Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-285/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs “xxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1011/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı Hüsü oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Hüsü oğlu Cavabdeh ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxx” Sığorta Şirkəti, “xxxxxxxxxxxx”xxxxxx“X4” ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixi 218LD/16 saylı lizinq müqaviləsinə görə lizinqə verilmiş 441207828, 130147628, ********* birka nömrəli tələf olmuş damazlıq heyvanlara, xx.xx.2016-cı il tarixli 247-LD/17 saylı lizinq müqaviləsinə görə 138488728, 084815829, 450656228, ********* birka nömrəli tələf olmuş damazlıq heyvanlara görə ödənilmiş sığorta pulunun yarısının - 24731,23 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)- 1011/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Hüsü oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs “xxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ASC (lizinq verən) ilə İddiaçı Hüsü oğlu (lizinq alan) arasında xx xxxx 2016-cı il tarixdə 218-LD/16 saylı lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən lizinq verən damazlıq heyvanların güzəştli satış dəyəri lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə lizinqə verməyi, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 24731,23 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan 24731,23 manat məbləği isə ödəniş qrafikinə uyğun qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında sığorta haqqının ödənilməsi barədə eyni tarixli müqaviləyə əsasən İddiaçı lizinqə verilmiş heyvanların sığortalanmasına görə Cavabdeh ASC-yə sığorta haqqı ödəməyi, Cavabdeh ASC isə lizinqə verilmiş heyvanları sığortalamağı və sığorta hadisəsi baş verdikdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısını lizinq alana qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə 247-LD/17 saylı lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən lizinq verən damazlıq heyvanların güzəştli satış dəyəri lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 38945,02 manat ilkin ödənişi, 930 manat üstəlik xərclərin məbləğinin əvvəlcədən lizinq verənə ödəməyi, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 38945,04 məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında sığorta haqqının ödənilməsi barədə eyni tarixli müqaviləyə əsasən İddiaçı lizinqə verilmiş heyvanların sığortalanmasına görə Cavabdeh ASC-yə sığorta haqqı ödəməyi, Cavabdeh ASC isə lizinqə verilmiş heyvanları sığortalamağı və sığorta hadisəsi baş verdikdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısını lizinq alana qaytarmağı öz öhdəsinə götürmüşdür. Sığorta olunmuş 9 baş heyvan tələf olmuş, 2 baş heyvanın sığorta hadisəsi üçün 3606,46 manat sığorta ödənişi təmin edilmiş və iddiaçının lizinq borcuna yönəldilmişdir. Digər heyvanlara görə isə sığorta ödənişi ödənilməmişdir. İddiaçı 7 baş heyvanın tələf olunmasına görə ödənilmiş sığorta pulunun yarısının (24731,23 manat) cavabdehdən tutulması tələbini irəli sürür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, AT ********* birka nömrəli 1 baş heyvanın tələf olması barədə lizinq alan tərəfindən Cavabdeh ASC-yə şifahi məlumat verildikdən sonra cəmiyyət 3221,84 manat sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxxxxxxxxxxx” ASC-yə müraciət etmişdir. Sənədlər sığorta şirkəti tərəfindən araşdırıldıqdan sonra sənədlərin tərtibatında yol verilmiş nöqsanlar əsas götürülərək xx.xx.2018-ci il tarixli 07/SÖ-2187 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. AT ********* birka nömrəli 1 baş heyvanın tələf olması barədə lizinq alan tərəfindən Cavabdeh ASC-yə şifahi məlumat verildikdən sonra Cəmiyyət 5646,08 manat sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxxxxxxxxxx” ASC-yə müraciət etmişdir. Sənədlər sığorta şirkəti tərəfindən araşdırıldıqdan sonra sığorta hadisəsinin şəhadətnamənin başlanma tarixindən, yəni damazlıq heyvan sığortalanmamışdan əvvəl baş verdiyi əsas götürülərək xx.xx.2017-ci il tarixli 1710/1 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. AT ********* birka nömrəli 1 baş heyvanın tələf olması barədə lizinq alan tərəfindən Cavabdeh ASC-yə şifahi məlumat verildikdən sonra Cəmiyyət 5020,52 manat sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxxxxxxxxxx” ASC-yə müraciət etmişdir. Sənədlər sığorta şirkəti tərəfindən araşdırıldıqdan sonra heyvanın təsərrüfatsızlıq səbəbindən tələf olduğu müəyyən edildiyindən, xx.xx.2017-ci il tarixli 3154/1 saylı məktubla sığorta ödənişindən imtina edilmişdir. İddiaçı təsərrüfatında 2016-cı ilin dekabr və 2017-ci ilin fevral aylarında tələf olmuş 4 baş heyvan barədə lizinq alan Cavabdeh ASC-yə 1 ildən çox gecikdirməyə yol verməklə, 2018-ci ilin aprel ayında ərizə ilə məlumat vermişdir. Məhkəməyə təqdim olunan ərizədə isə yalnız 3 baş heyvanın tələf faktı, yəni, sığorta məbləği 3122,20 manat olan AT 519072328, sığorta məbləği 4675,66 manat olan AT 138488728, sığorta məbləği 4836,06 manat olan AT ********* qeyd olunmuşdur. Sığorta məbləği 4795,96 manat olan AT ********* nömrəli damazlıq heyvanın tələf olma faktı isə qeyd olunmamışdır. Beləliklə, ümumi sığorta məbləği 17429,88 manat olan 4 baş heyvan barədə lizinq alan tərəfindən Cavabdeh ASC-yə 1 ildən çox gecikməklə 2018-ci ilin aprel ayında ərizə ilə məlumat verilməsi səbəbindən cəmiyyət tərəfindən sığorta şirkətinə sığorta məbləğinin ödənilməsi üçün müraciət edilməmiş və bununla əlaqədar sığorta ödənişinin mümkünsüz olması barədə cəmiyyət xx xxxxx 2018-ci il tarixli ASC/İ-21 nömrəli məktubla iddiaçıya məlumat vermişdir. Üçüncü şəxslər “xxxxxxxxxxxxx” ASC və “xxxxxxxxxxxx” ASC də iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı tərəflər arasında bağlanılmış sığorta haqqının ödənilməsi barədə müqavilələrin 4-cü bəndinə istinad edərək, hazırki iddianı qaldırmışdır. Həmin bəndə əsasən sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. Bəndin məzmunundan da göründüyü kimi Cavabdeh ASC yalnız sığorta təşkilatı tərəfindən sığorta ödənişi ona ödənildikdən sonra həmin vəsaitin yarısının iddiaçıya qaytarılması öhdəliyini daşıyır. Lakin hazırki işdə cavabdeh tərəfindən sığorta ödənişinin yarısının iddiaçı qaytarılması üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən heyvanların tələf olması ilə əlaqədar Cavabdeh ASC-yə müraciət edildikdən sonra cavabdeh tərəfindən iddia ərizəsində göstərilmiş 4 baş heyvana görə sığorta ödənişin aparılması üçün sığortaçılara müraciət edilmiş, onlardan üç baş heyvanlara görə sığorta ödənişinin edilməsindən müxtəlif əsaslarla imtina edilmiş (AT ********* –“xxxxxxxxxxxxx” ASC; AT ********* və ********* “xxxxxxxxxxxx” ASC), bir heyvan barədə (inventar nömrə: AT 441207828) müraciətə sığortaçı “X4” ASC tərəfindən cavab verilməmişdir. Mübahisə predmeti olan digər üç heyvanlara (inventar nömrə: AT 519072328, AT 138488728, AT 450656228) münasibətdə Cavabdeh ASC lizinq ödənişinin ödənilməsi ilə bağlı sığorta şirkətinə ümumiyyətlə müraciət etməmiş və Cavabdeh ASC sığortaçıya müraciət edilməməsini iddiaçının həmin heyvaların tələf olması barədə lizinq verənə 1 ildən artıq müddət keçdikdən sonra məlumat verməsi ilə əsaslandırmışdır. Göründüyü kimi 7 baş heyvanın tələf olması ilə əlaqədar sığorta ödənişləri sığortaçılar tərəfindən Cavabdeh ASC-yə ödənilməmişdir. Belə olan halda isə cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 385.1-ci maddəsi baxımından sığorta ödənişi ödəmək öhdəliyi yaranmamışdır. Ona görə də, iddiaçı cavabdehdən sığorta ödənişinin yarısının ona ödənilməsini tələb etməkdə haqlı deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Həmçinin kollegiya izah edir ki, əgər iddiaçı cavabdeh tərəfindən lizinq müqavilələri və sığorta haqqının ödənilməsi barədə müqavilələr üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyini və nəticədə ona maddi ziyan dəydiyinə istinad edirsə, bununla bağlı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki mübahisənin predmeti isə maddi ziyanın ödənilməsi deyil, sığorta ödənişinin həyata keçirilməsindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Hüsü oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1011/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-285/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-285/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver