Məhkəmə qərarları › İş №2-2(103)-290/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-290/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-290/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4063/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh “Cavabdehnə qarşı cavabdehdən 18541,94 ABŞ dolları, əsas, 4431,06 ABŞ dolları cərimə, cəmi 22973 ABŞ dolları borcun və ödənilmiş dövlt rüsumunun qarşı onun xeyrinə 19.740 ABŞ dollarının, 7.678,86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi, 27418,86 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4063/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış a bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilənin 11-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıq yolu ilə həll etmək mümkün olmadıqda tərəflər Azərbaycan Respublikasının aiddiyyatı məhkəmələrinə müraciət edə bilərlər. Müqavilə bağlanan zamanı təqdim edilmiş məlumatlara əsasən cavabdehin ünvanı X1 Dubay Əmirliyi, Bur Dubay, X4 ndustrial Area 3, 294835-dir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əməl edilməsi məqsədilə iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehin ünvanına göndərilmişdir. Lakin cavabdeh göndərilmiş sənədləri qəbul etməkdən müvafiq yolla yayınmaqdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumdur və səhmlərinin 100 faizi dövlətə məxsusdur, cavabdehin məktubu qəbul etməməsi Cəmiyyətin maraqlarına toxunur və büdcəyə pulun ödənilməsindən cavabdeh yayınır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əliyev şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə qərardadında iddia ərizəsini geri qaytararkən iki əsasa istinad etmişdir. Birincisi, məhkəmə iddiaçı tərəfindən MPM-in 150.0.4-cü maddəsinə istinadən cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sənədin, ikincisi isə həmin Məcəllənin 150.0.7-ci maddəsinə istinadən məhkəməyə qədər pretenziya qaydasına riayət edilməsinə dair sənədin iddia ərizəsinə əlavə etmədiyinə əsaslanmişdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılmasını düzgün nəticə kimi qiymətləndirir. Belə ki, iddia ərizəsinin alınmasına dair sənədin, habelə, pretenziya qaydasına riayət olunmasına dair sənədin iddia ərizəsinə əlavə olunması MPM-in 150.0.4-cü və 150.0.7-ci maddələri ilə müəyyən olunan imperativ tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədi (poçt qəbzini) iddia ərizəsinə əlavə etsə də, iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi əlavə etməmişdir. İddiaçı şikayətində mübahisələndirir ki, MPM-in 150.0.4-cü maddəsinə əməl edilməsi məqsədilə iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehin ünvanına göndərmiş, lakin cavabdeh, iddiaçı tərəfindən göndərilmiş sənədləri qəbul etməkdən müvafiq yolla yayınmaqdadır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, birincisi, MPM-in qeyd olunan 150.0.4-cü maddəsində cavabdehə iddia ərizəsinin göndərilməsinə dair sənədin deyil, onun tərəfindən iddia ərizəsinin alınmasına dair sənədin iddia ərizəsinə əlavə olunması nəzərdə tutulmuşdur. Cavabdehin iddia ərizəsini qəbul etməkdən yayınmasına gəldikdə isə bununla bağlı, yəni, iddia ərizəsini almaqdan imtina etməsini təsdiq edən sənəd-sübut da məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, MPM-in 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4063/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadla razılaşmayan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4063/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar