Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-309/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Qələndər qızının, cavabdehin nümayəndəsi (işçisi) Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) «səhvən ödənilmiş idxal rüsumunun və qüsurlu xidmətə görə ödənilmiş pul məbləğinin cavabdehdən tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-137/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və ona düzəlişlə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, MSCS/AZB /021/2017 saylı müqaviləyə əsasən 86.487.46 manat səhvən ödənilmiş idxal rüsumunun və 43.456.07 manat qüsurlu xidmətə görə ödənilmiş məbləği, cəmi 129.943.53 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddianın əsaslarına görə tərəflər arasında imzalanmış “Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə” xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçının idxal etdiyi malların Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidməti göstərilməsini və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətlərinin göstərilməsini öz üzərinə götürmüşdür. Bəyannaməçi cavabdeh xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli bəyannamələrə əsasən ilkin formalarda xüsusi çəkisi 0.94-dən az olan xətti polietilen adlı malı - gömrük orqanlarına bəyan etmiş, lakin malın alındığı ölkə tərəfindən verilmiş fakturada (invoice) və həmin ölkə tərəfindən tərtib olunmuş gömrük rəsmiləşdirilməsində göstərilən malın adı ilə cavabdehin tərtib etdiyi gömrük bəyannamələrində malın adı və kodu səhv qeyd edilmişdir. Belə ki, fakturda malın adı «POLY ETHY LENE GRANULAT ED RECYCLE, kod nömrəsi HS CODE: ********** kimi əks olunmuş, cavabdeh tərəfindən tərtib olunmuş bəyannamələrdə isə malın adı ilkin formalarda xüsusi çəkisi 0.94-dən az olan xətti polietilen, kod nömrəsi ********** kimi əks olunmuşdur. İddiaçının aldığı malın idxal gömrük rüsumu 0% olduğu halda, gömrük bəyannaməsində göstərilən mal adı və kodunun idxal gömrük rüsumu gömrük dəyərinin 15 % nəzərdə tutulmuşdur. Bununla da malın adında və kodlaşırılmasında yalnışlığa yol verilməsi nəticəsində iddiaçı idxal rüsumu olaraq 86.487.46 manat məbləğində pul vəsaiti köçürmüş, cavabdehə isə xidmət haqqı olaraq 43.456.07 manat köçürülmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, tərəflər hazırki Müqavilə üzrə götürdükləri öhdəliklərini tam, qüsursuz və yaxud lazimi şəkildə yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam maddi məsuliyyət daşıyacaqlar. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-137/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Belə ki, iddia iki hissədən ibarətdir: Səhv yazılmış koda görə dövlət büdcəsinə idxal rüsumunun ödənilməsi və cavabdehə ödənilmiş xidmət haqqı. Hakim qətnamədə artıq ödənilmiş məbləğin qanunvericiliklə tənzimləndiyini qeyd etməklə, dolayısı ilə səhvə yol verdiyini təsdiq edir, lakin iddianın xidmət haqqı tələbinə dair hissəsinə münasibət bildirmir. Eyni zamanda qeyd edir ki, iddiaçı malların düzgün yazılışına dair sənədlərin cavabdehə təqdim olunmasına dair sübutları təqdim etmədiyini bildirir, halbuki, cavabdeh iddia ərizəsinə etirazında iddiaçının sənədləri əsasında bəyannamələri tərtib etdiyini və onları təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında idxal olunan malın ölkəyə gətirilməsi və ölkə ərazisində təhvil verilməsinə dair akt məhkəməyə təqdim olunmuşdur ki, cavabdeh müqavilə bağlanarkən malı gömrük orqanlarından keçirməyi və ölkə ərazisində təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı Mülki Məcəllənin 389.1, 425.1, 442, 443.7, 443.9, 448.1 və 448.2-ci maddələrinə, habelə, MPM-in normalarına istinadən hesab edir ki, şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, doldurulan bəyannamələrin gömrük orqanı tərəfindən qəbul olunduğunu və malların təyinatı üzrə ünvannçı tərəfindən alındığını, eyni zamanda, iddiaçı tərəfindən xidmət haqqının ödənilməyən hissəsi ilə bağlı iddiaçıya qarşı qaldırılan iddia tələbinin yekun məhkəmə qərarı ilə təmin olunduğunu bildirərək həmin qərarı məhkəməyə təqdim etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlanılmaasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Dövlət Gömrük Komitəsinin nümayəndəsi E.İsayev cavabdeh tərəfindən tərtib edilən bəyannamələr gömrük orqanı tərəfindən qəbul edilmişdirsə deməli, düzgün doldurulduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Tərəflər arasında bağlanmış gömrük rəsmiləşdiriliməsi xidməti müqaviləsi onun şərtləri baxımından, podrat müqaviləsi haqqında normalara uyğun gəlir. Odur məhkəmə kollegiyası hazırkı mübahisəyə podrat müqaviləsi haqqında normaların tətbiqini zəruri sayır. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 752.1-ci maddəsinə əsasən isə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçının iddia ərizəsinə, habelə, onun apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisələndirdiyi hal ondan ibarətdir ki, cavabdeh, gömrük rəsmiləşdirilməsini xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun aparmamış, gömrük bəyannamələrini düzgün doldurmamış, qüsurlu xidmət göstərmişdir. Belə ki, idxal olunan malların kodu iddiaçının təqdim etdiyi sənədlərdə «**********» kimi əks olunduğu halda, cavabdeh həmin kodu gömrük bəyannamələrində xüsusi çəkisi 0.94-dən az olan xətti polietilen kimi «**********» kod nömrəsi ilə göstərmiş, nəticədə onun tərəfindən 86.487.46 manat məbləğində idxal rüsumu ödənilmiş, ziyana dümüşdür. Halbuki, onun sənədlərdə təsbit olunan «**********» kod nömərisi göstərildiyi halda idxal rüsumu «0» dərəcə təşkil edirdi. Beləliklə də cavabdehin göstərdiyi gömrük rəsmiləşdirməsi xidmətini qüsurlu olduğunu iddia edərək iddiaçı hesab edir ki, ona dəymiş ziyanın əvəzi olaraq ödədiyi idxal rüsumu həddində zərər məbləği cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə idiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Tərəflər arasındak bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (konkret halda cavabdeh) sifarişçinin (iddiaçının) sifarişinə müvafiq olaraq: -«A» qoşmasında razılaşdırılmış qiymətlər əsasında Azərbaycan Respublikası ərazisində idxal və ixrac gömrük rəsmiləşdirilməsininin həyata keçiririr... 3.1-ci bəndinə əsasən isə sifarişçi idxal malları ilə bağlı: -hesab fakturası (orijinal sənədi, yk göndərən şirkətin blankında müvafiq qaydada imzalanmış və möhürlənmiş); -mənşə sertifikatı (orijinalı): -keyfiyyət sertifikatı (orjinalı); -uyğunluq sertifikatı (surəti) -qablaşdırma siyahısı (surəti) -ixrac bəyannamələri (surəti) İş materiallarına əsasən isə birincisi, müqavilədə nəzərdə tutulan bütün sənədlər toplusu iddiaçı tərəfindən cavabdeşhə təqldim olunduğu görünmür. Digər tərəfdən, iddiaçının təqdim etdiyi və onun istinad etdiyi işə əlavə olunmuş xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin doldurulmasına əsas olan, X1 idxal olunan mallar dair sənədlər – yalnız sertifakat və hesab-fakturalardan (invoyslar) ibarətdir. Həmin sənədlər isə tədqiq olunduqda müəyyən olunur ki, malların kod göstəriciləri hesab-fakturalarda əks olunmamış, mənşə sertifikatlarının hər birində isə malın kodu iddiaçının qeyd etdiyi kimi -«**********» rəqəmləri tamlığı ilə deyil, birinci altı rəqəm yalnız «390120» təsbit olunmuşdur. İkinicisi, cavabdehin tərtib etdiyi bütün gömrük bəyannamləri üçüncü şəxs gömrük orqanı tərəfindən qəbul edilib təsdiq olunmuş, səhvlər aşkar edilməmiş, bəyannaməçiyə qarşı iradları da mövcud olmamış və mallar ünvançıya çatdırılmışdır. Üçüncüsü, iddia ərizəsinə, eləcə də, işdə olan ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, iddiaçının səhv doldurulduğun mübahisəlndirdiyi bəyannamələr üzrə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra onun tərəfindən cavabdeh tərəfindən qaytarılmasını tələb etdiyi 43.456.07 manat məbləğində xidmət haqqını ödənilmiş, bununla da faktiki olaraq, cavabdehin ona göstərdiyi xidməti bəyəndiyini nümayiş etdirmişdir. Halbuki, sifarişçi olaraq, tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirsəydi, ola bilsin, xidmətin güman etdiyi qüsurlarını asanlıqla aşkar edə və artıq ödədiyi idxal rüsumunun ödənilməsinin qarşısını ala bilərdi. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən «…sifarişçi ödənişi icraçının hesabına bank köçürmə yolu ilə işlərin tam yerinə yetirilməsin əks etdirən təhvil-təslim yolu ilə işlərin tam yerinə yetirilməsini əks etdirən Təhvil-təslim aktı təqdim edildikdən sonra, icraçı tərəfindən təqdim edilən hesab-faktura əsasında 15 gün təqvim günü ərzində həyata keçirir…» Sifarişçi olaraq iddiaçı müqavilənin qeyd olunan tələbinə varmadan, cavabdehdən təhvil-təslim aktının tələb etməmiş, göstərilən xidmətin güman etdiyi qüsurunun olubolmadığını yoxlamamış və mülki qanunvericildiklə müəyyən olunan hüquqlarından istifadə etmədən, birbaşa bəyannamələr üzrə rəsmiləşdirilməsi aparılmış mallara görə dövlət büdcəsinə 86.487.46 manat məbləğində idxal rusumunu, habelə, 43.456.07 manat məbləğində xidmət haqqını cavabdehə ödəmişdir. Halbuki, onun Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər icraçının göstərdiyi xidmət qüsurlu idisə, sifarişçi kimi cavabdeh icraçıdan əlavə icra, yəni, dövlət büdcəsinə artıq ödənilmiş rüsumun dövlət orqanı tərəfindən geri qaytarılmasının təmin edilməsini tələb edə, və yaxud; -həmin Məcəllənin 764.1-ci maddəsi baxımından özü həmin qüsuru aradan qaldırıb, yəni, artıq ödənilmiş idxal rüsumunun qaytarılmasını həyata keçirib çəkdiyi xərcclərin əvəzini icraçıdan (yəni cavabdehdən) ödənilməsini tələb edə, və yaxud; -həmin Məcəllənin 765-cı maddəsi baxımından, əgər icraçı, qüsurun aradan qaldırılması üçün ona təyin olunmuş müddət ərzində, həmin qüsüru aradan qaldırmazdısa, müqavilədən imtina edə, və yaxud; -həmin Məcəllənin 766-cdı maddəsinin tələbi baxımından, müqavilədən imtina etmədikdə, icraçıya ödəycəcəyi muzdun miqdarını azalda bilərdi. Lakin işin qeyd olunan faktiki hallarından isə göründüyü kimi, iddiaçı mülki qanunvericilikdə nəzərədə tutulan həmin imkanlarından istifadə etməmiş, xidmətin təhviltəslimini müqavilə şərtlərinə uyğun həyata keçirməli olduğunu bildiyi, bununla da göstərilən xidmətin qüsurlu olduğunu bilməli olduğu halda, iddaçıya pretenziya vermədən onu (xidməti) qəbul edərək, cavabdehin ixidməti ilə razılaşmış və mübahisələndirilən xidmət haqqı məbəlğini ona ödəmişdir. Belə olan halda, Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu billə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmçinin də onu da qeyd etmək lazımdır ki, icraçı Cavabdeh MMC tərəfindən xx.xx.2017-ci il tarixli gömrük rəsmiləşdirilməsi xidməti müqaviləsi ilə bağlı sifarişçiyə qarşı məhkəmədə qaldırdığı 8.169,40 manat əsas borc, 27.698,14 manat dəbbə pulu və 1000 manat ziyan, cəmi 36.867,50 manat pul tələbinə dair iddia ərizəsi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 20219-cu il tarixli qətnaməsi ilə əsas borc hissəsində tam və dəbbə pulu hissəsində qismən təmin olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən, həmin qətnamədə öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-145/2020 saylı xx.xx.2020-ci il tarixli yekun məhkəmə qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarı ilə müəyyən olunan hallardan görünür ki, «…bütün hesab ödəniş tapşırıqlarında cavabdehin (yəni həmin iş üzrə İddiaçı QSC-nin) qəbul etdiyi və razılaşdığı –hansı hesab fakturalara əsasən ödəniş həyata keçirildiyi göstərilmiş, bununla da cavabdeh ödəniş həyata keçirdiyi hesab fakturalar üzrə xidmətin iddiaçı tərəfindən həqiqətən həyata keçirdiyini qəbul etmişdir.» Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddia tələbində haqlı hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsinin tələbində isə nəzərədə tutulur ki, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizəərə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-137/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-137/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-309/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-309/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver