Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-308/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-380/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi üçün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı iddiaçıya məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində iddiaçıya dəymiş 1215,73 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-380/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi üçün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaitinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qazıntı işləri zamanı İddiaçınə məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində İddiaçınə dəymiş 569,92 manat məbləğində zərərin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,39 manat hissəsinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması, qalan 0,61 manat hissəsinin İddiaçınə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 97,98 manat hissəsinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 2,02 manat hissəsinin isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh «xxxx» MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə çəkilmiş xərclərin nə qədər olmasını dəqiq müəyyən etmək üçün ekspertiza keçirilməsinə dair şifahi vəsatət təqdim olunsa da, lakin işə baxan məhkəmə vəsatətini təmin etməyərək, heç bir araşdırma aparılmadan, yalnız iddiaçı tərəfindən təqdim olunan natamam sənədlər əsasında qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, «xxxx» MMC özünə məxsus binanın tikintisinə başlayan zaman aparılmış qazıntılar nəticəsində İddiaçı MMC-yə məxsus kabel xətlərini zədələmiş və bununla bağlı «xxxx» MMC ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı telefon kabel-kanalizasiya qurğularının qorunması və bərpası barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən «xxxx» MMC birinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olmadığı dövrdə) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabelkanalizasiya qurğularının bundan sonrakı axıntısına yol verməməsi üçün texniki tədbirlər (kanalların üstü tamamilə açılacaq, dağılmış kanallar və dağılmış rabitə quyusu sındırılaraq kabellər çıxarılaraq dirəklərdən asılacaqdır) görməyi (2.1.1-ci bənd), ikinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olduqda, ən geci xx.xx.2018-ci il tarixədək) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabel-kanalizasiya qurğularının əvəzində eyni həcmdə (“A” və “B” nöqtələrində KKS-4 tipli telefon baxış quyuları, bu quyular arasında 11 ədəd 100 mm asbest-sement boruları) yeni kabel-kanalizasiya qurğuları tikməyi (2.1.2-ci bənd), həmin tikinti işlərinin öz vəsaiti hesabına və işçi qüvvəsi ilə İddiaçı-in texniki nəzarəti və məsləhəti altında həyata keçirəcəyini (2.2-ci bənd) və 2.1.2-ci bəndində göstərilən tikinti işləri başa çatdıqdan və görülən işlər İddiaçı tərəfindən qəbul edildikdən sonra, mövcud qurğularda olan mis və optik kabellərin yeni qurğulara köçürülməsinə dair İddiaçı tərəfindən təqdim olunmuş hesab üzrə ödənişi həyata keçirəcəyini (2.3-cü bənd) öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh tərəfindən nə birinci, nə də ikinci mərhələ üzrə nəzərdə tutulan işlər yerinə yetirilməmişdir. Ötən müddət ərzində baş vermiş torpağın sürüşməsinin miqyası o qədər böyük olmuşdur ki, birinci mərhələ üzrə cavabdehin öhdəliklərinin yerinə yetirilməsi və kabellərin təhlükəsiz yerdən asılmasına şərait qalmamışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehə Sat/495 saylı məktub göndərərək, torpağın üzərində qalan kabellərin təhlükəsiz yerdən asılmasının təmin edilməsi üçün bir həftə ərzində tədbirlər görməsini təklif etmişdir. Lakin bu məktuba da cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Həmçinin müqavilənin 2.1.3-cü bəndinə əsasən H.Tahızadə küçəsi ilə Neftçilər prospektinə tərəf gedən iddiaçıya məxsus qurğuların normal vəziyyətdə qalacağına cavabdeh tərəfindən təminat verilmişdir. Lakin xx.xx.2018-ci il tarixdə bu istiqamətdə gedən 100 mm asbest-sement kanallar cavabdeh tərəfindən tamamilə dağıdılmış və bu kanallarla işləyən 1 ədəd FO-12 kabeli qırılmışdır. Bundan başqa xx.xx.2018-ci il tarixdə eyni istiqamətdə təkrar olaraq 100 mm asbest-sement kanallar cavabdeh tərəfindən tamamilə dağıdılmış və bu kanallarla işləyən 1 ədəd FO-12 kabeli qırılmışdır. Rabitənin boş dayanmasına yol verilməməsi üçün kabel iddiaçı tərəfindən dərhal bərpa edilmişdir. Baş verən hadisə ilə bağlı iddiaçının əməkdaşları tərəfindən yerində akt tərtib edilsə də, cavabdehin nümayəndəsi bu aktı imazalamaqdan imtina etmişdir. Hər iki hal üzrə zədələnmiş kabellərin müvəqqəti bərpasına dair smetalar və hesablar cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh bu günə kimi tələb olunan 1215,73 manat vəsaiti ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, «xxxx» MMC tərəfindən təxminən 10000- 15000 manat civarında ziyanla bağlı xərc çəkilmiş və dəymiş ziyanın çox hissəsi aradan qaldırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə Mülki Məcəllənin 881-ci maddəsində nəzərdə tutulmuş barışıq razılaşması haqqında müqavilədir. Həmin maddənin tələblərinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsində isə təsbit olunmuşdur ki, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Hazırki işdə də cavabdeh tərəfindən tikinti işləri aparan zaman iddiaçıya məxsus kabel xətləri zədələnmiş və bununla bağlı tərəflər arasında telefon kabel-kanalizasiya qurğularının qorunması və bərpası barədə yazılı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki 2.1.2-ci bənddə göstərilən tikinti işləri başa çatdıqdan və görülən işlər iddiaçı tərəfindən qəbul edildikdən sonra, mövcud qurğularda olan mis və optik kabellərin yeni qurğulara köçürülməsinə dair iddiaçı tərəfindən təqdim olunmuş hesab üzrə ödəniş cavabdeh tərəfindən həyata keçiriləcəkdir. İddiaçının təqdim etdiyi smetaya əsasən mis və optik rabitə kabellərin dəyəri 30799,04 manat təşkil edir. Cavabdeh tərəfindən həmin mis və optik rabitə kabellərin dəyəri mübahisələndirilməmişdir. Ona görə də, kollegiya hesab edir ki, iddiaçı həmin müqaviləyə əsasən 30799,04 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı 1 ədəd azbest boru kanalı, kanalda olan 1 ədəd FO-12 kabel qırılmışdır. Həmin ünvanda cavabdeh tərəfindən qazılmış katlavanın rabitə kanallarının keçən hissəsində torpaq çökmüş və nəticədə iddiaçıya məxsus 1 ədəd FO-12 kabeli qırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texnikiəmtəəşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli 24785 saylı ekspert rəyi verilmişdir. Rəyə əsasən tədqiqat nəticəsində Əfiyəddin Cəlilov 20 ünvanında yeni inşa olunmuş binanın qarşısında qazıntı işləri aparılan zaman İddiaçınə məxsus FO-12 kabellərin zədələnməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 569,92 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən ona dəymiş zərərin əvəzi kimi 569,92 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh «xxxx» MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, hazırki mübahisənin predmeti tərələr arasında bağlanmış müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərində müəyyən edilən işlərin görülüb-görülməməsi ilə deyil, müqavilənin 2.3-cü bəndində müəyyən edilən cavabdehin ödənişi həyata keçirmək öhdəliyinin icra edilməməsi ilə bağlıdır. Cavabdeh isə həmin bəndlə müəyyən edilən öhdəliyinin icra etməsinə ümumiyyətlə münasibət bildirməmişdir. Ona görə də, cavabdehin dəlilləri işin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-380/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-308/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-308/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver