Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-3/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi (qanuni təmsilçi) X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X7 Təsərrüfatı” MMC-yə qarşı «borcun və cərimənin tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-594/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı1 ASC cavabdeh “X7 Təsərrüfatı” MMC-yə qarşı 97894,00 manat əsas borcun, 32609,93 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 130533,93 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı1 ASC ilə “X7 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli D-02- LA/16 nömrəli və xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilələrə əsasən lizinqə götürdüyü ümumi dəyəri 355400,00 manat olan kənd təsərrüfatı texnikası üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafiki üzrə 14998,00 manat ödəniş olunmuşdur. Müqavilə üzrə 97894,00 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 32609,93 manat borcu qalmışdır. Cavabdeh öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə olan borcun məbləği 97894,00 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği 32609,93 manat təşkil etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi və 97.894,00 manat əsas borcun, 5000 manat cərimə borcunun, cəmi, 102.894 manat pul vəsaitinin «X7 Təsərrüfatı» MMC-dən tutularaq «Aqrolizinq ASC-yə ödənilməsi, qalan 6,35 manat məbləğinin isə İddiaçı1 ASCyə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qeyri-qanunidir. İddiaçı “Aqrolizinq" ASC ilə cavabdeh “X7 Təsərrüfatı" MMC arasında bağlanılmış 08- LA/16 saylı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən heyvandarlıq kompleksinin avadanlıqları, o cümlədən peyinqarışdıran avadanlıq cavabdeh “X7 Təsərrüfatı" MMC-yə lizinqə verilmişdir. Həmin avadanlıq 2016-cı il aprel ayında erməni hərbi qüvvələri tərəfindən atəş açılması nəticəsində yararsız vəziyyətə düşmüşdür. Buna görə də həmin avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və “X7 Təsərrüfatı" MMC-nin “Aqrolizinq" ASC-yə olan borcunun həmin məbləğdə silinməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdik. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbimiz təmin edilmişdi. AR Ali Məhkəməsinin qərarı ilə də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdehin lizinqə götürdüyü peyinqarışdıran avadanlığın dəyəri 08-LA/16 saylı xx.xx.2016-cı il tarixli müqavilə üzrə ümumi məbləğdən çıxılmalı idi. Lakin Bakı Kommersiya Məhkəməsi 2-2 (113)-594/2020 saylı 17 iyun 2020-ci il tarixli qətnaməni çıxararkən 2 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsini nəzərə almamış və İddiaçı1 ASC- nin iddia ərizəsi üzrə birbaşa cavabdeh “X7 Təsərrüfatr MMCdən 97894,00 manat əsas borc, 5000 manat cərimə borcu, cəmi 102894 manat pul vəsaitinin tutularaq İddiaçı1 ASC-yə ödənilməsini qət etmişdir. Baxmayaraq ki 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin verilməsi ilə bağlı icra işi də eyni hakimin icraatındadır (hakim Zaur Pirverdiyev). 2-2(82)-283/2018 saylı işə hakim Etibar Mustafayev baxsa da hakim həmin vaxt Məhkəmədə olmadığına görə iş icra vərəqəsinin verilməsi üçün hakim Zaur Pirverdiyevə verilmişdir. Bütün bunlardan göründüyü kimi iş Məhkəmə tərəfindən hərtərəfli, kifayət qədər araşdırılmamışdır. Bununla da Bakı Kommersiya Məhkəməsi işə birtərəfli qaydada baxaraq əsassız qətnamə çıxarmışdır. Apellyasiya mərhələsində cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan tərəflər arasında başqa iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat - Bakı Kommersiya Məhkəməsində baxılan, iddiaçı «X7 Təsərrüfatı» MMC-nin cavabdeh İddiaçı1 ASC-yə qarşı «tərəflər arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 №-li lizinq müqaviləsinə əsasən lizinqə verilmiş bir ədəd yem paylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdeh İddiaçı1 ASC-nin üzərinə qoyulması tələbinə dair» kommersiya mübahisəsi üzrə e-2-2(113)-1928/2020 saylı işə baxılıb, yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmışdır. İcraatın dayandırılmasına səbəb olmuş həmin işin icraatı 05 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-100/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi ilə başa çatmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş təzələndikdən sonra, İddiaçı1 ASC-nin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, «Aqrolizinq” X4 fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı1 Açıq Səzmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, yenə həmin Fərmanın 2.2-ci və 3.1-ci bəndlərinə əsasən İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin kənd tsərərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüş və həmin Fərmanın icrası ilə əlaqədar «X7 Təsərrüfatı» MMC ilə bağlanmış lizinq müqaviləsi aktiv portfel olaraq "xxxx" ASC tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçının həmin Agentliklə əvəz edilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında MPM-in 58-ci maddəsinin tələbi nəzərə alınmaqla, İddiaçı1 ASC iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunmuş və sonuncunun həmin məhkəmə iclasında iştirak edən nümayəndəsi İ.Sadıqov iddia tələbini müdafiə etdiyini müdafiə etdiyini bildirmişdir. Cavabdehin həmin məhkəmə iclasında iştirak edən nümayəndəsi F.Əyyubzadə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya məhkəməsində yenidən hazırkı işin nəticəsinə təsir edən iddia qaldırdığını bildirərək, həmin iş üzrə icraat başa çatanadək hazırkı işin icraatın dayandırılmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən onun ərizəsi təmin olunmamış, xx.xx.2023-cü il tarixinə təxirə salınmış məhkəmə iclasında cavabdehin nümayəndəsi yeni bir ərizə ilə məhkəməyə müraciət edərək, bu dəfə Bakı Kommersiya Məhkəməsində Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia qaldırdığını bildirərək iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmiş, onun həmin ərizəsi də məhkəmə tərəfindən təmin olunmamışdır. İşin mahiyyəti ilə əlaqədar isə cavabdehin nümayəndəsi məhkəmə iclaslarında apellyasiya şikayətini və hazırkı mərhələdə təqdim etdiyi apellyasiya şikayətinə əlavəsini müdafiə edərrək, əvvvəllər onun tərəfindən İddiaçı1 ASC-yə qarşı qaldırılmış ziyan tələbinə dair iddiası üzrə yekun məhkəmə qərarına əsasən tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə ümumi dəyərindən 96174 manat silinməsinin lizinq verənə həvalə edildiyini bildirərək, həmin məhkəmə qətnaməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq borcun azaldılmadığını, həmin hissədə də əsassız olaraq iddianın tələbinin olunduğunu bildirmişdir. Məhkəmə kollegyasının iclasında iştirak edən iddiaçı Agentiliyin nümayəndəsi İ.Sadıqov onunla razılaşmamış, qeyd olunan məbləğin iddiaçının borcuqdan silindiyini və iddiaçının 57982 manat borcunun qaldığını və bu barədə məhkəməyə maliyyə arayışı təqdim olunduğunu qeyd edərək hhesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İddia ərizəsinə, ona əlavə edilmiş sənədlərə, pretenziya məktubuna cavabdehin apellyasiya şikayətinə və ona əlavəyə, tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən edilir ki, tərəflər, yəni, İddiaçı1 ASC ilə “X7 Təsərrüfatı” MMC arasında xx.xx.2016-cı il tarixdə - 08-LA/16 nömrəli və D-02- LA/16 nömrəli lizinq müqavilələri bağlandığı və həmin müqavilələr üzrə ümumi dəyəri 355400,00 manat məbləğində olan kənd təsərrüfatı texnikasının cavabdeh tərəfindən lizinqə götürüldüyü və lizinq alan cavabdehin həmin müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafikləri üzrə öz üzərinə götürdüyü öhdəlyini yerinə yetirmədiyi, lizinq verənə 97894,00 manat əsas və 32609,93 manat cərimə borcu yarandığı işin mübahisələndirilməyən halıdır. Konkret halda cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilir ki, ondan qeyd olunan məbləğdə borcu məbləğinin tutulması əsassızdır. Çünki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə lizinq müqavilənin ümumi məbləğindən 96174 manat çıxılması öhdəliyi İddiaçı1 ASC-nin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşır. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və həmin iş üzrə elektron məhkəmə informasiya sistemi vasitəslə əldə olunmuş digər məhkəmə sənədlərinə əsasən mübahisələndirilən həmin məsələ ilə əlaqədar məhkəmə tərəfindən aşağıdakılar müəyyən olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə “X7 Təsərrüfatı” MMC ilə İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2016-cıil tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqaorışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və X8 Təsərrüfatı» MMC-nin İddiaçı1 ASC-yə olan borcun həmin məbləğdə silinməsi öhdəliyinin İddiaçı1 ASC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-467/2018 №-li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 151/2019 №-li xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnamsəi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 №-li 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə bu dəfə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-545/2019 №-li xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)- 283/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və xx.xx.2018-ci il tariixli 2-2(82)- 283/2018 saylı icra vərəqisi verilməklə icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra, Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinə izah verilməsi barədə ərizəsi təmin olunaraq qətnaməyə izah verilmiş və icra vərəqəsində göstərilən əmlakın dəyərinin “İcra haqqında» Qanunun 51-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməsi kimi başa düşülmüsi qərara alınmışdır. Həmin qərardadan tələbkar, yəni “X7 Təsərrüfatı” MMC şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə 05 oktyabr 2020-ci il tarixli qərardadını dəyişdirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə aşağıdakı kimi izah vermişdir: - “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstəilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə icra vərəqsində gösitərilən əmlakın dəyərinin 96174 manat məbləğində müəyyən edilməsi kimi başa düşülsün.” İddiaçının elektron qaydada təqdim etdiyi maliyyə arayışında qeyd olunur ki, sözügedən icra sənədi İddiaçı1 ASC tərəfindən icra olunaraq xx.xx.2016-cıil tarixli 08-LA/16 nömrəli müqavilə üzrə iddiaçının əsas borc məbləğindən 96174 manat vəsaitin silindiyi bildirilir. Konkret halda isə İddiaçı1 AS-nin iddia tələbindən göründüyü kimi, xx.xx.2016-cı il tarixli D-02- LA/16 nömrəli və xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilələri üzrə “X7 Təsərrüfatı” MMC-dən əsas borc məbləği olaraq 97894,00 manat məbləğində vəsaitin tutulması tələb olunmuş və hazırda da, qaldırılan iddia tələbinin hər hansı bir hşissəsindən imtina olunmur, əksinə müdafiə olunur. İddia ərizəsinə və ona əlavə edilmiş lizinq müqavilələrinə, borc barədə ümumi məlumatdan və ödəniş qrafiklərinə, pretenziya məktubuna əsasən və s. müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli - 08-LA/16 nömrəli müqaviləyə əsasən Cavabdeh tərəfindən lizinqə götürülən peyinqarışdıran avadanlığına görə xx.xx.2024-cü il tarixinə kimi 172450,00 manat, D-02-LA/12 saylı müqaviləyə əsasən (iddia ərizəsində həmin müqavilənin nömrəsi “D-02-LA/12” əvəzinə “D-02-LA/16” yazılmışdır) isə lizinqə götürülən sağım meydançası avadanlığına görə xx.xx.20222-ci il tarixinə kimi 182950 manat - iki müqavilə üzrə cəmi, 355400,00 (172450,00 +182950) manat ödənilməlidir. Lakin cavabdeh tərəfindən sözügedən müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafikinə əməl etməmiş, məhkəməyə qədər borcundan cəmi 14998 manat ödəniş etmiş və onun iddia qaldırılan xx.xx.2020-ci il tarixinə 97894,0 manat gecikdirilmiş borcu və tərələr arasında bağlanmış müqaviələnin 4.2-ci maddəsinə müvafiq olaraq gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi ilə hesablanmış 32.609,00 manat cərimə borcu yaranmışdır. İşə əlavə olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(82)-283/2018 saylı qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə müəyyən edilən hallardan görünür ki, xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli müqaviləyə əsasən lizinq alan tərəfindən lizinqə götürülmüş peyinqarışdıran avadanlıq ona məxsus Ağdam rayonunda yerləşən Əfətli kəndində yerləşən heyvandarlıq kompleksinə 6 ədəd qrad mərmisi düşməsi nəticəsində yararsız vəziyyətə düşməsi nəticəsində yararsız vəziyyətə düşdüyü nəzərə alınmaqla həmin avadanlığın 96174,0 manat məbləğində olan dəyərinin qeyd olunan müqavilənin ümumi məbləğindən çıxılması və “X7 Təsərrüfatı» MMC-nin İddiaçı1 ASC-yə olan borcundan həmin məbləğdə silinməsi öhdəliyi İddiaçı1 ASC-nin üzərinə qoyulmuşdur. İddiaçı, yəni lizinq verən hazırkı 08-LA/16 nömrəli və D-02-LA/12 saylı - xx.xx.2016-cı il tarixli müqavilərə üzrə yaranmış 97894,0 manat gecikdirilmiş borcun və 32.609,00 manat cərimə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixində müraciət edərkən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alsa da qətnamə hələ icra olunmamışdır. Ən azından, yuxarıda qeyd olunanlardan göründüyü kimi, həmin qətnaməyə Bakı Kommersiya Məhkəməsi tərəfindən 26 oktyabr 2020-ci il tarixdə izah verilmişdər. İddiaçı hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi maliyyə arayışında “Aqroservis ASC tərəfindən xx.xx.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə qətnamənin icrası məqsədilə X8 Təsərrüfatı» MMCnin müqaviləsi üzrə əsas borc məbləğindən 96174 manat vəsait silindiyini bildirsə də, bununla bağlı təsdiqedici sübutlar məhkəməyə təqdim etməmiş, iddia etdyi, iddia qaldırılana qədər yaranmış 97894,0 manat gecikdirilmiş əsas borcun hər hansı bir hissəsindən imtina etməmiş, həmin borc tələbini azaltmamış, olduğu kimi iddia tələbini müdafiə edır (İşdən görünür ki, tərəflər arasında bağlanmış digər müqavilələr də mövcuddur, belləiklə də iddiaçının nəyi nədən sildiyi əsasılanıdırılmamışdır). Mülki Məcəllənin 441.4-cü bəndinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, konkret halda iddiaçı, xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 97894,0 manat əsas borcunun tutulmasını tələb etdiyi halda, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin müqavilə üzrə lzinq alanın borcundan silməli olduğu 96174,0 manat çıxılmasını təmin etmək onun borcudur. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu lizinq alan tərəfindən sübuta yetirilir ki, konkret halda xx.xx.2016-cı il tarixli 08- LA/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcunun 96174,0 manat məbləğində hissəsində onun tərəfindən müqavilə öhdəliyi istisna olunur. Odur ki, qeyd olunanlar baxımından, xx.xx.2016-cı il tarixli - 08-LA/16 nömrəli müqaviləyə əsasən lizinqə götürülmüş peyinquraşdırma avadanlığının ilkin dəyərindən silinməli olan 96174,0 manat vəsait, ödənilməsi tələb edilən 97894,0 manat gecikdirilmiş əsas borc məbləğindən çıxılmalı, yərdə qalan 1720,0 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən 1720,0 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə lizinq müqaviləsinin 4.2-ci bəndinə müvafiq hər gecikdirilən günə görə 0,1 faizi miqdarında cərimə hesablanmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, burada peyinquraşdıran avadanlığın yararsız vəziyyətə düşməsi nəticəsində avadanlıqdan lizinq alanın bəhrələnə bilməməsi, eyni zamanda, bununla bağlı məhkəmənin qeyd olunan icra sənədinin lizinq verən tərəfindən vaxtında icra edilməməsi kimi hallar nəzərə alınmaqla, lizinq alanın borcundan silinməli olan vəsait onun hazırkı borcundan çıxıldıqdan sonra, ödəməli olduğu 1720,0 manat əsas borcunun 10 faizi miqdarında, yəni, 172 manat cərimə məbləği ondan iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 458.1-ci maddəsi nəzərədə tutur ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, tərəflərin qarşılıqlı vəziyyətinə yetərincə hüquqi qiymət verilməmiş, işin qeyd olunan halları baxmından, məhkəmənin gəldiyi nəticə tam obyektiviyi əks etdirməmişdir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, iddia qismən təmin olunmalı cavabdehdən iddiaçının xeyrinə 1720 manat əsas borc, 172 manat cərimə, ümumilikdə, 1890 manat tutulmalı, qalan hissədə iddia rədd olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh “X7 Təsərrüfatı» MMC-dən əsas borcuna görə 1720,0 manat, cərimə borcuna görə 172,0 manat, cəmi, 1892 (bir min səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. Qalan hisssədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-3/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-3/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver