Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-320/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Rüstəm oğlunun «Cavabdeh » MMC-yə qarşı «pul tələbinə və zərərin əvəzinin əvəzinin ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1110/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1110/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı «Cavabdeh» MMC-yə qarşı «pul tələbi və zərərin əvəzinin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı (nümayəndəsi və vəkili) şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 40.2-ci maddəsminə istinadən, tərəflər öz aralarındakı sazişlə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilməsini, daha sonra, 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyini qeyd edərək bunun davamında Məcəllənin 443-cü maddəsində nəzərdə tutulan hallardan heç birinin mövcud olmadığını göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Məcəllənin 443.0.7-ci maddəsinə müvafiq olaraq iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş müqavilədən irəli gəldikdə, yerli məhkəmələr işlərə baxmağa haqlıdır. Konkret halda isə müqavilənin ən azından, qismən, Azərbaycan Respublikasının ərazisində icra edilməsi heç bir şübhə doğurmur. Belə ki, iddiaçı satıcı qismində çıxış edir və onun tərəfindən mallar Azərbaycan Respublikasının ərazisindən cavabdehə göndərilmişdir. Cavabdeh isə xarici hüquqi şəxs olduğundan «Beynəlxalq hüquq haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının hüququ tətbiq edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən (VÖEN **********) Azərbaycan Respubliksının vətəndaşı, cavabdeh «Cavabdeh LLC («MMC») isə xarici ölkənin – X4 Dübay şəhərində kommersiya hüqüqi şəxsidir. Belə olan halda, iddianın Azərbaycan Respublikası məhkəmələrində baxılması mümkünlüyünün qanuni əsasını MPM-in 440.1-ci maddəsi təşkil edir. Belə ki, MPM-in 440.1-ci maddəsində isə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyytə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məcəllənin qeyd olunan imperativ tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri kommersiya mübahisələri üzrə işə o halda baxmağa səlahiyyətlidir ki, tərəflərdən biri olan xarici hüquqi şəxsin, ən azından, Azərbaycan Respublikasında olduğu yer və adətən gəldiyi yer mövcud olsun. Lakin iş materiallarından görünür ki, cavabdeh xarici hüquqi şəxs «Cavabdeh» MMCnin qanunun qeyd olunan imperativ tələbinə müvafiq olaraq Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud deyil, daha konkret, belə sənəd-sübut iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda, hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkün deyildir. MPM-in 153.2.1-ci maddəsinin tələbindən isə nəzərədə tutulur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə onu qəbul etməkdən imtina edir. Lakin, birinci instansiya məhkəməsi qərardadında MPM-in ərazi aidiyyəti ilə bağlı 40cı normalarına, eyni zamanda, ziddiyyətli olaraq 443-cü maddəsinin müddəalarına istinadən, səhvən, hesab etmişdir ki, həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası İddiaçı (nümayəndəsi və vəkilinin) şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1110/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iş materialları iddia ərizəsinin mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam ləğv edib işi birinci instansiya məhkəməsinə göndərrmək hüquq vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Rüstəm oğlunun (nümayəndəsinin) şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1110/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş, iddianın mümkünlük məsələsinə yenidən qiymət verilməsi üçün, həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-320/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-320/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver