Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-313/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi (vəkili) X3, cavabdehin qanuni təmsilçisi X4 və nümayəndəsi X7 iştirakı ilə İddiaçı «xxxxxxxx»xxxxxxxxxxxxxxxxxxCavabdeh ASC-yə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Mərkəzi Bankı) «dəymiş ziyanın ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1216/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “xxxxxxxx”xxxxxxxxxxxxxxCavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən 195.442 ABŞ dolları məbləğində pul vəsaitinin tutulub iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx.xx.2019-cu il tarixində «marja ticarəti barədə müqavilə imzalanmış, xx.xx.2019-cu il tarixində həmin müqavilənin ayrılmaz hissəsi hesab edilən əlavə “razılaşma” bağlanmışdır. «Marji ticarəti barədə» müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini müştəriyə marja ticarəti üçün müvafiq hesabının açılması və marja xidmətlərinin göstərilməsi təşkil edir. Cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixində, Bakı vaxtı ilə saat 01:02 radələrində cavabdehin əməliyyat sistemində süni qiymət dəyişikliyi (“spred” genişlənməsi - alış və satış qiyməti arasındakı fərq) yaradılaraq İddiaçı ASC-yə məxsus ******* nömrəli marja ticarət hesabı Bankın hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş və əsassız şəkildə “stop out” olunmuşdur (bağlanmışdır). Nəticədə İddiaçı ASC-yə külli miqdarda - 195 000 ABŞ dolları) məbləğində ziyan dəymişdir. Bununla bağlı müqavilədə və risklər haqqında bildirişlər bölməsində hər hansı məlumat əks olunmamışdır. Bundan başqa iddia edilir ki, qeyri-bazar kotirovkası anlayışına aiddir. Həmin an cavabdeh tərəfindən yaradılmış süni qiymət dəyişikliyinin həqiqəti əks etdirmədiyini sübut etmək üçün bir neçə broker investisiya şirkətlərinin və aparıcı informasiya agentliklərinin müəyyənləşdirdiyi qiymət tərəfimizdən monitorinq olunmuş və həqiqətən də müəyyən olunmuşdur ki, belə bir qiymət dəyişikliyi heç bir mənbədə öz əksini tapmır. Cavabdehə xx xxxxxx 2019-cu il tarixində pretenziya məktubu ünvanlanaraq dəymiş 195000 ABŞ dolları məbləğində ziyanın 5 (beş) iş günü ərzində Banka ödənilməsinin təmin edilməsi xahiş olunsa da cavabdeh tərəfindən həmin məbləğ Banka ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, banka məxsus «3061026» saylı marja hesabında aparılan ticarət zamanı uzun müddət vəsaitin azalması müşahidə olunmuşdur. Buna baxmayaraq, bank tərəfindən yeni əməliyyatlar açılmış və hesab daha da riskli mövqeyə yönəldilmişdir. Belə ki, 0.09.2019-cu il tarixinə hesabda qalıq vəsait 97 694.61 ABŞ dolları, xx.xx.2019 tarixinə 69 804.05 ABŞ dolları, xx.xx.2019 tarixinə 26 911.57 ABŞ dolları təşkil etmişdir. Daha sonra isə hesaba 50 000 ABŞ dolları əlavə edilmiş və Bank yeni əməliyyatlar açmağa davam etmişdir. Qeyd olunmuş tarixlərdən sonraki tarixlərdə hesabda qalıq kapital - xx.xx.2019-cu il tarixə - 89 150,77 USD, xx.xx.2019-cu il tarixə - 102 002,48 USD, xx.xx.2019-cu il tarixə - 70.152,28 USD, xx.xx.2019-cu il tarixə - 59 648.03 USD, xx.xx.2019-cu il tarixə -78 948,44 USD, xx.xx.2019-cu il tarixə - 90.554,86ABŞ USD, xx.xx.2019-cu il tarixə - 106 750,90 USD, xx.xx.2019-cu il tarixə - 36 045,70 USD, xx.xx.2019-cu il tarixə 12.813,95 USD, xx.xx.2019-cu il tarixə - 11 902.20 USD. Əməliyyatların bağlanmasından bir gün əvvəl Beləliklə də bankın hesabının məcmu balansı cəmi 11. 902.20 ABŞ dolları təşkil etmişdir. Açıq olan əməliyyatların həcmini və azalmış məcmu balansı nəzərə alaraq, Bank tərəfindən hesaba əlavə vəsait cəlb edilməsi və ya mövcud əməliyyatların bir çoxunun bağlanması məqsədəuyğun olsa da, bununla bağlı iddiaçı tərəfindən heç bir preventiv addım atılmamışdır. xx.xx.2019-cu il tarixində bazar açılışı zamanı Bankın hesabında açıq olan əməliyyatlar dünya valyuta bazarında ilk mümkün olan qiymətlə bağlanmış, hesabda mənfi balans yaranmış və cavabdehə də 1.487.80 ABŞ dolları həcmində zərər dəymişdir. Bank tərəfindən daxil olan sorğu əsasında şirkət tərəfindən likvidlik təminatçısı ilə lazımı araşdırmaların aparılmasına dair bütüm addımlar atılmış, paralel olaraq, dünya valyuta bazarında nüfuzlu olan mənbələr ilə danışıqlar aparılmış və nəticədə aydın olmuşdur ki, sistemdə heç bir texniki xəta baş verməmiş və əməliyyatlar dünya valyuta bazarında həmin ana mövcud olan qiymətlərə uyğun icra edilmişdir. Əlavə olaraq, oxşar məqamların birində Şirkət hesabına vəsait daxil olmadan Bankın hesabına Unicapital tərəfindən 50 000 ABŞ dolları əlavə edilmiş və risk nisbətən aradan qaldırılmış, bununla yanaşı, ilk gündən etibarən Bankın ticarət hesabına 105.212 ABŞ dolları məbləğində vəsait bonus qismində köçürülmüşdür. Şirkətinin sistemdə süni qiymət dəyişikliyi yaratmasının hüquqi əsasları da yoxdur. Belə ki, onun bazarda törəmə maliyyə alətləri üzrə qiymət müəyyən etmək hüququ yoxdur və marketmeykerlik statusuna malik deyil. Həmçinin qeyd edilən tarixdə dünya valyuta bazarında baş verən qiymət dəyişikliyi nəticəsində, iddiaçının hesabının mənfiyə düşməsi, cavabdehə də maddi ziyan dəyməsi ilə nəticələnmişdir. Həmçinin iddia ərizəsində qeyd olunan tarixdə baş verən qiymət dəyişikliyi nəticəsində 195.000 USD zərərin dəydiyi göstərilsə də, faktiki olaraq, həmin tarixə iddiaçının 11 902.20 ABŞ dolları vəsait mövcud olmuşdur və iddiaçı son əməliyyata bu vəsaitlə daxil olmuşdur. Bundan başqa, marja ticarəti qaydaları müştərinin öz riskləri ilə ticarət aparmasını nəzərdə tutur və bu halda investisiya şirkəti ona bu əməliyyatların aparılması üçün müvafiq platformada hesab açaraq, həmin platformaya girişlə təmin edir. Müştəri tərəfindən aparılan əməliyyatlara investisiya şirkətinin müdaxilə etməsi mümkün deyil və əməliyyatların hamısı müştərinin öz riski ilə marja ticarəti qaydalarına uyğun olaraq aparılır. Bu əməliyyatları İddiaçı ASCnin hesabı üzərindən aparan nümayəndəsinin, yəni, iddiaçı Bankın Xəzinədarlıq departamenti İnvestisiya və Qiymətli kağızlarla iş şöbəsinin rəisi Nümayəndə3 bu sahədə təcrübəsi olan ekspert kimi marja ticarətinin yuxarıda qeyd edilən xüsusiyyətləri ilə yaxından tanışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1216/2019 saylı, xx.xx.2019-cuil tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prsessual hüquq normalarını pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış marji ticarəti müqaviləsinin ayrılmaz hissəsi olan Razılaşmaya əsasən cavabdeh şirkət iddiaçıya müvafiq hesabın açılması və marji ticarəti ilə bağlı müvafiq xidmət göstərməlidir. xx.xx.2019-cu il tarixdə Bakı vaxtı ilə saat 01:02 radələrində cavabdehin əməliyyat sistemində süni qiymət dəyişikliyi (“spred” genişlənməsi-alış və satış qiyməti arasındakı fərq) yaradılaraq İddiaçı ASC-yə məxsus ******* nömrəli marja ticarət hesabı Bankın hüquqlarının kobud şəkildə pozulması ilə əsassız şəkildə “stop out” olunmuşdur (bağlanmışdır). Nəticədə İddiaçı ASC-yə külli miqdarda - 195 000 ABŞ dolları) məbləğində ziyan dəymişdir. İş üzrə mübahisə obyekti müəyyən ticarət platformasında aparılan alqı-satqı əməliyyatıları, marji ticarəti və bununla bağlı olan münasibətlər olduğundan həmin məsələlər üzrə rəy verilməsi üçün mütəxəssis cəlb olunsa da, məhukəmə yalnız X5 palatasının nümayəndəsini işə cəlb etməklə kifayətlənmiş, yekun məhkəmə qətnaməsi qəbul edərəkən məhz həmin rəyi nəzərə almışdır. Palatanın nizamnaməsinin 2.1-ci bəndinə əsasən fəaliyyətinin məqsədi maliyyə bazarının lisenziyalaşdırılması, tənzimlənməsi və bu ahəyə nəzarəti həyata keçirməkdir. Palatanın fəaliyyət istiqamətində rəy vermək səlahiyyəti yoxdur.Ticarət platforması inestisiya şirkəti olan və ffərq müqavilələri ilə marja ticarətinin təşkil edilməsi məqsədi ilə istifadə ecilən elektron ticarət platformasıdır. Bu platformalar peşəkar investisiya şirkətləri tərəfindən yaradılır və fəaliyyət göstərir Birinci instaniya məhkəməsi peşəkar mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçının vəsatətnin nəzərə almamışdır. Halbuki, iddiaçı əldə etdiyi xx.xx.2019-cu il tarixə bir neçə broker investisiya şirkətinin və aparıcı informasiya agentliklərinin müəyyənləşdirdiyi qiymət barədə çıxarış əlavə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.İsmayılov şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiaysının iglasında iştirak edən cavabdeh şirkətin qanuni təmsilçisi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhləiklərini yerinə yetirərək, iddiaçıya açılmış hesab üzrə müvafiq platformaya giriş təmin olunmuş və iddiaçı öz riskləri ilə əməliyyatlar aparmışdır. Bu halda cavabdeh tərəfindən həmin əməliyyatlara müdaxilə etmək mümkün olan şey deyil. Ümumiyyətlə, müdaxilə etmək istəsə belə bu texniki cəhətdən mümkünsüzdür. Bundan əlavə, iddiaçının mübahisələndirdiyi hal «Böyük Britaniya funt sterlinqi ilə ABŞ dolları arasında xx.xx.2019-cu il tarixində baş verən alış-satış qiymətləri arasındakı fərqlə bağlıdır. Birincisi, iddiaçı 195.000 dollar USD zərər dəydiyini göstərsə də, bir gün əvvəl xx.xx.2019-cu il tarixinə onun marja hesabında 11.902 USD məbləğində vəsaitlə də daxil olmuşdur. Həmin gün bazarda bir neçə broker investisiya şirkətinin və aparıcı informasiya agentliklərinin müəyyənləşdirdiyi qiymət tərəfimizdən monitorinq olunmuş və müəyyən olunmuşdur ki, həqiqətən də belə bir qiymət dəyişikliyi həmin mənbələrdə öz əksini tapmışdır. «Plumberq» beynəlxalq məlumat sisteminin xx.xx.2019-cu il tarixinə olan informativ çıxarışdan görünür ki, həmin gün valyuta baxarında «funt sterlinq GBP» və «dollar USD»-nin alış-satış qiymətlərində kəskin fərq (məs.,Alfa Bank FX və «Commersbank FX») «qeyd alınmışdır. Eyni zamanda, cavabdeh şirkəkətin digər nümayəndələri G.Cavadova və F.Yusifli iddiaçının apellyasiya şikayəti ilə razılaşmadıqların bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə gəlmiş və özünü nümayəndəsi kimi təqdim edən Nümayəndə2, səlahiyyətini təsdiq edən etibarnaməni, son iki gündə baş verən problemlə bpğlı təqdim edə bilməyəcəyini bildirmiş, məhkəmə onu nümayəndə kimi prosesdə iştirakını qəbul etməmiş və MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixində tərəflər arasında «marja ticarəti barədə müqaviləsi imzalandığı və xx.xx.2019-cu il tarixində həmin müqaviləyə əlavə “razılaşma” bağlandığı işin mübahisələndirilməyən halıdır. İddiaçının iddia ərizəsinin və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh şirkət tərəfindən marji ticarəti müqaviləsi ilə üzərinə düşən öhdəliklərinin kobud şəkildə pozuluduğun iddia edərək ona 195 000 USD məbləğində ziyan dəydiyini mübahisəlndirir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, mülki məsuliyyətin yaranma əsası -mülki hüquq pozuntusu, yəni təqsirli, hüquqa zidd hərəkətlə əhatə olunmalıdır. İddiaçının qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh şirkətin hüquqa zidd hərəkətə yol verdiyini belə əsaslandırır ki, xx.xx.2019-cu il tarixində Bakı vaxtı ilə saat 01:02 radələrində onun hesabında aparılan əməliyyat sistemində «süni qiymət dəyişikliyinə (alış və satış qiyməti arasında fərqə) yol vermiş, nəticədə banka ziyan dəymişdir. Lakin iş materiallarına əsasən cavabdehin müqavilə şərtlərini pozan və iddiaçıya birbaşa ziyan vuorulmasına gətirib çıxaran təqsirli, hüquqazid hərəkətlərinin mövcudluğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə X2 xx.xx.2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq olunmuş «Marja ticarətinə dair Qaydalar» 7.5-ci bəndinə əsasən marja çağırışı zamanı müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq mövqelərini bağlamaqla, risklərini idarə edə bilər. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən müştəri üçün hesabların açılması, bağlanması və marja çağırışı xidmətləri investisiya şikəti tərəfindən həyat keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən müştəri investisiya şirkətində olan şəxsi hesabına investor interfeysi vasitəsilə daxil olur və idarə edir. Həmin Qaydaların 8.5-ci bəndinə əsasən ticarətə başlamazdan əvəl investisiya şikəti müştərilərin bu Qaydaların 1 saylı Əlavəsində nəzərədə tutulan «Risk məlumatlandırma sənədi» ilə tanış olmasını təmin edir. «Risk məlumatlandırma sənədi» müştərilər tərəfindən imzalandıqdan sonra investisiya şirkəti tərəfindən onlara məxsus digər sənədlərlə birgə saxlanılır. İş materiallarından görünür ki, adıçəkilə Qaydalara müvafiq olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixdə marja ticarəti barədə müqavilə bağlanmış vı həmin müqavilənin 1.1-ci bəndində nəzərədə tutulmuşdur ki, müqavilənin predmetini müştəriyə marja ticarəti üçün müvafiq hesabının açılması və marja ticarəti xidmətlərinin göstərilməsi təşkil edir. Həmin müqavilənin: -3.8-ci bəndinə əsasən bu müqavilə bağlanmazdan investisiya şirkəti müştəriyə yazılı şəkildə marji ticarəti üçün təqdim olunan vəsait ilə bağlı risklər haqqında məlumat verir və müştəridən bu məlumatı aldığını təsdiqlədiyni tələb edir. -4.4.1-ci bəndinə əsasən müştəri «Unibank» Kommersiya Bankının baş ofisində və ya hər hansı bir filialında xarici valyutada cari hesab açmalıdır. -4.4.2-ci bəndinə əsasən investisiya şirkəti müştərinin sifarişi əsasında qeyd etdiyi bank rekvizitlərinə vəsaitin köçürülməsini təmin edir. Həmin müqaviləyə 3 №-li Əlavədən (“Margin Trading şərtləri ilə xarici valyutalarda və digər ticarət aktivlərində konvertasiya arbitraj əməliyyatların aparılması Qaydaları (Marja ticarəti))”görünür ki, (3və 3-cü abzasları) - müştəriyə tövsiyə edilmişdir ki, «yüksək risklə bağlı əməliyyatların planlaşdırılması və aparılması zamanqı hər zaman yadda saxlamalısınız ki, təcrübədə real nəticənin planlaşdırılanla (gözlənilənlə) düz gəlibgəlməməsi imkanları tez-tez eyni vaxtda baş verir və bir sıra konkret hallardan asılı olur ki, belə halların da nə dərəcədə nəzərə alınması əməliyyatlarınızın səmərəliliyini müəyyən edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sizə tövsiyə edirik ki, maliyyə bazarlarında ticarət əməliyyatları aparan zaman yaranan risklərin məqsədləriniz və maliyyə imkanlarınız baxımından sizin üçün məqbul olub-olmamaı məsələsini diqqətlə nəzərədən keçirəsiz.» Həmin Əlavənin 9-cu abzasından görünür ki, müştərinin maliyyə bazarlarında işləyən zaman mənbələrinə görə bir sıra risklər nəzərinə çatdırılmışdır. İş materiallarına və tərəflərin nümayəndələinin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçının qeyd oluan risk mənbəəlri ilə tanış olduğu işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında bağlanmış marja ticarəti müqaviləsi və ona əlavənin qeyd olunan müddəalarından da göründüyü kimi, qeyd olunan marja ticarətinin aparılması qaydalarına müvafiq olaraq, iddiaçının (müştərinin) cavabdeh tərəfindən ona açılmış hesabında, müvafiq platformaya girişi təmin ediməklə, öz riskləri hesabına əməliyyatlar həyata keçirmək imkanını nəzərdə tutur. Cavabdehin qanuni təmsilçisi T.Qəribovun qeyd olunan izahatından göründüyü kimi, təmsil etdiyi investisiya şirkəti iddiaçı üçün hesab açmış və müvafiq platformaya girişini təmin etmiş, bank öz riskləri hesabına əməliyyatlar aparmış və hesabı getdikcə azalmış, hətta xx.xx.2019-cu il tarixində hesabın 11.902 USD məbləğində vəsait qeydə alınmış, həmin vsəaitlə də xx.xx.2019-cu il tarixdə son əməliyyatını aparmışdır ki, belə olan halda birincisi onun 195.000 ASD ziyana düşməsi, digər tərəfdən investisiya şirkəti tərəfindən süni qiymət dəyişikliyi yaratmaq üçün iddiaçının aparıdığı əməliyyatlara müdaxilə etmək texniki cəhətdən mümkün deyil. Məhkəmə kollegiyası cavabdeh tərəfindən qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən üçüncü şəxs qismində işə cəlb olunmuş X6 Palatasının mütəxəssis nümayəndəsi – Palatanın «Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin Kapital bazarına nəzarət idarəsi»nin aparıcı analitiki - Nümayəndə2 izahatında aşağıdakıları bildirmişdir: -«… marja ticarət xidməti, yəni Forex xidmətinin təşkili üzrə investisiya şirkətlərinin 2 modeli fərqləndirilir. Köhnə qaydalarda bununla bağlı hər hansı bir dəqiq müddəa olmasa da, lakin yeni qaydalarda bu hal özünü əks etdirir. Daha anlaşıqlı olması üçün bildirmişdir ki, Cavabdeh ASC-nin fəaliyyəti həmişə Marja ticarəti qaydalarının A modelinə uyğun olmuşdur. A modeli, likdivik təminatçılarından, yerli və xarici təşkilatlardan alan qiymətləri, yəni kotirovkaları həmin likvid təminatçısının verdiyi platformanın üzərindən öz müştərilərinə təqdim edir. İnvestisiya şirkəti müvafiq hesabın açılması və marja ticarəti xidmətinin gösətirilməsini təçkil etmişdir. İnvestisiya Şirkəti A modeli olduğundan, bilavasitə qiymətlərin formalaşmasında iştirak etmir. B modelinin isə qiymətlərin formalaşmasında müəyyən bir rolu var və müştərilərdə yaranan riskləri öz daxili resursları vasitəsi ilə təmin edə bilər. İki model arasında olan fərq odur ki, A modeldəki investisiya şirkəti forex xidmətini təşkil edərkən, onun üzərində olan riskləri likvid təminatçısının üzərinə ötürməklə həyata keçir. Avqustun 5-də qiymət sürüşməsi kimi, ya da qiymətin digər investisiya şirkətlərinin həmin an təqdim etdiyi bazar qiymətindən fərqli olaraq olması “xxxxxxxx” ASC-nin ticarət hesabından külli miqdarda itkiyə məruz qalması ilə nəticələnir. Burada qeyd edilməlidir ki, hazırki mübahisə üzrə investisiya şirkəti ona göndərilmiş likvid təminatçısından irəli gələn qiymətləri alır və təqdim edir. Bazar şərtləri fərqli ola bilər, lakin risklər barədə məlumat investisiya şirkəti tərəfindən öz müştərilərinə ötürülür.» Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfin təqdim etdiyi «Plumberq» məlumat sistemindən xx.xx.2019 -cu il tarixə olan informativ çıxarışa əsasən müəyyən olunur ki, həqiqətən həmin gün valyuta bazarında - «funt sterlinq GBP» və «dollar USD»-nin «alış-satış» qiymətlərində kəskin fərqlər «qeyd alınmışdır (Məs.,Alfa Bank FX və «Commersbank FX» və s.). Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı xx.xx.2019-cu il tarixində 195.000 USD məbləğində zərərə düşdüyünü mübahisələndirsə də, bir gün əvvəl xx.xx.2019-cu il tarixində onun marja hesabında cəmi 11.902 USD məbləğində vəsait mövcud olmuş, həmin vəsaitlə də əməliyyata daxil olmuşdur. Beləiklə də qeyd olunanlar baxımından «A» modelli investisiya şirkəti olan cavabdehin iddiaçının hesabında süni qiymət dəyişiklik yaratmasının mükünsüz olduğu təsdiq olunur. Başqa sözlə, onun hüquqazidd hərəkətlərinin mövcudluğu istisna edilir, belan olan halda da onun iddiaçı qarşısında mülki məsuliyyti müəyyən oluna bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işin obyektiv həlli üçün məhkəmə tərəfindən işə X5 Palatası cəlb olunmuş, Palatanın mütəxəssis nümayəndəsi dinlənilməklə, iş üzrə hərtərəfli araşdırma aparılmış, tədqiq olunan sübutlara güzgün qiymət verilməklə, mahiyyəti üzrə iddianın rədd olunması barədə düzgün olan nəticəyə gəlinmişdir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozduğunu mübahisələndirən, dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1216/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1216/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-313/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-313/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver