Məhkəmə qərarları › İş №2-2(103)-316/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-316/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-316/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydə alınması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(82)-24/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatın cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativindən 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750 ABŞ dolları, faiz borcu 2.380.007,60 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və “OLİMP” Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və “OLİMP” Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRXnin və digər səlahiyyətli orqanların üzərinə “xxxxxxxxxxx” QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(82)- 24/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “OLİMP” Mənzil Tikinti Kooperativindən 3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.380.007.60 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatına məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən iddianın rədd edildiyi hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Olimp” Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxx 2017-ci il tarixli, S-6 saylı təhvil-təslim aktı əsasında “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddia tələbinin rədd edilmiş hissəsi ilə iddiaçı razı deyil və hesab edir ki, MM-nin 139.1, 139.2, 139.3-cü maddələrinə əsasən həmin tələb təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(82)- 24/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-23/2020 saylı xx.xx.2020-ci il qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(82)- 24/2019 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qətnamə iddianın rədd edildiyi hissədə yoxlanılır. İddiaçı “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatın borc tələbinin cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və “OLİMP” Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və “OLİMP” Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRXnin və digər səlahiyyətli orqanların üzərinə “xxxxxxxxxxx” QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair iddia tələblərinin rədd edilməsi əsasını məhkəmə bununla əsaslandırmışdır ki, iddiaçı bu tələbi irəli sürmək hüququna malik olması barədə sübutlar təqdim etməmiş və bu hallar məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı borc üzrə tutmanın cavabdehin əmlakına yönəldilməsini “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq yalnız icra mərhələsində irəli sürə bilər. Məhkəmə sözügedən tələblərin icra mərhələsində həll edilməli olduğu və məhkəmə qaydasında baxılmalı olmadığı nəticəsinə gəlməsinə baxmayaraq, həmin iddia tələblərinə mahiyyəti üzrə qiymət verərək rədd etmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iddiaçının icra mərhələsindəirəli sürməli olduğu tələblərə iddia icraatı qaydasında baxılması düzgün deyil, çünki bu halda iddiaçı gələcəkdə qətnamənin icra mərhələsində həmin tələbləri irəli sürmək hüququndan məhrum olur. Belə ki, “İcra haqqında” Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Qanunun 43.1.1-ci maddəsində isə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qətnamə bu hissədə ləğv edilməli, həmin tələblər üzrə icraata iddia icraatı qaydasında xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, inzibati orqanların üzərinə müəyyən öhdəliyin qoyulması ilə bağlı iddialara inzibati icraat qaydasında baxılmalı olduğundan iddiaçının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə “OLİMP” Mənzil Tikinti Kooperativinə məxsus torpaq sahəsi və digər daşınmaz və daşınar əmlaklar (o cümlədən nəqliyyat vasitələrinə və texnikalar) üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə mülki icraat qaydasında baxmaqla birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qətnamə iddianın rədd edildiyi hissədə ləğv edilməli, MPM-nin 261.0.1-ci maddəsinə əsasən rədd edilmiş tələblər üzrə icraata mülki iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2- 2(82)- 24/2019 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə ləğv edilməli, iddiaçı “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatın cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə qarşı borc tələbinin cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və “OLİMP” Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və “OLİMP” Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə “xxxxxxxxxxx” QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair iddia tələbləri üzrə icraata xitam verilməlidir. Məhkəmə MPM-in 261, 263, 264, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(82)- 24/2019 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə ləğv edilsin. İddiaçı “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatın cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə qarşı borc tələbinin cavabdeh “OLİMP” Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və “OLİMP” Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və “OLİMP” Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə “xxxxxxxxxxx” QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar