Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-276/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Departamentinin cavabdeh “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinə qarşı “borcun tutulması” dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 289/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Departamenti cavabdeh “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək yaranmış 393960 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkəti tərəfindən təqdim olunmuş 2TG illik hesabatına əsasən müəssisənin fəaliyyəti nəticəsində tullantıların ətraf mühitə atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 03 mart tarixli 122 saylı Qərarına müvafiq olaraq hesablanmış ödəmə haqlarının “X3 üzrə dövlət fonduna” ödənilməsi üçün müəssisəyə xx xxxxxx 2018-ci il tarixdə müraciət olunmuşdur. Cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində ödənilməli olan 393.960 manat məbləğində ödəmənin ödənilməsi təmin edilməmiş və nəticədə “X3” haqqında Qanunun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Tərəfimizdən “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinə hesablanmış borcun xx xxxxxxx 2018-ci il tarixədək ödənilməsi təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağına dair xx xxxxxxxx 2018-ci il tarixdə 17/2683- 01 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin bu günədək xx xxxxxxxx 2018-ci il tarixli 17/2683-01 saylı xəbərdarlıq məktubuna hər hansı bir münasibət cavabdeh təşkilat tərəfindən bildirilməmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-289/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətindən xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək yaranmış borc qismində 11722 manat 67 qəpik məbləğində pulun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Departamentinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək ləğv edilərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 2 dəfə məhkəmə ekspertizası təyin olunmuşdur. 2-ci ekspert rəyində ekspert heç bir araşdırma aparmadan yalnız cavabdehin təqdim etdiyi hesablamaya uyğun rəy vermişdir. Məhkəmə iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də iclasda iştirak etməmiş, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Kərimov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-289/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, cavabdeh “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin iddiaçıya təqdim etdiyi 2017-ci və 2018-ci il üçün “Sudan istifadəyə dair” illik rəsmi statistik hesabat (2 TG №-li forma) yoxlanıldıqdan sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində olan neftin miqdarının normadan artıq olmasına görə 393960 manat məbləğində ödəmə hesabatı təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2018-ci tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir. “X3” haqqında Qanunun 24-cü maddəsinə əsasən, ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifadəçi olan müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan alınır. Ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır. Həmin Qanunun 71-ci maddəsinin 2.9-cu bəndinə əsasən X3 sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək X3 sahəsində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin hüquqlarına aid edilmişdir. Qanunun 71-ci maddəsinin 1-ci hissəsinə əsasən X3 sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci hissəsinə əsasən X3 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. “X3” haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli Fərmanının 71-ci maddəsinin 1-ci, 2-ci hissələrində və 72-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə” Qaydalarının 5-ci bəndinə əsasən konkret təbiət istifadəçiləri üçün müvafiq müddətə təbii ehtiyatlardan istifadənin (onların çıxarılmasının), habelə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantılarının yerləşdirilməsinin yol verilən (müvəqqəti razılaşdırılan) həcmləri respublikanın xüsusi səlahiyyətli orqanlarının qoyduğu təbiətdən istifadə limitləri ilə müəyyənləşdirilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən çirkləndirici maddələrin atılmasına (axıdılmasına) görə ödəmələrə daxildir: - çirkləndirici maddələrin müəyyən olunmuş limitlər (normativlər) çərçivəsində atılmasına (axıdılmasına) görə ödəmələr; - çirkləndirici maddələrin müəyyən olunmuş limitlərdən (normativlərdən) artıq atılmasına (axıdılmasına) görə ödəmələr. Müəyyən olunmuş limitdən (normativdən) çox çirkləndirici maddələrin atılması (axıdılması) nəzərdə tutulduğundan beş qat artığına ödənilir. Qaydalara 3 saylı əlavəyə əsasən təbii su obyektinə çirkabların axıdılmasına görə ödəmələrin normativi bütün çirkləndirici komponentlərin miqdarı yol verilən qatılıq həddindən çox olmayan hala kimi durulaşdırmaq üçün lazım olan həmin təbii obyektdəki suyun miqdarı ilə müəyyən olunur. Kür çayı istisna olmaqla digər çaylar və Xəzər dənizi üçün bu qiymət hər kub metr üçün 12 qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 216 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 saylı «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» qərarları ilə təsdiq edilmiş normativlər on dəfə artırılması qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfindən tələb edilən ziyan məbləğinin Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı qərarına uyğun hesablanıb-hesablanmadığının müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 9678 saylı ekspert rəyində qeyd olunmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxx” Əməliyyat Şirkəti tərəfindən 2017-ci il 01 yanvar tarixindən 2018-ci il 30 iyun tarixinə kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Əməliyyat Şirkəti tərəfindən ******* m³ neftdən ayrılan lay sularının Hövsan kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılmasına görə hesablanma metodikasına uyğun ödənilməli olan məbləğ 393.960,0 manat məbləğində müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş əlavə sübutlar əsasında iş üzrə əlavə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21927 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlər əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il 122 nömrəli “Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəniş haqqları və bu ödənişlərdən istifadə haqqında” və 1993-cü il 01 may 216 saylı Qərarına əsasən “xxxxxxxxxxxxxxxxxxxx” Əməliyyat Şirkəti tərəfindən 2017-ci il 01 yanvar tarixindən 2018-ci il 30 iyun tarixinə kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Əməliyyat Şirkəti tərəfindən 1.575.628,00 m³ neftdən ayrılan lay sularının Xəzər dənizinə axıdılmasına görə hesablanma metodikasına uyğun ödənilməli olan məbləğ 11722,67 manat məbləğində müəyyən edilir. Ekspert rəyindən görünür ki, 2017-ci il və 2018-ci illər üzrə cavabdeh tərəfindən tərtib edilmiş 2-TG saylı forma illik X2 qeyd olunanlara əsasən Xəzər dənizinin su mühitinə axıdılan suyun həcmi istifadə olunan su miqdarları çıxıldıqdan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1.107.200,00 m3 , xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 468428,00 m3, ümumilikdə 1.575.628 m3 miqdarındadır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21927 saylı ekspert rəyi hesabat sənədləri əsas götürülməklə verildiyindən daha mötəbər hesab edilməli, həmin rəy əsasında cavabdehin ətraf mühitə vurulmuş ziyana görə borcu 11722,67 manat məbləğində müəyyən edilməlidir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21927 saylı ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi nəzərə alınmaması üçün hər hansı əsas göstərməmiş, cavabdehdən tələb olunan ziyanın məbləği hesablanarkən Xəzər dənizinin su mühitinə cavabdeh tərəfindən axıdılan suyun həcminin hansı sübutlara əsasən 4.690.000 m3 müəyyən edildiyini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-289/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Departamentinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-289/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-276/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-276/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver