Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-322/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 ASC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı müqavilələrin və üzləşmə aktının etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-154/2021 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, onunla ASC arasında bağlanması qeyd olunan və Cavabdeh1 tərəfindən imzalanan 20.11.2007-ci il tarixli üzləşmə aktının, 02.05.2007-ci il tarixli 1 nömrəli müqavilənin, 18.01.2008-ci il tarixli 2 nömrəli müqavilənin və 06.01.2011-ci il tarixli 2 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, müqavilələrdə və üzləşmə aktında iddiaçının həmin dövrdə direktoru olmuş şəxsin imzaları saxtalaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “Göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən etibarsızlığı tələb edilən əqdlər barədə məlumatlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2012-ci il tarixli 2iq(81)-780/2012 nömrəli qətnaməsinin təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir. "xxxx" MMC-nın səlahiyyətli nümayəndəsi sözügedən işdə iştirak etməmiş, lakin həmin qətnaməni 29.11.2018-ci il tarixdə almaqla əqdlərin etibarsız sayılmasına əsas verən halları həmin vaxtdan bilmiş və məhkəməyə 29.11.2019-cu il tarixədək müraciət etməli olduğu halda, yalnız 17.02.2020-ci il tarixdə (1 il 2 ay 19 gün sonra) əqdlərin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə 17.02.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı hüquqi şəxsin yeganə təsisçisi və qanuni təmsilçisi olan şəxs Kazım Kazımzadənin iştirakı və məlumatı olmadan baxılmış məhkəmə prosesində sonuncunun imzalamadığı müqavilələr məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiq olunubolunmamasından asılı olmayaraq, iş iizrə araşdırma aparılması zəruridir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun İ.Binnətovanın şikayəti üzrə 08.05.2008-ci il tarixli Qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd elmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll elməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.” Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-803/2021 nömrəli iş üzrə 23.06.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyi üçün, qeyri-mümkün hesab edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 384/2021 nömrəli iş üzrə 05.10.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı 19.04.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-221/2022 nömrəli iş üzrə 24.01.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının şikayəti təmin edilmiş, iddiaçının Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, buraxılmış müddət bərpa edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-iqt(81)-780/2012 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 15.03.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 335.117 manat məbləğdə əsas borc, 335.117 manat cərimə, 20 manat məbləğdə dövlət rüsumu, ümumilikdə 670.254 manat məbləğdə pul vəsaitinin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə ilə gəlinən nəticə faktiki cəhətdən 02.05.2007-ci il tarixli 01 nömrəli, 08.01.2008-ci il tarixli 02 nömrəli, 06.01.2011 tarixli 02 nömrəli müqavilələr, 20.11.2007 və 06.11.2008-ci il tarixli üzləşmə aktları ilə əsaslandırılmışdır. İş materialları ilə təsdiq olunur ki, qətnamədə istinad edilən 08.01.2008-ci il tarixli 02 nömrəli müqavilə ilə hazırkı iddia ərizəsində düzgün olaraq qeyd edilən 18.01.2008-ci il tarixli 2 nömrəli müqavilə eyni müqavilədir, "xxxx" ASC (VÖEN **********) sonradan Cavabdeh2 ASC adlandırılmışdır. Hazırkı mübahisə üzrə də iddia 20.11.2007-ci il tarixli üzləşmə aktı, 02.05.2007-ci il tarixli 1 nömrəli, 18.01.2008-ci il tarixli 2 nömrəli və 06.01.2011-ci il tarixli 2 nömrəli müqavilələrin etibarsız sayılması ilə bağlıdır, qeyd olunan müqavilələrin qanuniliyinə işə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilib, etibarlı sayılaraq, həmin əqdlər üzrə yaranmış öhdəliklərinin icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Başqa sözlə, adıçəkilən müqavilələrdən irəli gələn mübahisəyə (mübahisə predmetinə) məhkəmə qaydasında baxılmış və qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.05.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki icraat qaydasında iddiası təmin olunmadığından N.Aləmmədzadə və qeyriləri yenidən məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati icraat qaydasında qərar qəbul edilməsini xahiş etmiş və iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. ... Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər; hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı). ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20.04.2022-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.05.2020-ci il tarixli Qərarında verilən şərhi rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş və yekun məhkəmə aktı qanuni qüvvəsini minmiş 2-iqt(81)-780/2012 nömrəli iqtisadi işin tərəfləri və predmeti ilə hazırkı işin tərəfləri və predmeti 02.05.2007-ci il tarixli 1 nömrəli, 18.01.2008-ci il tarixli 2 nömrəli və 06.01.2011-ci il tarixli 2 nömrəli müqavilələrin etibarsız hesab edilməsi hissədə tam eynidir. 20.11.2007-ci il tarixli üzləşmə aktına gəldikdə isə, həmin akt yazılı sübut olduğundan, sübut qismində təqdim edildiyi məhkəmə mübahisəsində, digər sübut növlərinə münasibətdə olduğu kimi, tələb və ya etirazın əsası kimi istinad edilən hal kimi tətbiq edilməli hüquq normalarına müvafiq olaraq mötəbərliyinə hüquqi qiymət verilə bilər, lakin bir halda sözügedən aktın qanuniliyinin yoxlanılması müstəqil məhkəmə mübahisəsinin predmeti ola bilməz. MPM-in: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin prosessual hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin, iş üzrə icraata aktın etibarsız hesab edilməsi hissədə işə məhkəmədə baxılmalı olmaması, müqavilələrin etibarsız sayılması hissədə isə eyni tərəflər arasında eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması əsasları ilə xitam verməli olduğu halda, iddiaya mahiyyəti üzrə baxaraq, bu barədə yekun məhkəmə aktı qəbul etməsi qanunsuz olmuşdur. MPM-in: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-154/2021 nömrəli iş üzrə 19 aprel 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 ASC-yə qarşı 20.11.2007-ci il tarixli üzləşmə aktının, 02.05.2007-ci il tarixli 1 nömrəli, 18.01.2008-ci il tarixli 2 nömrəli və 06.01.2011-ci il tarixli 2 nömrəli müqavilələrin etibarsız hesab edilməsi tələblərinə dair iş üzrə icraata xitam verilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-322/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-322/2022
16.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver