Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-301/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyevdən və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-673/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Milli Elmlər X6 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən AMEA-nın Fizika İnstitutuna yazılmış 103888,62 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli e-2-2(113)-673/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 98388,62 manat məbləğində borcun Azərbaycan Milli Elmlər X1 hesabından silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh ASC apelyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edildiyi hissədə ləğv olunmasını və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə olunan məbləğ su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğidir. 23 aprel 2019-cu ildə tərəflərlə Cəmiyyət arasında 071158 nömrəli üzləşmə aktı imzalanmışdır. Aktın məzmunundan da göründüyü kimi iddiaçı tərəf borcunun olmasını təsdiq etmişdir. Lakin bu cür sübutun olmasına baxmayaraq məhkəmə iddianı təmin etməklə əsassız qətnamə çıxarmışdır. Digər tərəfdən iddiaçı tərəfindən 2006-cı il ərzində göstərilmiş 7798,62 manat xidmətin qarşılığında 12736 manat, 2019-cu il ərzində göstərilmiş 33822 manat xidmətin qarşılığında 37000 manat, 2020-ci il ərzində göstərilmiş 31500 manat xidmətin qarşılığında 37000 manat xidmət haqları ödəmişdir. Yəni iddiaçı tərəfindən 2006-cı il üzrə göstərilmiş xidmətdən 4937,88 manat, 2019-cu il üzrə göstərilmiş xidmətdən 3178 manat, 2020-ci il üzrə göstərilmiş xidmətdən 5500 manatlıq ödəmələr həyata keçirilmişdir. Mülki Məcəllənin 553.1.1-ci maddəsinin tələbindən də göründüyü kimi, hissə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Göründüyü kimi iddiaçı tərəfindən 2006, 2019, 2020-ci illərdə artıq ödənişlərin edilməsi borcun etiraf edilməsini göstərən hərəkətlər olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir. Lakin məhkəmə bu fakta öz qətnaməsində hüquqi qiymət verməyərək iddia tələbi üzrə Mülki Məcəllənin 551.2.1-ci maddəsini tətbiq etməklə borc məbləğini əsassız olaraq silmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 avqust 2021-ci il tarixli 2-2(103)-766/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli e-2-2(113)-673/2020 saylı qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh ASC tərəfindən Azərbaycan Milli Elmlər X4 hesablanmış 98388,62 manat məbləğində borcun Azərbaycan Milli Elmlər X1 hesabından silinməsi hissəsində rədd edilmişdir. İddiaçı Azərbaycan Milli Elmlər X6 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.01.2022-ci il tarixli 2-2(102)-7/2022 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-766/2021 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ASC ilə Azərbaycan Milli Elmlər X6 arasında 07.01.2013-cü il tarixdə “su təchizatı və kanalizasiya xidmətlərinə dair” bağlanmış 071158 saylı müqaviləyə əsasən Cavabdeh ASC “Azərbaycan Milli Elmlər X5 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, Azərbaycan Milli Elmlər X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. 01.02.2021-ci il tarixli abonent haqqında məlumata əsasən Azərbaycan Milli Elmlər X1 cari tarixə qalıq borcu 98388,62 manat təşkil edir. İddiaçı bildirir ki, Cavabdeh ASC ilə Yasamal rayon Sukanal İdarəsinin 01.01.2013-cü il tarixli abonent haqqında məlumata dair üzləşmə aktında 01.01.2003-cü il tarixdən halhazıra kimi suyun sərfiyyatına görə 107066,62 manat borcun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli, 81 nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutu bazasında Azərbaycan Milli Elmlər X2 yaradılmışdır. Eyni zamanda 2002-ci ildə AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil-təslim aparılarkən Fotoelektronika İnstitutunun binasına Cavabdeh ASC tərəfindən 109216,80 məbləğində borc yazılmışdır. Bununla əlaqədar olaraq Cavabdeh ASC-dən 04.06.2019-cu il və 06.11.2017-ci il tarixlərdə həmin borcun Biofizika İnstitutunun hesabına köçürülməsi xahiş olunmuş, lakin heç bir cavab verilməmişdir. Bundan sonra 25.11.2019-cu il tarixdə Cavabdeh ASC-nin sədrinə müraciət olunaraq suya olan borcun iddia müddəti keçdiyi üçün silinməsi və bu barədə qarşılıqlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur. Cavabdehin 22.01.2020-ci il tarixli 01/2/01-5-/2/553 saylı cavab məktubunda qeyd olunmuşdur ki, mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Cavabdeh ödənişlərin qismən aparıldığını əsas kimi götürərək, 2002-ci ildə yaranmış borcun silinməsini təmin etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2017-ci il tarixli 825 saylı sərəncamını icra etməkdən yayınmışdır. Cavabdeh iddiaya etiraz edir və etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Hazırki işdə də qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri mövcuddur. Belə ki, 01.02.2021-ci il tarixli Abonent haqqında məlumatdan müəyyən olunur ki, iddiaçının içməli su görə 01.01.2002-cü il tarixə qalıq borcu 0,00 manat, 2002-ci ildə sudan istifadə haqqı 8342 manat göstərildiyi halda, 01.01.2003-cü il tarixə qalıq borcu 76838,66 manat olaraq qeyd olunmuşdur. Abonent haqqında məlumatdan həmçinin görünür ki, iddiaçının içməli su və çirkab sularına görə 01.01.2004-cü il tarixə qalıq borcu 103556,46 manat, 01.01.2005-ci il tarixə qalıq borcu 103820,51 manat, 01.01.2006-cı il tarixə qalıq borcu 111230,09 manat, 01.01.2007-ci il tarixə qalıq borcu 106292,71 manat, 01.01.2008ci il tarixə qalıq borcu 106292,71 manat, 01.01.2009-cu il tarixə qalıq borcu 106292,71 manat, 01.01.2010-cu il tarixə qalıq borcu 106292,71 manat, 01.01.2011-ci il tarixə qalıq borcu 106292,71 manat, 01.01.2012-ci il tarixə qalıq borcu 106292,71 manat, 01.01.2013cü il tarixə qalıq borcu 108587,71 manat, 01.01.2014-cü il tarixə qalıq borcu 108588,3 manat, 01.01.2015-ci il tarixə qalıq borcu 108620,8 manat, 01.01.2016-cı il tarixə qalıq borcu 108620,8 manat, 01.01.2017-ci il tarixə qalıq borcu 106782,8 manat, 01.01.2018-ci il tarixə qalıq borcu 106930,97 manat, 01.01.2019-cu il tarixə qalıq borcu 107066,62 manat, 01.01.2020-ci il tarixə qalıq borcu 103888,62 manat, 01.01.2021-ci il tarixə qalıq borcu 98388,62 manat təşkil edir. Eyni zamanda iddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25480 manat məbləğində istifadə etmiş və həmin məbləğdə ödəniş etmiş, 2016-cı ildə 26614,59 manat məbləğində istifadə etmiş və 28452,59 manat məbləğdə ödəniş etmiş, 2017-ci ildə 35946,17 manat məbləğində istifadə etmiş və 35800 manat məbləğdə ödəniş etmiş, 2018-ci ildə 37103,65 manat məbləğində istifadə etmiş və 36968 manat məbləğdə ödəniş etmiş, 2019-cu ildə 33822 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmiş, 2020-ci ildə 31500 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmişdir. 2015-ci ildən əvvəlki illərdə də oxşar vəziyyət olmuşdur. Göründüyü kimi, iddiaçı illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəmiş və hazırda qalıq borcu təşkil edən 98388,62 manat məbləğində borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid olan borcdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllə 550 və 551.2.1-ci maddələrinə əsasən həmin məbləğdə borcun silinməsini tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.01.2022-ci il tarixli 2-2(102)-7/2022 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Milli Elmlər X1 abonent saldosuna (i/v 78) nəzər saldıqda aydın şəkildə görmək mümkündür ki, 2015-ci ildən əvvəl sonuncu dəfə 2006-cı ildə satış üzrə yaranmış borca (cəmi 7.798,62 manat) görə Azərbaycan Milli Elmlər X6 tərəfindən ödəmə (cəmi 12.736 manat) olmuşdur. Göründüyü kimi, həmin ödənişin 4.937,88 manatını artıq ödəmə təşkil etmişdir (12.736 – 7.798,62). Bundan sonrakı növbəti 5 ildə (2007-2011-ci illər) isə istehlaka görə Azərbaycan Milli Elmlər X6 tərəfindən artıq ödəmə halının mövcudluğu həmin sənəddən və digər iş materiallarından görünmür. Hətta ASC-nin apellyasiya şikayətində də 2006-cı il ərzində göstərilmiş, 7.798,62 manat qarşılığında Azərbaycan Milli Elmlər X1 12.736 manat xidmət haqları ödədiyi, həmin il üzrə 4.937,88 manat artıq ödəmə həyata keçirdiyi bildirilmişdir (i/v 124). Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, MM-in 551.2, 551.2.1-ci maddələrinin tələbləri baxımından 2006-cı ildən sonra 5 il müddətində Azərbaycan Milli Elmlər X6 tərəfindən, əvvəlki illər üzrə ona hesablanmış qalıq borcla bağlı heç bir ödəmə olmadığından ASC-nin həmin borc öhdəliyindən irəli gələn tələbi 2012-ci ildə öz qüvvəsini itirmişdir. Çünki qeyd olunduğu kimi, Azərbaycan Milli Elmlər X6 tərəfindən 2007-2011-ci illərdə artıq ödəmələr aparılmadığından əvvəlki illər üzrə qalıq borc öhdəliyi ilə bağlı ASC-nin tələb hüququnun axımında MM-in 553.1 və 553.1.1-ci maddələrində nəzərdə tutulmuş kəsintilər (mükəlləfiyyətli şəxsin, tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə icra etməsi) olmamışdır. Bu baxımdan, 2015-ci ildən sonra (2016, 2019 və 2020-ci illərdə) Azərbaycan Milli Elmlər X6 tərəfindən ASC-nin tələb etdiyindən artıq ödənişlər aparması hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-673/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18 mart 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Emin Mehdiyev Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-2(103)-301/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-301/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver