ci il tarixdə edildiyini mübahisələndirsə də, 2015--2017-ci illərdə borcu etiraf edən belə ödənişlərin mövcudluğu konkret sübutlarla əsaslandırılmır və işdə belə sübutlar mövcud deyil. Belə olan halda, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan müqavilələr üzrə iddia müddətinin tətbiq edilərək həmin müqavlələrə münasibətdə iddiaçsının pul tələbinin rədd olunması işin hallarına və mülki qanunvericiliyin tələblərinə uyğun sayır. İşin iddiaçı tərəfindən mübahisələndirən digər bir halından göründüyü kimi, iddiaçı iş üzrə keçirilmiş məhkəmə mühasbatlıq ekspertizasının nəticələrini əsassız sayır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilinin qeyd olunan iddia müddəti buraxılmış müqavilə öhdəliklərinə münasibətdə araşdırılmasını zəruri hesab etmir. İddia müddəti keçməmiş müqavilələrə gəldikdə isə məhkəmə kollegiyası tərəfindən aşağıdakılar müəyyən olunur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 21907 nömrəli rəyində cavabdehin iddiaçıya, ümumilikdə, 11 müqavilə üzrə ödənilməyən borcunun 804.359,10 manat məbləğində olduğu müəyyən olunmuşdur: 1) x xxxxxx 2013-cü il tarixli SS-058 №-li müqavilə üzrə 153.795,30 manat, 2) xx xxxx 2014-cü il tarixli 12/SS-001 №-li müqavilə üzrə 34.316,95 manat, 3) x xxxxxxxx 2013-cü il tarixli 292 №-li müqavilə üzrə 17.671,71 manat, 4)xx xxxxxx 2014-cü il tarixli SS-016/2014№-li müqavilə üzrə83.709,46 manat, 5) x xxxx 2014-cü il tarixli 02/SS-019 №-li müqavilə üzrə 2.936,43 manat, 6) x xxxx 2014-cü il tarixli 01/SS-009 №-li müqavilə üzrə 38.312,69 manat, 7) x xxxxxx 2014-cü il tarixli 141208/11-1-604/08/H№-li müqavilə üzrə 1.074,02 manat, 8) xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №-li müqavilə üzrə 362.368,46 manat, 9) xx xxxx 2014-cü il tarixli 17/SS-005 №-li müqavilə üzrə 76.197,86 manat, 10)xx xxxx 2016-cı il tarixli 160729/11-1-230 №-li müqavilə üzrə 33.976,22 manat, 11) x xxxxxx 2017-ci il tarixli 170220/11-1-124 №-li müqavilə üzrə «0» manat. İş materiallarından isə görünür ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbində rəydə qeyd olunan xx xxxx 2014-cü il tarixli 12/SS-001 №-li müqavilədən yaran borc tələbi mövcud olmamış, lakin işə baxan birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş və həmin müqavilə üzrə araşdırma aparmışdır. Halbuki, dəqiqləşdirilmiş iddia tələbində cavabdehin xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müqaviləsindən irəli gələn 25.2300,80 manat məbləğində qalıq borcunun ödənilmədiyini iddia edir. Göründüyü kimi, həmin müqavilə məhkəmə araşdırmasının, o cümlədən ekspert tədqiqatının predmətini təşkil etməli olduğu halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin müqaviləyə münasibət bildirməmiş, MPM-in 14.1, 52.4 və 184.2-ci maddələrinin tələbləri qaydasında iddiaçıya, həmin müqavilə öhdəliklərinin icrası ilə bağlı məhkəməyə sübutlar təqdim edilməsi təklif olunmamışdır. İşin yuxarıda qeyd olunan hallarından isə göründüyü kimi, xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müqaviləsi üzrə iddia müddəti keçməmişdir. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri və hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi həmin müqavilə və onun icrası ilə bağlı sənədlərlə (905313, 950785, 950737, 952742. 952752 saylı qaimə fakturalar və s.) müəyyən olunur ki, həmin müqavilə üzrə iddiaçı ğərəfindən cavabdehə 35.733,35 manat məbləğində malların satışı həyata keçirilmiş, həmin məbləğdən 10.499,55 manat ödənilmiş, daha sonra cavabdeh tərəfindən x xxxxxx 2017-ci il tarixində həyata keçirilən 1242,00 manat məbləğində ƏDV ödənişi də nəzərə alınmaqla, onun tərəfindən cəmi 11.741,55 (10.499,55+1242,00) manat ödənildikdən sonra borcun miqdarı, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi, 25.233,80 manat deyil, 23.991,80 (35.733,35-11.741,55) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə göründüyü kimi, iddianın predmetindən kənar, aidiyyəti olmayan - xx xxxx 2014-cü il tarixli 12/SS-001 №-li müqaviləyə münasibətdə iddia müddəti tətbiq etmiş, bununla da prosessual pozuntuya yol vermişdir (MPM, m.218.3). Məhkəmə kollegiyası qətnamə ilə digər üç müqavilə üzrə, o cümlədən: - xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi üzrə 362.368,46 manat; - xx xxxx 2016-cı il tarixli 160729/11-1-230 №-li alqı-satqı müqaviləsi üzrə 33.976,22 manat; -xx xxxxxx 2017-ci il tarixli 170220/11-1-124 №-li xidmət müqaviləsi üzrə «0» manat - məbləğində borcun müəyyən olunmasını işin sübutlarla müəyyən olunan hallarına uyğun sayır. Belə ki, ekspert rəyindən görünür ki, adıçəkilən müqavilələr üzrə ayrı-ayrılıqda ekspert tədqiqatı aparılarkən ekspert aşağıdakıları müəyyən etmişdir: xx xxxxx 2014-cü il tarixli xidmət müqaviləsi üzrə göstərilən 2.127.880 manat dəyərində xidmətin 713.000 manat məbləğində hissəsi ödənildikdən sonra cavabdehin qalıq borcu 1.414.880,40 manat təşkil etmiş, sonradan məhkəmə tərəfindən həmin müqavilə üzrə ləğv edilən ümumilikdə 1.052.511,94 manat (891.959 manat malın dəyəri +160552,67 manat ƏDV) məbləğində 643787 saylı elektron vergi-hesab fakturası ekspertə göndərilmiş və ekspert həmin faktura nəzərə alınmaqla, həmin müqavilə üzrə qalıq borcun 362.368,46 manat təşkil etdiyi müəyyən edilmişdir. (Bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ləğv edən həmin vergi hesab fakturası işə əlavə olunmuşdur.) Ekspert tədqiqatı ilə, həmçinin müəyyən olunmuşdur ki, xx xxxx 2016-cı il tarixli müqavilə üzrə ümumi dəyəri 33.976,22 manat dəyərində xidmətin göstərilmiş, , lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Ekspert rəyində xx xxxxxx 2017-ci il tarixli müqavilə ilə bağlı isə müəyyən edilmişdir ki, həmin müqavilə üzrə 8.142,00 manat dəyərində göstərilən xidmətin tam dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, borcu qalmamışdır. Məhkəmə kollegiyası ekspert tədqiqatı ilə gəlinən nəticələrlə razılaşır. Belə ki, ekspert tərəfindən ona təqdim olunan, mübahisələndirilməyən mühasibatlıq sənədləri əsasında hərtərəfli tədqiqat aparılmış, cavabdehin ödənişləri nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. İddiaçı apellyasimya şikayətində rəydə gəlinən nətiəcələrlə razılaşmayaraq əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab etsə də, konkret olaraq hansı halların araşdırılmasına zərurt olduğu, ekspert tədqiqatının hansı məqamları və hansı sənədlərlə razılaşmadığını və hansı ödənişlərin nəzərə alınmasının düzgün olmadığını əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri əlavə və ya təkrar ekspertizanın keçirilməsi və ya birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də qeyd olunanlar ümumiləşdirilməklə iddia tələbi üzrə cavabdehin iddiaçıya olan borcunun aşağıdakı kimi müəyyən edilir: -21aprel 2014-cü il tarixli 140421/08-219 №-li müqavilə üzrə 362.368,46 manat, -xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müuqaviləsi üzrə 23.991,80 manat ; -xx xxxx 2016-cı il tarixli 160729/11-1-230 №-li müqavilə üzrə 33.976,22 manat ümumilikdə, 420.336,48 (362.368,46+23.991,80+33.976,22) manat məbəlğində olduğu iş materialları ilə təsdiq olunur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız, qanuna zidd və qeyri-obyektiv olduğunu mübahisələndirən dəlilləri ilə qismən, xx xxxxxx 2014cü il tarixli alqı-satqı müuqaviləsinə münasibətdə hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №li xidmət müqaviləsi üzrə 362.368,46 manat, xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müuqaviləsi üzrə 23.991,80 manat, xx xxxx 2016-cı il tarixli 160729/11-1-230 №-li alqı-satqı müqaviləsi üzrə 33.976,22 manat, ümumilikdə, 420.336,48 manat borc məbləği, eləcə də MPM-in 119.1-ci maddəsinin tələbi qaydasında, iddianın təmin edilməsinə münasib (10%) olaraq iddianın verilməsinə görə ödənilən 30 manat dövlət rüsumunun 3 (üç) manatı (30x10%) cavabdehə aid edilməklə, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 420.340 manat tutulmalı, qalan hissədə iddia rədd olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, MPM-in 115.0.1-ci madəsinə əsasən ekspertiza xərcləri məhkəmə məsrəflərinə aid edilir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Belə olan halda, MPM-in 119.1-ci maddəsinin tələbi baxımından iddianın təmin olunmuş hissəsinə münasib olaraq həmin məbləğin 15 manatı cavabdehə, 130 manatı isə iddiaçıya aid edilərək, onlardan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyndəki hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “X2” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı “X2” MMC-nin xeyrinə: - xx xxxxx 2014-cü il tarixli 140421/08-219 №-li xidmət müqaviləsi üzrə 362.368,46 manat; - xx xxxxxx 2014-cü il tarixli 03/SS-015 №-li alqı-satqı müqaviləsi üzrə 23.991,80 manat; - xx xxxx 2016-cı il tarixli 160729/11-1-230 №-li alqı-satqı müqaviləsi üzrə 33.976,22 manat; - iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 3 manat – ümumilikdə, 420.340 (dörd yüz iyirmi min üç yüz qırx) manat tutulsun. İddia qalan hissələrində rədd edilsin. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərcindən 15 (on beş) manatı Cavabdeh MMC-yə, 130 (yüz otuz) manatı isə “X2” MMC-yə aid edilməklə, onlardan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyindəki hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-275/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-275/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver