Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-319/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 08.02.2021-ci il tarixli e-2- 2(113)-160/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Voyaj Stor” Məhdud Məsuliyyətli Cəmiyyəti ("Voyaj Stor” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.03.2017-ci il tarixli müqavilə üzrə yaranmış 63793 manat əsas borc məbləği, borcun vaxtında ödənilmədiyinə görə 15.03.2017-ci il tarixli müqavilə üzrə hesablanmış 193952 manat məbləğində dəbbə pulu, bank uçot faiz dərəcəsi kimi hesablanmış 4720 manat məbləğində pul, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3189 manat, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat, hüquqi xidmətə görə ödənilmiş 1500 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat olmaqla, cəmi 367185 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, e-2-2(113)-160/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 66341 (altmış altı min üç yüz qırx bir) manat əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 2000 (iki min) manat dəbbə pulu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3317 (üç min üç yüz on yeddi) manat və dövlət rüsumunun əvəzi olaraq 4,50 (dörd manat əlli qəpik) manat olmaqla, cəmi 71662,50 (yetmiş bir min altı yüz altmış iki manat əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun 25,50 (iyirmi beş manat əlli qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, e-2-2(113)-160/2021 saylı qətnaməsinin qismən, iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia ərizəsinin tam təmin edilərək, Cavabdeh MMC-dən 15.03.2017-ci il tarixli müqavilə üzrə yaranmış 68 355 manat əsas borc məbləğinin, borcun vaxtında ödənilmədiyinə görə 15.03.2017-ci il tarixli müqavilə üzrə hesablanmış 300 078 manat məbləğində dəbbə pulunun, bank uçot faiz dərəcəsi kimi hesablanmış 4956 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3418 manat məbləğində pulun, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100 000 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 1500 manat məbləğində pulun, iddia ərizəsi üçün dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, apellasiya şikayəti üçün dövlət rüsumuna görə ödənilmiş 16 manat məbləğində pulun, cəmi 478 354 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 05.03.2022-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə apelyasiya şikayətindən imtina edilməsi barədə ərizə göndərmişdir. Məhkəmə ərizəyə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətdən imtinası qəbul edilməli və iddiaçıya münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayətindən imtinası qəbul edilsin. Apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-319/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-319/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver