Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-319/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4564/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında 03 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 ədəd “NEVARGO ERTUĞRUL YN-08-PEG” markalı kartof əkən avadanlıq cavabdehə 48 ay müddətinə lizinqə verilmişdir.
2. Lizinq obyektinin ümumi qiyməti 10100 manat təşkil etmiş, həmin məbləğin 3910 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır.
3. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 2150 manat məbləğində ilkin ödəniş və 101 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 277,75 manat sığorta haqqı, 25 manat lizinq obyektinin qeydiyyat xərcləri iddiaçıya ödənilmişdir.
4. Lizinq obyekti xx.xx.2020-ci il tarixli 381 saylı təhvil-təslim aktı ilə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
5. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməli idi.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 843,11 manat gecikdirilmiş əsas borcun, 123,75 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, ümumilikdə 966,86 manat borc məbləğinin və 40 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd “NEVARGO ERTUĞRUL YN-08-PEG” markalı kartof əkənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə xx.xx.2023-cü il tarixinə 843,11 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Müqavilənin 11.3-cü bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2023-cü il tarixinə qədər 123,75 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4564/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 843,11 manat gecikdirilmiş əsas borc, 40 manat cərimə, ümumilikdə 883,11 manat borcun və mediasiya xərcinə görə 37,4 manatın Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilməsi, 1 ədəd “NEVARGO ERTUĞRUL YN-08-PEG” markalı kartof əkən saz və işlək vəziyyətdə Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə geri qaytarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə şərtləri yerinə yetirilmiş, vaxtlı vaxtında ödənişlər həyata keçirilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən 2557 manat, xx.xx.2020-ci il tarixli qəbzinə əsasən 81 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2021-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2022-ci il tarixli qəbzinə əsasən 86 manat, xx.xx.2022-ci il tarixli qəbzinə əsasən 91 manat ödəniş edilmişdir. Eyni zamanda texnika işlək vəziyyətdə olmamış, bu barədə dəfələrlə iddiaçıya müraciət edilmişdir. Hətta iki dəfə təmir aktı yazılsa da nə texnikanı təmir etmişlər, nə də ki, geri götürmüşlər. İddiaçı tərəfindən tərtib edilmiş təmir aktlarından da görünür ki, texnika nasaz olduğu üçün işlək vəziyyətdə olmamışdır. Texnikaların istifadəyə yararsız olduğu müddət üçün borc hesablanması ədalətli deyildir. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər edilmişdir, lakin həmin ödənişlər nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
15. Həmin Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
16. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrinə əsasən lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
17. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
18. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və məhkəmə iclasında cavabdehin qətnamənin mübahisələndirilən hissəsi ilə dəqiqləşdirici mövqeyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız borcun və cərimə pulunun tutulması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia təmin edilə bilməz.
21. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci, 748-10.1-ci maddələri təşkil edir.
22. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri tam ödəməmişdir.
23. Bununla yanaşı kollegiya hesab edir ki, Cavabdeh lizinq ödənişləri üzrə əsas və cərimə borcun tutulması üçün əsaslar mövcud deyildir.
24. Belə ki, işin hallarını və Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2, 750ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onun tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilən ilkin ödəniş nəzərə alınmalıdır.
25. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
26. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
27. Hazırki işin mübahisəsiz halı da ondan ibarətdir ki, həmin lizinq obyektinin iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini avans kimi 2150 manat məbləğində ödəniş etməklə cavabdeh çəkmişdir.
28. Mülki Məcəllənin 750-ci maddəsi də tələb edir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildiyi zaman tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
29. Lakin nə iddiaçı, nə də birinci instansiya məhkəməsi tərəfindən borc hesablanarkən həmin avans ödənişi nəzərə alınmamışdır.
30. Halbuki hazırki işin halları ondan ibarətdir ki, cavabdeh 10.100 manat dəyərində olan lizinq obyektinin əldə edilməsi və iddiaçının mülkiyyətinə keçməsi üçün 2150 manat avans ödəmiş və cəmi 1190 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixinə gecikdirilmiş əsas borcu isə 843,11 manat və müqavilənin 11.3-cü bəndinə əsasən hesablanmış cərimə məbləği 123,75 manat təşkil edir.
31. Göründüyü kimi iddiaçının faktiki qənaət etdiyi məbləğ 2.150 manat, müqavilə üzrə cavabdehin ödənilməli olan cəmi borcun məbləği isə 966,86 manat təşkil edir.
32. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildiyi və lizinq obyektinin lizinq şirkətinə geri qaytarılması qət edildiyi üçün onun əldə edilməsi ilə bağlı iddiaçının çəkdiyi xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda lizinq şirkətinin əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyekti qaytarıldıqdan sonra lizinq şirkəti onları özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun lizinq şirkətinin mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini iddiaçı çəkmişlər.
33. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş lizinq müqaviləsi üzrə əsas və cərimə borcunun tutulması barədə iddia təmin edilə bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə tərəflərin özlərinə aid edilməlidir.
35. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4564/2023 saylı qətnaməsi qismən, yəni iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli KTA-KTT-20/2448 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 843,11 manat gecikdirilmiş əsas borc, 40 manat cərimə, ümumilikdə 883,11 manat borcun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov