Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-279/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X4 (VÖEN:**********) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1213/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ.İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc olaraq 12820 manat, müqavilə şərtlərini pozaraq iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əldən çıxmasına səbəb olduğuna görə 1153,80 manat, müqavilə şərtlərində nəzərdə tutulan öhdəliyini məqədli şəkildə pozmasına görə 1280 manat məbləğində dəbbə pulu, vəkilə ödənmiş 400 manat və 30 manat dövlət rüsumunun, cəmi 15683,80 manat məbləğində iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər arasında xx xxxx 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə əsasən cavabdehə cəmi 12820 manat dəyərində avadanlıq satmış, lakin sonuncu həmin avadanlığın dəyərini ödəməmişdir. Həmin müqavilə və təhvil-təslim aktı və digər sənədlər cavabdehin verdiyi etibarnamə əsasında Mustafayeva Gövhər Maksim qızı tərəfindən imzalanmışdır. Etibarnamədə Mustafeyevaya cavabdeh X5 təmsil etmək, sənədləşmə aparmaq və digər hüquqlar verilmişdir. Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməmiş., rədd olunmasını xahiş etmişdir. Bu mövqeyini onunla əsaslandırmışdır ki, müqaviləni imzalayan X7 qızı “X9”salonunda menecer vəzifəsində işləmiş, ona cavabdeh tərəfindən etibarnamə verilmiş, lakin etibarından sui-istifadə edərək, cavabdehin xəbəri olmadan onun adından digər şəxslərlə müxtəlif əqdlər bağlamış. Bunu bildikdən sonra 2019-cu ilin oktyabr ayında cavabdehY.Zeynalova etibarnaməni ləğv etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddianın rədd edilməsi tamamilə qanunsuz və heç bir hüquqi əsası yoxdur. Məhkəmə işin hallarını tam araşdırmamış, işdə olan şahid ifadsini nəzərə almamış, obyektivliyi qorumamış, qərəzli mövqe göstərmişdir. İddiaçının nümayəndəsinin ifadələrini təhrif edərək guya cavabdehlə aralarında sadəcə şifahi razılaşmaya əsasən cavabdehin aldığı avadanlığın dəyərini 1 aydan sonra ödəməli olduğu qeyd olunmuşdur. Lakin müqavilənin müvafiq bəndində bütün məbləğin müqavilə bağlandıqdan 1 ay sonra ödənilməli olduğu göstərilmişdir. Həmçinin, məhkəmə qətnamədə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanan “04” iyun 2019-cu il tarixli, 482 saylı alqı-satqı müqaviləsində cavabdeh X3 ata adı “Arif” deyil, “Akif” olaraq qeyd olunmuşdur. Lakin müqavilədə və digər sənədlərdə cavabdehin fərdi sahibkar olmasına dair VÖEN qətnamədə öz əksini tapmışdır. Bu fakt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Y.A.Zeynalovaya məxsus “X9” salonunda menecer vəzifəsində işləmişdir. xx xxxx 2019-cu il tarixdə X6 ona zəng vuraraq İddiaçı MMC-dən cihaz sifariş etdiyini bildirmiş, özü gələ bilmədiyinə görə cihazın qəbul edilməsini ona tapşırmışdır. Buna görə də o, müvafiq sənədləri imzalayaraq cihazı qəbul etmişdir. Cihaz gətirilərkən Y.A.Zeynalova salonda olmamış, cihazı qəbul etmək üçün etibarnamə əsasında həmin salonun idarə edilməsi ona həvalə edildiyindən onun cihazı qəbul etmək səlahiyyəti olmuşdur. G. Mustafayeva 2019cu ilin sentyabr ayında işdən çıxmışdır. Məhkəmə şahid ifadələrini sübut qismində dəyərləndirməyərək və işin hallarını düzgün qiymətləndirməyərək subyektiv mülahizələrinə uyğun qətnamə qəbul etmişdir. Bununla yanaşı, məhkəmə cavabdeh tərəfindən G.Mustafayevaya verilən etibarnamədə müqavilə imzalamaq səlahiyyətlərinin olmadığını və etibar edilənin yalnız onaçatası sənədləri təhvil almalı olduğunu qeyd etmişdir. Lakin etibarnamənin mətnindən də aydın olur ki, həmin etibarnamə üzrə sonuncuya onu dövlət orqanları qarşısında təmsil etməkdən başqa “bütün fiziki və hüquqi şəxslər qarşısında nümayəndə qismində çıxış etmək, adından sənədləşmə işləri aparmaq, lazımı sənədləri toplamaq, təhvil vermək, ərizə ilə müraciət etmək, VÖEN, kassa aparatı, kod, postterminal almaq, quraşdırmaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, rüsumları və digər xərcləri ödəmək, ona çatası sənədləri almaq və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etmək” etibar edilmişdir. Göründüyü kimi etibarnamədə sənədləşmə işlərinin aparılması ümumi kontekstdə qeyd olunmuşdur və müqavilə bağlamaması barədə heç bir qeyd öz əksini tapmamışdır. “Yalnız ona çatası sənədləri təhvil almaq” ifadəsi də məhkəmə tərəfindən təhrif olunmuşdur. Əvvəla, burada “ona”ifadəsi etibar edəni nəzərdə tutur. Bununla yanaşı, etibarnamədə “yalnız” ifadəsi də qeyd olunmamışdır. Buradan da aydın olur ki, hakim sübutları təhrif edərək ədalətsiz qətnamə qəbul etmişdir. Həmçinin, iş materiallarından da görünür ki, iddiaçının nümayəndəsi cavabdehin İddiaçı MMC-yə qarşı törətdiyi əməllərlə bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatının təsdiq olunmuş surətinin məhkəmə sorğusu əsasında tələb edilməsini xahiş etmiş, məhkəmə həmin vəsatəti təmin edərək həmin idarəyə sorğu göndərmiş, lakin sorğunun cavabının gəlməsini gözləmədən, işin hallarını ətraflı araşdırmadan, sübutları düzgün qiymətəndirmədən tələsik və heç bir hüquqi əsası olmayan qətnamə qəbul etmişdir. Sorğuya cavab isə xx.xx.2020-ci il tarixdə, qətnamə qəbul olunmasından 15 gün keçdikdən sonra elektron məhkəmə sisteminə yüklənilmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmə sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli 007-10652- 1220 saylı cavab məktubunda “X6 2019-cu ilin iyun ayında İddiaçı MMC ilə müqavilə bağlayaraq estetik cihaz almış və dəyərini 30 gün ərzində ödənilməsi ilə bağlı cəmiyyətin direktoru Nümayəndə1 ilə razılığa gəmişdir. Uzun müddət keçməsinə baxmayaraq Yeganə Zeynalova cihazın dəyərini ödəməmişdir” kimi qeyd edilmişdir. Cavabdehin təhqiqata verdiyi izahatında,“yayda, iyul ayında İddiaçı MMC-dən arıqlama aparatı, sterilizator, lupa götürdüm”qeyd olunmuşdur. Cavabdeh eyni zamanda izahatda özünün iş ortağı olanArazadlı şəxslə yaranmış mübahisəsini qeyd etmiş və götərmişdir ki, “Amma biz (yəni özü ilə vəkili) gələndə artıq aparat obyektdə yox idi. Araz hətda mənə aid şəxsi əşyaları ordan çıxarmışdı”. “Mesa qrupa aid aparat daxil olmaqla daşımışdır.Hal-hazırda Yasamal rayon polis idarəsində araşdırma aparılır. Bu barədə Mesa qrupa məlumat vermişdim.”. Bildirmək istəyrik ki, ödənişlə bağlı vaxt verilməsi üçün cavabdeh polis orqanında yazdığı izahatda qeyd etdiyi kimi özünün Arazadlı şəxslə mübahisənin olmasını, işin polisdə araşdırıldığını İddiaçı MMC-nin rəhbərinə bildirmişdir. Lakin, cavabdeh polis orqanında araşdırma zamanı yazdığı izahatın müxtəlif yerlərində və müxtəlif sətirlərində görünür ki,cavabdeh avadanlığı İddiaçı MMC-dən özünün götürməsini etiraf etmişdir. Hakim mübahisə predmetini G.M.Mustafayevanın əqdi imzalamaq və həmin əqd üzrə verilməli olan əmlakı qəbul etmək səlahiyyətinin olub olmaması kimi göstərmiş, lakin iddia ərizəsindən də görünür ki iddia tələbi tərəflər arasında olan razılaşmaya əsasən borcun ödənilməsi barədədir. Bütün bunlar göstərir ki, hakim iddia tələbindən kənara çıxaraq qərəzli mövqedən çıxış etmiş və hüquqi əsası olmayan qətnamə qəbul etmişdir. Halbuki, hakim müqavilənin tərəflərinin müəyyən edilməsi, müqavilə üzrə satılan avadanlığın hansı ünvana təhvil verilməsi, təhvil verilmiş avadanlığın kim tərəfindən qəbul edilməsi, işin ədalətli həlli üçün prosesin bütün gedişatında iştirak etmiş şahid G. Musatafayevanın ifadəsinin diqqətə alınmaması, iş materialında olan etibarnamədə olan səlahiyyətlərdə xüsusi qeydin olmamasına toxunması, məhkəmə qaydasında verilmiş sorğuya cavabın gəlməsinin gözlənilməməsi qətnamənin əsassız və qanunsuz olduğunu göstərir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayənəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən və qiymət razılaşması ilə bağlı həmin müqaviləyə 1 saylı Əlavə və ödəmə şərtlərinə dair protokoldan görünür ki, iddiaçı (saıtıcı) cavabdehə (alıcıya) ƏDV daxil, 12820 manat dəyərində olan avdanlıqları satmağı, cavabdeh isə sonuncu isə həmin məbləği 1 ay müddətində ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək həmin avdanlıqları xx xxxx 2019-cu il tarixində cavabdehə təhvil vermişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, həmin sənədlər cavabdeh verdiyi etibarnamə əsasında onu təmsil edən onunla “X9” gözəlik salonunda menecer işləyən X2 tərəfindən imzalanmışdır və bu tərəflər arasında işin mübahisələndirməyən halıdır. İşə əlavə olunmuş həmin xx xxxxxx 2017-ci il tarixli, AR-İ seriyalı,472914 saylı 2 il müddətin verilmiş həmin etibarnamədən isə görünür ki, Cavabdeh X1 aşağıdakı səlahiyyətləri etibar etmişdir: -onu Vergilər Nazirlyində, bütün vergi orqanlarında, Sosial Müdafiə fondunda, Əmək müfəttişliyi, dövlət və qeyri-dövlət təşkilatlarında və orqanlarında təmsil etmək, bütün sənədləşdirmə işləri aparmaq, lazımi sənədləri toplamaq, təhvil vermək, ərizə ilə müraciət etmək, VÖEN, kassa apparatı, kod, post-terminal almaq, quraşdırmaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, rüsumları və digər xərcləri ödəmək, ona çatası sənədləri almaq və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etmək. Göründüyü kimi, cavabdeh öz etibarnaməsi ilə Gövhər Mustafayevaya onu qeyridövlət təşkilatlarında və orqanlarında təmsil etməyi, bütün sənədləşdirmə işləri aparmaq, onun adından sair bütün zhərəkətləri etmək hüquqlarını vermişdir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən Gövhər Mustafayeva məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, “X9” salonunda menecer vəzifəsində işləmiş, xx xxxx 2019-cu il tarixdə X6 ona zəng edərək, İddiaçı MMC-dən cihaz sifariş etdiyini bildirmiş, özü gələ bilmədiyinə görə həmin cihazın qəbul edilməsini ona tapşırmış və o, müvafiq sənədləri imzalamış və cihaz qəbul etmişdir. Cihaz gətirilərkən cavabdeh salonda olmamış, lakin sonuncu tərəfindən ona verilmiş etibarnayə görə ciahzı qıbul etmək səlahiyyəti olmuşdur. 2019-cu ilin sentyabr ayında cavabdehlə münasibətləri pozulduğundan işdən çıxmaq qərarına gəlmişdir. Cavabdehin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi Vəkil da, məhz, cavabdeh tərəfindən Gövhər Mustafayevaya etibarnamə verildiyini və cavabdehin çalışdığı “X9” salonunda menecer vəzifəsində işlədiyini təsdiq edərək, etibarından suiistifadə edərək cavabdehin xəbəri olmadan onun adından digər şəxslərlə müxtəlif əqdlər bağladığını bildirmişdir. Beləliklə də qeyd olunan sübut etmə vasitələri ilə müəyyən olunan hallardan göründüyü kimi, cavabdehin etibarnamə üzrə nümayəndəsi Gövhər Müstafayevaya verdiyi etibarnamə əsasında onu təmsil edərək, iddiaçının cavabdehlə aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsini və həmin müqavilənin qiymət razılaşması və ödəmə şərtlərinə dair protokolu (1 saylı Əlavəni) və həmin müqavilə şərtələrinə uyğun olaraq ona təqdim edilmiş (satılmış) avdanlıqların xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktını imzalamışdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə daxil olmuş, AR DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin xx.xx.2020-ci il tarixli məktubuna və həmin məktuba əlavə olunumş sənədələrə (izahatlara) əsasən müəyyən olunur ki, idarəyə daxil olmuş İddiaçı MMC-nin şikayəti üzrə aparlan araşdırma zamanı X6 2019-cu ilin dekabr ayında təhqiqata verdiyi izahatında göstərmişdir ki, o, yayda İddiaçı MMC-dən arıqlama aparatı, sterilizator, lupa götürmüşdür...” (İzahatın 2-ci vərəqi, 10-12-ci sətirlər). Göründüyü kimi, mübahisələndirilən alqı-satqının predmetini təşkil edən 12820 manat dəyərində avadanlıqlar hətta cavabdehin özü tərəfindən götürülmüşdür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan göründüyü kimi, satııcı tərəfindən 12.820 manat məbləğində avadanlıq alığı cavabdehə verildiyi sübuta yetirilir. Lakin işdən görünür ki, iddiaçı tərəfindən ona EBAN №: 872820 saylı elektron xx.xx.2020-ci il tarixli elektron qaimə göndərilsə də, ödənilməsi tələb olunan malların 12.820 manat məbləğində dəyəri ödənilməmişdir. Halbuki, qiymət razılaşması və ödəmə şərtlərinə dair prtokola (müqaviəlyə 1 saylı Əlavə) uyğun olaraq malın təqdim olunduğu gündən bir ay ərzində ödəməyə borclu idi. Mülki Məcəllənin 427.3-cü maddəsi də məhz nəzərdə tutur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini pozmuş, iddiaçının təqdim etdiyi malların dəyərini xx.xx.2019-cu il tarixdən bir ay ərzində iddiaçıya ödənilməsini təmin etməmiş, bununla da üzərinə düşən müqavilə öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıdla qeyd olunanlardan göründüyü kimi, iddiaçıya cavabdehə verdiyi malların 12820 manat dəyəri həcmində maddi zərər dəydiyi təqdirdə həmin zərərin əvəzinin cavabdehdən onun xeyrinə tulumasını tələb etməkdə haqlıdır. Bunula yanaşı, qeyd olunmalıdır ki, iddiaçı ödəmənin gecikdirilməsinə görə 3461 manat məbləğində dəbbə pulunu tələb cavabdehdən tələb etməsi əsassızdır. Çünki, alqısatqı müqaviləsidə dəbbə pulunun ödənilməsi barədə tərəflər arasında yazılı razılaşma yoxdur. Mülki Məcəllənin 463.1-ci maddəsi də məhz nəzərdə tutur ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Birinci instansyia məhkəməsiinin qətnaməsindən görünür ki, məhəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, işdə olan sübutlara düzgün qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamış, bütün bunlar isə son nəticədə maddi hüquq normalarının də düzgün tətbiq edilməməsi ilə nəticələnməklə iddianın rədd olunması barədə qanunmsuz qətnamə qəbul olunmuşdur. MPM-in 385.1-ci maddəsinin tələblərindən isə görünür ki, sadalanan hallar qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də, yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutlara qiymət verilmədiyini, iddianın rədd edilməsi barədə qanunsuz qətnamə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1213/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 12820 manat məbləğində pulun tutulması, qalan hissədə iddianın rədd edilməsi və MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumununun 21 manatı cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalı, qalan 9 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1213/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X8 qızından İddiaçı MMC-nin xeyrinə 12820 (on iki min səkkiz yüz iyirmi manat) manat və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 21 (iyirmi bir) manat məbləğində pul tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-279/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-279/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver