Məhkəmə qərarları › İş №2-2(103)-286/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-286/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-286/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X1, cavabdeh Cavabdeh1 MMC-nin direktoru X4 iştirakları ilə, iddiaçı İddiaçı1 Cavabdeh1 MMC-nə qarşı borcun tutulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim F.Qasımov) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 MMC-nə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi həmin qərardaddan şikayət vermiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi şikayət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya qərardad barədə məlumat verilməmişdir. xx xxxxxx 2020-ci il tarixində o, ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qərardadı almışdır. Məhkəmə ləğv olunduğu üçün elektron kabinetə yerləşdirilmiş qərardad ilə tanış ola bilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi X5 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin direktoru X6 şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının surətinin verilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qərardadı qəbul etmiş, xx.xx.2020-ci il tarixdə şikayət vermişdir. Birinci instansiya məhkəməsi şikayətin qaytarılması əsası kimi göstərmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı elektron imza ilə təsdiq olunaraq elektron kabinetə yerləşdirildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab olunur, buna görə də iddiaçı tərəfindən qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət həmin tarixdən hesablanarsa ötürülmüş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən əsasla qərardaddan verilmiş şikayəti geri qaytarmaq üçün aşağıdakı normaların tələblərinə riayət edilib-edilmədiyini araşdırmalı idi. Mülki Prosessual Məcəllənin 10-1.1.-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8.-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göstərilən maddənin tələbinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri elektron kabinetə yerləşdirildikdən sonra bu barədə işdə iştirak edən şəxsə məlumat həmin sistem vasitəsilə elektron qaydada məlumat verildiyi tarixdə sənəd rəsmi qaydada verilmiş sayılır. “Elektron məhkəmə” informasiya sistemində “Əməliyyatlar” bölməsində olan məlumata əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı xx.xx.2019-cu il tarixdə imzalanaraq sistemə daxil edilmişdir. Lakin iddiaçıya bu barədə sistem vasitəsilə məlumatın verilməsi müəyyən olunmur və məhkəmə qərardadında bu barədə hər hansı məlumat qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı elektron kabinetə yerləşdirildikdən sonra iddiaçıya bu barədə həmin sistem vasitəsilə məlumatın elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılıbçatdırılmamasının araşdırılmasına zərurət olduğundan şikayət təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iş qeyd edilən halların araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar