Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-286/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə İddiaçı “RBC Group CZECH S.R.O” şirkətinin cavabdeh “xxxx” QSC-yə qarşı “müqavilə şərtlərinin pozulmasına görə cərimənin tutulması, qoyulmuş investisiyalara və əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1630/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “RBC Group CZECH S.R.O” şirkəti cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilənin 3-cü maddəsinin “a” bəndinin tələblərinin pozulmasına görə 180.000 ABŞ dolları, 2018-ci ildən bu günədək şirkətin investisiya etdiyi 110.000 ABŞ dolları və əldən çıxmış faydaya görə 360.000 ABŞ dolları, ümumilikdə 650.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1630/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia kimi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı adından iştirak edən və vəkil kimi prosesdə iştirakı qəbul edilən A.Abdullayeva iddia ərizəsinin şirkət tərəfindən verilməsinə baxmayaraq, bütün məhkəmə sənədlərində birinci instansiya məhkəməsi tərəfindən iddiaçı kimi şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyi göstərildiyini bildirərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İşdə iştirak edən cavabdehin nümayəndəsi vəkil F.Babayev iddia ərizəsini imzalayan şəxsin, habelə, şirkətin nümayəndəliyinin rəhbərinin şirkət adından iddia ərizəsini və apellyasiya şikayətini imzalamaq və etibarnamə vermək səlahiyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd işdə mövcud olmadığını və hazırda da məhkəməyə belə sənəd təqdim olunmadığını bildirərək, işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirk edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Birincisi, işdən görünür ki, iddia ərizəsi “RBC Group CZECH S.R.O” şirkəti adından verilsə də, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata götürülməsi, işin məhkəmə baxışına təyin edilməsi, iş mahiyyəti üzrə baxılmasının nətiəcəsi üzrə çıxarılmış qətnamədə iddiaçı kimi şirkət deyil, onun Azərbaycan Respublikasındakı nümayəndəliyi göstərilmişdir. Halbuki, Azərbyacan Respubliikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. İkinci bir tərəfdən, şirkətin elektron məhkəmə informasiya sistemində yaradılımış elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsi, habelə, hazırkı apellyasiya şikayəti Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Qanuni nümayəndə tərəfindən imzalansa da, işdə şirkət tərəfindən həmin sənədləri imzalamaq səlahiyyətini təsdiq edən mötəbər sənəd (etibarnə) mövcud deyil, hazırkı mərhələdə də belə sənəd (etibarnamə) məhkəməyə təqdim edilməmişdir. Şirkət tərəfindən Qanuni nümayəndə verilmiş və iddia ərizəsinə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli etibarnamədə həmin etibarnamənin şirkətin direktoru Yirji Brandis tərəfindən imzalandığı görünsə də, həmin imza Azərbaycan Respublikasındakı nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Halbuki, MPM-in 73.4-cü maddəsinin imperativ tələbinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Bundan əlavə qeyd etmək lazımdır ki, işdə elektron formada verilmiş şirkətin nümayəndəlik rəhbəri Qanuni nümayəndə tərəfindən imzalanmış iddia ərizəsi və apellyasiya şikayəti, işdə əsilləri mövcud olmayan, kağız daşıyıcıda tərtib olunub şirkətin direktoru Yurji Brandis tərəfindən imzalınıb təsdiq olunmuş kserosurət kserosurət iddia ərizəsi və apellyasiya şikayətindəki imza uyğunsuzluqları da məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Bundan əlavə, cənab “Yurji Brandisin” şirkət rəhbəri (icraçı direktoru) kimi öz ölkəsində dövlət qeydiyatına alındığını, yəni şirkətin müvafiq hüquqi qeydiyyata alınmış rəhbəri olduğunu, həmçinin şirkət tərəfindən nümayəndəliyin rəhbərinə iddia ərizəsini və apellyasiya şikayətini imzalamaq səlahiyətinin verildiyinə dair mötəbər sənəd məhkəməyə təqdim olunmamışdır. Hazırkı mərəhələdə məhkəməyə təqdim edilən iddiaçı şirkətin Ümumi yığıncağının xx.xx.2019-cu il tarixli prtokolundan isə görünür ki, həmin protokolda şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Qanuni nümayəndə şirkət adlından iddia ərizəsini və məhkəmə aktından şikayət vermək, onları nümayəndəliyin möhürü ilə onları təsdiq etmək və məhkəmədə şirkəti təmsil etmək, habelə şirkəti təmsil etmək üçün nümayəndəyə etibarnamə vermək və s bu kimi səlahiyyətlər verildiyi də müəyyən olunmur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 12-ci fəslinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin fəslin 150.0.3-cü maddəsinin imperativ tələbi isə nəzərdə tutur ki, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə olunur. Həmin fəslin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verildikdə hakim iddia ərizəsini yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır ; Həmin Məcəllənin 19-cu fəslinin 259.0.12-ci maddəsinin tələbinə görə isə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə də işin yuxarıda qeyd olunan halları və prosessual qanunvericiliyin sözügedən tələbləri baxımından, hazırkı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını zəruri edən prosessual əsasların mövcudluğu müəyyən olunmur. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlar nəzərə alınmamış, məhkəmə ilk öncə iddia ərizəsini prosessual qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq icraata götürsə də, sonradan bu səhvini MPM-in 259.0.12-ci maddəsinin tələbi qaydasında düzəldərək iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda, qanun bu tələbinə də riayət etməmiş, işə mahiyyəti üzrə baxaraq maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə qətnamə qəbul etmişdir. MPM-in 385.1.1-ci maddəsinin tələbindən isə görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin qətnamənin ləğv olunması ilə bağlı hissəsində dəlilləri razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1630/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmalıdır. MPM-in 402-ci maddəsində iddia ərizəsinin baxılmamış saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iddiaçıya həmçinin izah edir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət oluna bilər. Eyni zamanda onu da qeyd edir ki, MPM-in 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. Beləliklə də göstərilənlərə əsasən və MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “RBC Group CZECH S.R.O” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1630/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. “RBC Group CZECH S.R.O” şirkətinin iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədirlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-286/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-286/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver