Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-306/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3181/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3181/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Tərəflər “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: - Cavabdeh MMC saziş imzalandığı və müvafiq məhkəmə qəraradadı ilə təsdiq edildiyi andan 30 (otuz) gün müddətində gec olmayaraq alınmış mallara görə mövcud olan və iddia tələbinin bir hissəsini təşkil edən 23467 (iyirmi üç min dörd yüz altmış yeddi) manat borcu (alınmış lakin dəyəri ödənilməiş sürtkü materiallarına görə olan borc) İddiaçı MMC-yə ödəməyi və qeyd edilən müqavilə üzrə qalan bütün iddialardan imtina etməyi öz öhdəsinə götürür. - İddiaçı MMC Cavabdeh MMC tərəfindən sazişə əsasən (alınmış lakin dəyəri ödənilməiş sürtkü materiallarının pulu) ödəniləcək vəsait tam şəkildə (23467 manat) hesabına daxil olduqdan dərhal sonra, istifadəyə verilmiş avadanlıqlara görə 24810 (iyirmi dörd min səkkiz yüz on) manat məbləğində pulun ödənilməsi və iddia tələbinin digər hissəsi üzrə tələblərindən imtina edir, istifadəyə verdiyi avadanlıqları Cavabdeh MMC-nin mülkiyyətinə verməsini öhdəsinə götürür. - Cavabdeh MMC xx.xx.2020 tarixli H/Ş 0012/20 saylı müqavilə üzrə iddia predmenti 270072 (iki yüz yetmiş min yetmiş iki) manat ziyan, qeyd edilən müqavilə üzrə bütün tələb hüququnu itirir və qarşılıqlı iddia tələbinin digər hissələrindən imtina edir, gələcəkdə bununla bağlı hər hansı iddiası olmayacağını bəyan edir. - Sazişin bütün şərtləri tam və ya qismən icra edilmədiyi halda tərəflər 1-ci instansiya məhkəməsinin e-2-2(113)-3181/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 6.1.1-ci maddəsinə əssən məhkəmədən icra sənədi almaq hüququna malikdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3181/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-306/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-306/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver