Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-310/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, x10 və x3 ibarət tərkibdə, məhkəmə iclas katibi x4, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı x11 cavabdehlər “Yol İnşaatçısı” x2 və Azərbaycan Respublikası Dövlət x5rşı sığorta ödənişinin, ziyanın, dəbbə pulunun tutulmasına dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-283/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadından İddiaçı x15 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı x15 cavabdehlər “Yol İnşaatçısı” x2 və Azərbaycan Respublikası Dövlət x5rşı sığorta ödənişinin, ziyanın, dəbbə pulunun tutulmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2-2(81)- 283/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət x6 5000 manat məbləğində sığorta ödənişinin, 75,00 manat məbləğində dəbbə pulunun, “Yol İnşaatçısı” x1 9.675,00 manat məbləğində zərərin, ümumilikdə 14.675,00 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi, 20 manatın isə cavabdeh Azərbaycan Respublikası Dövlət x6 alınaraq İddiaçı x12 verilməsi, aparılmış ekspertiza ilə bağlı 209,00 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət x9 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2-2 (81)-283/2019 saylı, qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-2(81 )-283/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2- 2(81)-283/19 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət x7 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət x9 ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzürlü hesab edib, onun bərpası barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2-2(81)-283/2019 saylı qətnaməsi “Reqion Express” poçt xidməti vasitəsi ilə 22 noyabr 2019-cu il tarixdə cavabdehə verilmişdir. Cavabdeh isə apellyasiya şikayətini 25 dekabr 2019-cu il tarixdə poçta vermişdir. 2019-cu ilin dekabr ayının 22-si qeyri-iş günü (həftənin bazar günü) olmasını nəzərə aldıqda cavabdehin həmin qətnamədən şikayət vermə müddəti 23 dekabr 2019-cu il tarixədək olmuşdur. Qətnamə poçt vasitəsilə 22 noyabr 2019-cu il tarixdə iş gününün sonunda şirkətə verilmişdir. 2019cu ilin noyabr ayının 23 və 24 qeyri iş günü (həftənin şənbə və bazar günü) olmasını nəzərə alaraq, apellyasiya şikayəti cavabdeh tərəfindən 25 dekabr 2019-cu il tarixdə poçt vasitəsilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-2(81)-283/2019 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət x7 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2-2(81)- 283/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı x15 şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-2(81)-283/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin vəsatət əsasında müddətin ötürülməsini üzrlü hesab etməsi qanunvericiliyin tələblərinə və mahiyyətinə ziddir. Belə ki, vəsatətdə qeyd olunan hal mövcud prosessual qaydaların pozulmasına səbəb olmaqla üzrlü hal kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasənillərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Göründüyü kimi, qanunvericilikdə aşkar şəkildə müəyyən edilmişdir ki, prosessual müddətin axımının başlanması üçün müəyyən edilmiş tarixin qeyri-iş günlərinə düşüb- düşməməsi əhəmiyyət daşımır və o, bu səbəbdən heç bir halda sonrakı tarixlərə keçirilə və ya dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllədə belə müddəa yalnız prosessual müddətin sonu iləbağlıdır. Həmin məcəllənin 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmçinin, Məcəllənin 129.2-ci maddəsində göstərilir ki, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərəfindən prosessual müddətlərlə bağlı tələblərin pozulması ilə onun başlanğıc və bitmə tarixlərinin öz mülahizəsinə və ya tərəfin vəsatətinə əsasən müəyyən edilməsi yolverilməzdir və bu, üzrlü hal hesab edilə bilməz. Qeyd olunanlara əsasən, cavabdehin üzrlü hal kimi qəbul edilə bilməyən vəsatətinin məhkəmə tərəfindən üzrlü hal kimi qəbul edilməsi ədalət mühakiməsinin, hüquqi müəyyənlik prinsipinin, ədalətli məhkəmə baxışı hüququnun və ümumilikdə qanunun əliliyinin pozulması ilə nəticələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2020-ci il tarixli, 2-2(81)-283/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması 03.06.2020-ci il tarixə təyin edilmiş, cavabdehlər “Yol İnşaatçısı” x2 və Azərbaycan Respublikası Dövlət x8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 283/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2-2(81)- 283/2019 saylı qətnaməsinin surəti cavabdeh Azərbaycan Respublikası Dövlət x9 tərəfindən 22.11.2019-cu il tarixdə rəsmi qaydada qəbzə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan zərfdən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət x9 tərəfindən apellyasiya şikayəti 25.12.2019-cu il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Müddətin bərpası barədə ərizəni təmin edən birinci instansiya məhkəməsi qətnamənin poçt vasitəsilə 22 noyabr 2019-cu il tarixdə iş gününün sonunda şirkətə verilməsini, 2019cu ilin noyabr ayının 23 və 24 qeyri iş günü (həftənin şənbə və bazar günü) olmasını nəzərə alaraq ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiysı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehin ərizəsinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1.-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2.-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 128.3.-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.1.-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2. –ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. İstinad edilən normaların tələbindən də göründüyü kimi aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki prosessual Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı halda cavabdeh ərizədə buraxılmış prosessual müddətin bərpa edilməsi üçün hər hansı üzürlü səbəb göstərmir. Cavabdeh müddətin buraxılma səbəbini ərizədə prosessual müddətin başlanmasının qeyri-iş gününə düşməsi ilə əlaqələndirməyə çalışmışdır. Halbuki məhkəmə qətnaməsini aldıqdan sonra cavabdehin 1 ay ərzində apellyasiya şikayəti vermək imkanı olmuş, lakin bu hüququndan həmin müddət ərzində istifadə etməmiş və cavabdehin bu hüququndan istifadə etməsinə hər hansı maneə olmamışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qətnamənin cavabdehə təqdim edildiyi gündən sonra gələn iki günün, yəni 23.11.2019 və 24.11.2019-cu il tarixlərinin qeyri-iş günlərinə düşməsi cavabdeh tərəfindən ötürülmüş müddətin bərpası üçün əsas hesab edilmədiyindən şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-283/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ləğv edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət x7 qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 146, 263, 398.0.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı x11 şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-283/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət x9 tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-310/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-310/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver