Məhkəmə qərarları › İş №2-2(103)-302/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-302/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-302/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin numayəndəsi Tan Xingyinin və vəkili X5 oglunun, X6 və X1 iştirakları ilə, İddiaçı “X7 Korporeyşn” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа yenidən bахаrаq m ü ə y y ə n е t d i: İddiaçı “X7 Korporeyşn” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 813243,58 (səkkiz yüz on üç min iki yüz qırx üç, 58) ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, “X7 Korporeyşn” Şirkətinə ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 iyun 2013-cü il tarixində "xxxx" MMC ilə “X7 Korporeyşn” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında PHPOL- CNLC-201301 nömrəli palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Daha sonra 20 noyabr 2013-cü il tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək yeni redaksiyada təsdiq edilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən görülmüş qazma işlərinə görə cavabdehin iddiaçıya ümumilikdə 813243,58 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehin xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublarında da iddiaçıya 813243,58 ABŞ dolları məbləğində borcun olduğu etiraf edilmişdir. Müqavilənin 8.2-ci maddəsində müqavilə qiymətinin “C” bölməsində müəyyən edilən qrafik üzrə vaxtında ödənilməsi cavabdehin məsuliyyəti kimi müəyyən edilmişdir. Müqavilənin 9.6-cı maddəsinə əsasən, şirkət icraçıya hər bir hesab üzrə ödənişi hesabı aldığı tarixdən 30 gün ərzində həyata keçirir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 28 sentyabr 2018-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 04 oktyabr 2018-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 813243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “X7 Korporeyşn” Şirkətinə ödənilməsi Ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 409 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublar göndərilməmiş, həmin məktublar “X9 Kompani” şirkətinin numayəndəliyinin rəhbəri Wu Shengə ünvanlanmışdır və iddiaçı üçün hər hansı hüquqi nəticələr yarada bilən sənəd deyildir. “X7 Korporeyşn” Şirkətinin Azərbaycan Respublikasının Filialı tərəfindən iddia ərizəsi məhkəməyə rəsmi olaraq 04 oktyabr 2018-ci il tarixdə təqdim edilmiş, lakin həmin tarixə qədər bütün iddia müddətləri ötürülmüşdür. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilələrdən görünür ki, tərəflər arasında müqaviləyə düzəliş edilməsi barədə 1 satlı Əlavə 20 noyabr 2013-cü il tarixdə bağlanmaqla müqavilənin müddəti bir il müəyyən edilmiş və 20 noyabr 2014-cü ildə ona xitam verilmişdir. Nəzərə alınsa ki, müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti qanunla 3 il müəyyən edilmiş, deməli iddia müddətinin naxımı 20 noyabr 2014-cü il tarixdən başlamış, 3 il davam etmiş və 22 oktyabr 2017-ci ildə tamamlanmışdır. Həmçinin, iddiaçı “X7 Korporeyşn” Şirkətinnin Filialının məhkəməyə təqdim etdiyi “X7 Korporeyşn” Şirkətinnin Filialı ilə "xxxx" MMC arasında bağlanmış 05 iyun 2013-cü il tarixli PHPOL-CNLC-201301 nömrəli müqavilə "xxxx" MMC direktoru Tan Xingyu tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin müqaviləyə düzəliş edilməsi barədə 20 noyabr 2013-cü il tarixli 1 saylı Əlavə ümumiyyətlə "xxxx" MMC tərəfindən imzalanmamışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-657/2021 saylı, iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı “X7 Korporeyşn” şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən 813.243,58 ABŞ dolları məbləğdə borcun və 30 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, ekspertiza tədqiqatlarının dəyəri olan 409 manat məbləğdə pul “X7 Korporeyşn” şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğdə dövlət rüsumu iddiaçı “X7 Korporeyşn” şirkətindən tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-515/2022 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2- 2(103)-657/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirdi ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Belə ki, məhkəmə işi icraata qəbul etməzdən öncə tərəflərin səlahiyyətlərini yoxlamalıdır. AR Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən nümayəndə və filialın rəhbəri hüquqi şəxs tərəfindən təyin edilir və hüquqi şəxs tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Həmçinin, filialın nizamnaməsinə əsasən filialın rəhbəri ona verilmiş etibarnamə səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Hesab edirlər ki, iddia ərizəsi verilən zaman iddia ərizəsini vermiş nümayəndələrin qanunla müəyyən edilmiş səlahiyyətləri olmamışdır. Ekspertizanın təyin olunması barədə vəsatətlə bağlı bildimək istəyirəm ki, etibarnamə şirkətin baş menecerin müavini olan Xiao Jiangə verilməsinə baxmayaraq, həmin sənəd onun tərəfindən imzalanmamışdır. Bu səbəbdən həmin imzanın kimliyini müəyyən etmək məqsədilə ekspertizanın keçirilməsini xahiş edirlər. Həmçinin məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Belə ki, iddiaçı mübahisəli 813243,58 ABŞ dolları məbləğində borcun 05 iyun 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərlə bağlı yarandığına istinad etsə də, mübahisəli xx.xx.2015-ci il tarixli məktubda həmin borcun məhz sözügedən müqavilə ilə bağlı yaranması ilə əlaqədar heç bir qeyd aparılmamışdır. Göründüyü kimi iddiaçı 813243,58 ABŞ dolları məbləğində görülən işlərlə bağlı və həmin borcun müqavilədən irəli gələn öhdəliklərdən irəli gəlməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktuba istinad edəcəyi təqdirdə qeyd olunmalıdır ki, mübahisə edilən müqavilənin müddətinin 2014-cü ilin iyun ayının 5-də başa çatmış, lakin, iddiaçı tərəf 2018-ci ildə yəni, 4 ildən sonra məhkəməyə müraciət etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Tan Xingyi izahat verərək bildirdi ki, “X9 Kompani” Şirkəti ilə hlə Çin XR-da olarkən rəsmi münasibətlərimiz olmuşdur. Sözügedən məktub onun tərəfindən yazılmamış və həmin imza ona məxsus deyildir. Bu şirkətlərin arasında heç bir müqavilə münasibətləri olmamışdır. Məktubdakı möhürə gəldikdə isə indiki zamanda saxta ştamp hazırlamaq çox asandır. Ekspert rəyləri ilə razı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil2 izahat verərək bildirdi ki, 03 dekabr 2015-ci il tarixli 191/01-15 saylı və 04 dekabr 2015-ci il tarixli 192/01- 15 saylı borcun etirafı məktublarında 813243,58 ABŞ dolları məbləğində borcun ödənilməsi ilə bağlı son tarix 2020-ci il göstərildiyindən, həmçinin 05 iyun 2013-cü il tarixli müqavilədə qüvvədə olma müddəti göstərilmədiyindən və hal-hazıradək qüvvədə olduğundan, yəni məhkəməyə müraciət etmənin iddia müddəti keçməmişdir. Ardıcıllıq məsələsinə gəldikdə isə biz mübahisənin başlandığı andan bu vaxta qədər bizim mövqeyimizdə hüquqi ardıcıllıq mövcuddur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh orqanın nümayəndəsi prosses zamanı yalnız iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermiş, 03 dekabr və 04 dekabr tarixli məktublardakı imzaların həqiqiliyi mübahisələndirilmişdir. Cavabdeh tərəfindən bir-biri ilə uzlaşmayan vəsatətlər verilir. Məktublarda olan imzanın direktor müavininə məxsus olması faktı təsdiq olunmuşdur. Məktubda olan imza ilə direktor tərəfindən nümayəndəyə verilmiş səlahiyyət əsasında imza eynidir. Bütün bu dəlillər həmin borcun etirafı haqqında məktubu cavabdeh şirkətin səlahiyyətli şəxsləri tərəfindən icra olunduğunu təsdiq edir. Cavabdeh tərəfindən möhürlə olan hissədə mübahisələndirmə aparılmır. Bu şirkətlər ortaq şirkətlərdir. Hər iki şirkətin hüquqi ünvanı da eynidir, neft-qaz sahəsində fəaliyyət göstərirlər. Həmçinin, hər iki şirkətdə qanuni nümayəndə eyni şəxsdir. “X9 Kompani” Şirkətinin kassasiya şikayətinə AR Ali Məhkəməsində baxılarkən Ali Məhkənin də mövqeyi ümumi olaraq yanaşmışdır. Həm “X9 Kompani” Şirkətinin, həm də “İddiaçı” Şirkətinin qanuni təmsilçisi “Xiao Jiang”-dir. “Xiao Jiang”-ə “İddiaçı” Şirkəti tərəfindən etibarnamə verilmişdir. Həmin etibarnamədə də ona aid səlahiyyətlərin digər şəxsə ötürülməsi məsələsi qeyd edilmişdir. Mühasibatlıq nöqteyi-nəzərindən üzləşmə aktı tərtib edilməsə də, 2015-ci il tarixli sənəd borcun etirafını təsdiq edən sənəddir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - 05 iyun 2013-cü il tarixli, PHPOL-CNLC-201301 saylı qaz karotajı və standart naqilləmə karotajı üzrə xidmətlərin göstərilməsinə dair müqavilədən və əlavə “C” bölməsindən (kommersiya şərtləri) görünür ki, (şirkət) Cavabdeh MMC ilə (podratçı) “X7 Korporeyşn” Şirkəti arasında müyyən olunmuş qiymət müqabilində palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqavilənin müddəti xx.xx.2013-cü ilədək qüvvədədir. - 20 noyabr 2013-cü il tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək yeni redaksiyada təsdiq edilmişdir. - “X7 Korporeyşn” Şirkəti tərəfindən təqdim edilən xx.xx.2018-ci il tarixli maliyyə arayışından və müxtəlif tarixli fakturalardan görünür ki, 05 iyun 2013-cü il tarixli, PHPOL- CNLC-201301 saylı qaz karotajı və standart naqilləmə karotajı üzrə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə "xxxx" MMC-nin əsas borcu 813243,58 ABŞ dolları (cərimə 81324,28) məbləğində təşkil edir. - xx.xx.2015-ci il tarixli, ***-**-** nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin baş menecerin müavini Xiao Jiang “X9 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X7 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cə ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirmişdir. - xx.xx.2015-ci il tarixli, ***-**-** nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin baş meneceri Tan Xingyi “X9 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X7 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cə ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2013-2014-cü illər üzrə rüblük hesabatlarından görünür ki, Cavabdeh göstərdiyi fəaliyyətlərlə (görülmüş işlər) bağlı 2013 və 2014-cü illər üzrə rüblük vergi bəyannamələri təqdim etmiş və vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamələrə uyğun vergilər hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “X7 Korporeyşn” Şirkəti ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X7 Korporeyşn” Şirkəti tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC görülən işlərin, xidmətlərin müqabilində yaranmış borcu ödəməməklə üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən imzalanan müvafiq olaraq xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublarında (borcun etirafı) X9 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X7 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və müvafiq grafik üzrə ödəyəcəyini bildirsər də bununla bağlı heç bir tədbir görməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. AR Mülki Məcəlləsininn 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3.İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2.Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. AR MM-nin 384.0. maddəsinə görə iddia müddəti aşağıdakılara şamil edilmir: - 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; - 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; - 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; -384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; - 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; - 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “işin yeni apellyasiya baxışı zamanı sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliiyin tələblərinə əməl edilməli, işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməlidir” AR MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etdiyi hallarla yəni, mübahisə edilən müqavilənin müddətinin 2014-cü ilin iyun ayının 5-də başa çatması, lakin, iddiaçı tərəfin 2018-ci ildə yəni, 4 ildən sonra məhkəməyə müraciət edilməklə iddia müddətinin ötürülməsi ilə razılaşmır. Belə ki, müqavilə üzrə öhdəliklərə müddətlərin tətbiqi ilə bağlı məsələlərə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarında aydınlıq gətirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən “., şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. ...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müddətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilməsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. İddia müddəti institutunun əhəmiyyəti onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mülki qanunvericiliyin tələbinə görə hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Müddətin axımının başlandığı günü müəyyən etmədən, hər hansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək qeyri-mümkündür. Müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır (MM-in 377-ci maddəsi). Məhkəmə kollegiyası hesab eddir ki, baxılan işdə iddia müddətinin tətbiqi ilə bağlı iddia müddətinin axımı 2015-ci ilin dekabr aylarında cavabdehin borcu etiraf edən məktublar təqdim edilməsi ilə kəsilmişdir. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir. İş materiallarından müəyyən edilir ki, 2015-ci ilin 01 yanvar tarixindən iddia müddətinin axımı başlamış, lakin iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdehin möhürü ilə təsdiq edilmiş, 2015-ci il 03 dekabr tarixli məktubda mübahisəli borcun 2020-ci ilədək müəyyən qrafik üzrə ödəniləcəyinə dair «Wu Sheng» adlı şəxsə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, kreditora borcun etirafını nəzərdə tutan məktubun ünvanlanması iddia müddətinin axımını kəsir. Həmin qərarda göstərilmişdir ki, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.). Cavabdeh iş materiallarında olan müvafiq məktublardakı imzaların Xiao Jiang və Tan Xingyi tərəfindən icra edilib-edilməməsini mübahisələndirdiyindən işin birinci instansiya icraatı zamanı üzrə məhkəmə-xəttşünaslıq eskpertizaları təyin edilmişdir. - xx.xx.2019-cu il tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubun kserosurətində “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuş, xx.xx.2015-ci il tarixli ***-**** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - xx.xx.2019-cu il tarixli, 28348 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuşdur. - xx.xx.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 161-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və 196-cı vərəqəsində olan xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X10 Manager of Petro- Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli məktub cavabdehin baş menecerinin müavini Xiao Jiangin tərəfindən imzalanması işdə olan ekspert rəyi ilə təsdiq olunmuşdur. Həmçinin 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli məktubun ünvanlandığı şəxsə gəldikdə qeyd edilməsini zəruri hesab edir ki, müvafiq məktub Wu Shengə ünvanlanmışdır. Həmin şəxsin GWDC Azərbaycandakı Nümayəndəliyinin direktoru olmaqla yanaşı iddiaçı Şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi olması vergi orqanının «Kommersiya qurumlarının dövlət reyestrindən» verilmiş məlumatlarla təsdiq edilir (İ cild i.v 13.). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli məktubu ilə borclu şəxs borcunu etiraf etmiş və AR MPM-nin müvafiq normalarına əsasən iddia müddətinin axımı həmin tarixdən kəsilmiş və iddiaçı tərəfindən hər hansı müddət ötürülməmişdir. İddia tələbinin əsaslılığı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı “X7 Korporeyşn” Şirkəti ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X7 Korporeyşn” Şirkəti tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC görülən işlərin, xidmətlərin müqabilində yaranmış borcu ödəməməklə üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən imzalanan müvafiq olaraq xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublarında (borcun etirafı) X9 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X7 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirsələr də bununla bağlı heç bir tədbir görməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında hər hansı bir müqavilə öhdəliyinin mövcud olmamasına dair dəlillləri ilə baglı qeyd edir ki, iddiaçı “X7 Korporeyşn” Şirkəti ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X7 Korporeyşn” Şirkəti tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC görülən işlərin, xidmətlərin müqabilində yaranmış borcu ödəməməklə üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin xx.xx.2015-ci il tarixli məktubda imzanın Tan Xingyiyə məxsus olmamasını bildirməsi ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X10 Manager of Petro-Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur, bu isə onu təsdiq edir ki, mübahisəli xx.xx.2015-ci il tarixli məktubdakı imza Tan Xingyi tərəfindən icra edilmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən eyni məzmunlu müvafiq olaraq xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixli məktublar (borcun etirafı) təqdim edilmiş, məktublar müvafiq olaraq Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi təqdim olunan işlərin görülməsini əks etdirən sənədlərin və borcun etirafı məktubunu imzalayan Xiao Jiangın səlahiyyətinin olmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi Tan Xingyi və Xiao Jiang tərəfindən imzalanan bütün sənədlər mötəbər sübutlar kimi qəbul etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, AR Ali Məhkəməsinin qərarında qeyd olunduğu kimi iş materiallarında olan sənədlərlə işlərin görülməsi ilə əlaqədar alınmış məhsullar və görülmüş işlərin icrası ilə bağlı mühəndis və digər işçilərə edilmiş ödənişlər tərəflərin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş və borcun etirafı kimi qəbul olunan məktubların cavabdeh tərəfindən xəbərsiz olaraq göndərilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsindən daxil olmuş Cavabdeh MMC-nin AR-dəki Filialının 2013-1014-cü illər üzrə rüblük hesabatlarından görünür ki, Cavabdeh MMC-nin göstərdiyi fəaliyyət (görülmüş işlərlə) bağlı 2013-2014-cü illərdə rüblük vergi bəyənnamələri təqdim etmiş və vergi orqanı tərəfindən təqdim edilmiş bəyənnamələrə uyğun vergilər hesablanmışdır. AR Mülki Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbini əsaslandıran mötəbər sübutlar iş materiallarında mövcud olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutub q ə t е t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-16/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar