Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-31/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı1-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı “borcun tutulması, müqavilələrin ləğv edilərək lizinq obyekti olan avadanlıqların kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi 19.06.2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* manat məbləğində əsas borcun, 517805 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi ******* manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-2(82)354/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh X5 arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, avadanlıq üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borcun Cavabdeh-dan İddiaçı1-nin xeyrinə tutulması və iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2-2(103)-691/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-2(82)-354/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-2(102)-264/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli 2-2(103)-4/2020 saylı qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 22(82)-354/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı1 ilə Cavabdeh X5 arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli, 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli və 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh-dən İddiaçı1nin xeyrinə əsas borc üzrə ******* manat, cərimə borcu üzrə 102840 manat, cəmi ******* manatın tutulması, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə İddiaçı1-yə qaytarılması, ekspert tədqiqatına görə 200 manat xərcin Cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh X5 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.07.2020-ci il tarixli 2-2(102)-219/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2-2(103)-4/2020 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-508/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli və 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilələr ləğv edilmiş, Cavabdeh-dən İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə ******* manat, cərimə borcu üzrə 102840 manat, cəmi ******* manat məbləğində pul vəsaiti tutulması, Lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qət edilmiş, qalan hissədə iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh X5 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-2(102)-127/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 oktyabr tarixli, 2-2(103)-508/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin “tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadınlaqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri alınması” hissəsindən imtina etdiyini bildirdi və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iş üzrə icraata həmin hissədə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi qəbul edilməli və iş üzrə icraata “tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadınlaqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri alınması” hissəsində xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbindən qismən imtina barədə ərizəsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təmin edilməli və iş üzrə icraata həmin hissədə xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci, 191.2-ci, 261.0.4-cü və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərar a aldı: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin iddia tələbindən qismən imtina barədə ərizəsi təmin edilsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(103)-354/2017 saylı, 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı iddia tələbinə dair iş üzrə icraata qismən- “tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması" hissəsində xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-31/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-31/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver