Məhkəmə qərarları › İş №2-2(103)-280/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-280/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-280/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı “S.M.A.P.E. SRL Societa Méridionale X9 X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-637/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı (nümayəndəsi) tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: xx.xx.2020-ci il tarixdə iddiaçı “S.M.A.P.E. SRL Societa Méridionale X9 X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış xx xxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən yaranmış 471757,01 ABŞ dolları borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlanılmasına görə 35381,77 ABŞ dolları faiz borcu, umumilikdə 507138, 78 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərəkərəflər arasında bağlanmış müqaviləyə əsasən mübahisənin İngiltərə məhkəmələrinin müstəsna aidiyyətində olduğunu bildirərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 152.1.3-cü maddəsinə əsasən geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-637/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı (nümayəndəsi və vəkili) həmin qərardaddan şikayət və həmin şikayətinə əlavə verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, MPM-in 443.0.0.7, 36.11, 443.0.2-ci maddələrinə əsasən işə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilər. Bundan əlavə, həmin Məcəllənin 458.1, 462, 465.1.6-cı və «Beynəlxalq xüsusi hüquq haqqında» Qanunun 15-ci maddələrinə istinadən iddiaçı qeyd etmişdir ki, İngiltərə məhkəmələrində işin baxılacağı halda, qəbul olunacaq qətnaməsinin icrasının mümkün olmayacaq. Bunu onunla izah etmişdir ki, hal-hazırda Azərbaycan Respublikasının tərəfdar çıxdığı və İngiltərə Krallığının da üzv olduğu belə bir qarşılıqlı müqavilə mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının (nümayəndəsinin) şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Birincisi, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən, habelə, cavabdehin etirazından göründüyü kimi, həm iddiaçı, həm də cavabdeh xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyytdan keçmiş filiallarıdır. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə nümayəndəliklər filiallar hüquqi şəxs deyildir, hüquqi şəxslərin təsdiq etdiyi əsassnamələr əsasında fəaliyyət göstərirlər və onların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Başqa sözlə, qanunun qeyd olunan məzmunundan irləi gələn mənasına görə filiallar hüquqi şəxsin adından çıxış edir və onu təmsil edir. İkincisi, MPM-in 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Bu razılıq yazılı şəkildə olmalıdır. İddiaçının istinad etdiyi, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilənin 17-ci bəndində də məhz onlar belə razılığa gəlmişlər ki, bu müqavilədən və ya onunla bağlı yaranan istənilən mübahisənin (müqavilədənkənar iddia və tələblər də daxil olmaqla) həlli İngiltərə məhkəmələrinin müstəsna aidiyyatındadır. Müqavilənin qeyd olunan şərtindən göründüyü kimi, tərəflər öz aralarında baş verə bilən istənilən mübahisənin aidiyyəti müstəsna olaraq yalnız İngiltərə məhkəmələrinə aid etmişlər. Konkret halda isə iddiaçı mübahisəyə Azərbaycan Respublikası məhkəməsində baxılmasna cəhd göstərsə də, cavabdeh buna heç bir halda razılıq vermir. Deməli, MPM-in 450.1-ci maddəsinin tələbi baxımından, mübahisəli ölkə daxilində məhkəmə qaydasında baxılması da mümkün deyil. Başqa sözlə yolverilməzdir. Belə olan halda MPM-in 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasınqda baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, məhkəmə iddianın mümkünlüyü məsələsinə nəticə etibarı ilə düzgün qiymət vermiş və əsaslı olaraq MPM-in 153.2.1-ci maddəsinə müvafiq olaraq yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmişdir. Ona görə də məhkəmə kaollegiyası iddiaçının (nümayəndəsinin) həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 637/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikaytə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “S.M.A.P.E. SRL Societa Méridionale X9 X4” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-637/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar