Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-323/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X4 (işçisi) iştirakı ilə İddiaçı ASC-nin cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-87/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı ASC savabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin mülkiyyətində olan və xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş 10.PZ-548 dövlət qeydiyyat nişanlı, «Ford Fiesta» minik markalı avtomobilə dəymiş 14.260 manat məbləğində zərərin əvəzi olaraq ödənilməli olan sığorta ödənişinin cavabdeh «xxxxxxxxxxxxx» ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı ASC ilə (əvvəlki təşkilati hüquqi forması X3) X2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı ASC-nin mükiyyətində olan «XEÇBEK, TİP: DK15821, BAN: WFODXXGAKDDK15821 olan, **-PZ-*** dövlət qeydiyyat nişanlı, «Ford Fiesta» minik markalı avtomobili R.Allahverdiyevanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Eyni zamanda, həmin avtomobil İddiaçı ASC ilə cavabdeh «xxxxxxxxxxxxx» ASC arasında xx xxxx 2016cı il tarixdə imzalanmış «Nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsi» xx.xx.2019-cu il tarixinə kimi sığortalanmış və həmin şəhadətnaməyə əsasən İddiaçı ASC sığortalı və faydalan şəxs qismində tanınmışdır. Həmin avtomobil xx.xx.2016-cı il tarixində etibarnamə əsasında idarə edən X5, Masazır-Novxanı yolunda hərəkətdə olarkən, 90-UR- 390 dövlət qeydiyyat nişanlı «X11» minik markalı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Dövlət X10 tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli 3144 nömrəli, KYP 485744 saylı inzibati xəta haqqında protokola əsasən, həmin avtomobili xx.xx.2016-cı il tarixli etibarnamə əsasında idarə etmiş Q.Məmmədova xx.xx.2016-cı il tarixdə saat 19.00 radələrində Masazır qəsəbəsi, Novxanı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin 9-cu bəndinin tələblərini pozaraq yol ayrıcından kənarda sola dönərkən qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmiş və əks istiqamətdən gələn «X11» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun mərkəzi zolağında toqquşmuşdur. «FNC Motors» tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 14 260 AZN məbləğində ziyan dəymiş və Q.Məmmədova AR İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnmişdir. Dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi üçün xx xxxxxx 2018-ci il tarixdə «xxxxxxxxxxxxx» ASC-yə pretenziya göndərilmiş, lakin sonuncu tərəfindən ödənişin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi sığorta müqaviləsini tənzimləyən «Nəqliyyat vasitələrinin (KASKO) sığortası qaydalar»ınin 18.2-ci bəndi əsas götürülərək sürücünün əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına çıxaraq qəza törətdiyi səbəb gətirilməklə, sığorta ödənişindən imtina edilmişdir. Halbuki, bu hal yol hərəkəti qaydalarının kobud pozuntusu kimi dəyərləndirilə bilməz. Belə ki, qəzanın sxemıindən görünür ki, həmin yerdə yolayrıcı olmuş və buna əsasən də müvafiq yolayrıcından geriyə dönmə əməliyyatı icra edilmişdir. Eyni zamanda tərtib edilmiş protokoldan da görünür ki, avtomobili etibarnamə əsasında idarə edən Q.Məmmədova «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 9-cu bəndinin tələblərini pozmuşdur. Həmin müddəada isə göstərilmişdir ki, «Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir». Həmçinin protokol tərtib edilərkən İXM-in 327.2-ci maddəsi ilə Q.Məmmədova təqsirli bilinmişdir. DYP əməkdaşı tərəfindən onun əməli «yolayrıcının keçmə qaydalarının pozulması» kimi xarakterizə olunmuş,üfüqi nişanlama xətlərinin tələbləmin pozulması halı qeyd edilməmişdir. Göründüyü kimi baş vermiş hadisədə üfüqi nişanlama xəttlərnin tələbləri deyil, yolayrıcının keçilmə qaydasının tələbləri pozulmuşdur ki, bu hal isə sığorta şirkəti tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar ödənilməli olan sığorta ödənişindən imtina üçün əsas ola bilməz.Tərəflər arasında imzalanmış sığorta müqaviləsinə əsasən isə avtomobil azadolma məbləği 500 manat olmaqla, 10.000 (on min) manat həcmində aşağıdaki sığorta risklərindən sığortlanmışdır: Hadisə Azərbaycan Respublikasının ərazisində baş vermişdir və bu barədə dərhal ‘«xxxxxxxxxxxxx» ASC-yə məlumat verilmişdir. Belə olan halda sonuncu tərəfindən sığorta ödənişini edilməsindən imtina edilməsi yolverilməzdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-87/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırırılmışdır ki, qətnamə əsaslandırılarkən iş tam və obyektiv əsaslandırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, tərtib edilmiş protokola əsasən sürücü Q.Məmmədova sola dönərkən qarşıdan gələn avtomobilə yol vermədiyi üçün hərəkət zolağında toqquşma baş vermişdir. «Nəqliyyat vasitələri kasko sığorta» Qaydalarının 18.2ci bəndində isə nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti qaydalarını kobud şəkildə pozması (svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, «Giriş qadağandır» və «Hərəkət qadağandır» yol nişanları, üfiqi nişanlama xətlərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçməsi) halında baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və sığorta ödənişinin verilməsindən sığortaçı tərəfindən imtina olunur. Göründüyü kimi, «Qaydalar» həmin bəndində kobud pozuntular sadalanmışdır. Sürücü Q.Məmmədova sola dönmə əməliyyatnını qadağan olunmayan yol ayrıcında aparmış, lakin qarşıdan gələn avtomobili buraxmadan dönmüş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Bu hal isə Qaydaların 18.2-ci bəndində koöud pozuntu kimi müəyyən olunmuş üfiqi nişanlama xətlərinin tələblərinə riayət edilməyərək, əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçməsi kimi qiymətləndirilə bilməz.Birinci instansiya məhkəməsi tərəfindən isə işin yuxarıda göstərilən halları nəzərə alınmamış, prosesual hüquq normaları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-533/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının kassasiya şikayəti əsasında həmin qətnamə Azərbaygan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-51/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2-ci və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Musayeva iddiaçının şikayətinin dəlilləri ilə razılaşmamış, qəzanı törədən sürücü Q.Məmmədova qoşa xətti keçərək əks hərəkət zolağına çıxdığını, belə olan halda, sığorta müqaviləsinə əsasən sığorta hadisəsinin baş vermədiyini israrlamaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddələrinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx xxxx 2016-cı il tarixdə imzalanmış «Nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsi»nə əsasən iddiaçının mülkiyyətinə aid **-PZ-*** dövlət qeydiyyat nişanlı, «Ford Fiesta» minik markalı avtomobilinin xx.xx.2019-cu il tarixinə kimi sığortalandığı və İddiaçı ASC-nin sığortalı, sığorta olunan, həm də faydalanan şəxs şəxs hesab olunduğu - işin mübahisələndirilməyən hallarını təşkil edir. Həmçinin, sığorta müqaviləsinin (şəhadətnaməsinin) digər bir gərtinə görə bu sığorta müqaviləsi «Nəqliyyat vasitələrinin kasko sığortası Qaydaları»na əsaslanır. «Nəqliyyat vasitələri kasko sığorta» Qaydalarının 18.2-ci bəndində isə nəzərdə tutulur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti qaydalarını kobud şəkildə pozması (svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, «Giriş qadağandır» və «Hərəkət qadağandır» yol nişanları,üfiqi nişanlama xətlərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçməsi) halında baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və sığorta ödənişinin verilməsindən sığortaçı tərəfindən imtina olunur. İşin qeyd olunan faktiki hallarına əsasən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixində həmin avtomobili etibarnamə əsasında idarə edən X1-Novxanı yolunda hərəkətdə olarkən 90-UR- 390 dövlət qeydiyyat nişanlı «X11» minik markalı avtomobillə toqquşmuş, avtomobillər əzilmişdir. İddiaçı cavabdehə ünvanlanmış pretenziyasında da məhz ona dəymiş ziyan məbləğinin ödənilməsini xahiş etsə də, sonuncudan imtina cavabı almışdır. İş materiallaranıa və cavabdehin nümayəndəsinin qeyd olunan izahatına əsasən imtinanın əsası ondan ibarətdir ki, həmin avtomobili idarə edən sürücü qoşa xətti keçərək, başqa sözlə, qeyd edilən «Qaydaların 18.2-ci bəndində nəzərdə tutulan, üfüqi nişanlama xətlərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçmiş, bununla da sığorta hadisəsi baş verməmiş, bu səbəbdən də sığorta ödənişi ödənilməsi mümkün deyil. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan əsasla sığorta ödənişindən imtina etməsini əsassız sayır. Belə ki, iş materiallarında olan 485744 №-li «İnzibati xəta haqqında protokol»dan və hadisə yerinin sxemindən görünür ki, mübahisəli avtomobili etibarnamə əsasında idarə edən sürücü Q.Məmmədova üfüqi nişanlama xəttinin (qırıq-qırıq xətt) tələblərinə əmək edərək, sola dönməyə icazə verilən yerdə qaydanı, daha konkret, «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 9-cu bəndinin tələblərini pozpozmamış, yəni yolayrıcından kənarda sola qırıq-qırıq üfüqi nişanlanma xəttini keçib dönməyə çalışmış, lakin məsafəni düzgün hesablamayıb qarşıdan gələn nəqliyyat vasitəsini buraxmamış və ehtiyatsızlıqdan təsadüfən qəza törətdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləində cərimə tətbiq olunmuş, həmin qərar qanuni qüvvəsini almışdır. İXM-in qeyd olunan 327.2-ci maddəsində isə nəzərdə tutulur ki, sfetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulimasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 60 manat manat məbəlğində cərimə edilir. İnzibati xıta haqqında protokolda və hadisə yerinin sxemində Dövlət Yol Polisi əməkdaşı tərəfindən Q.Məmmədovanın əməli təsadüfən ehtiyatsızlıqdan «yolayrıcından kənarda sola dönmə qaydasının pozulması» kimi qeyd olunmuş və onun əməlində başqa bir inzibati xətanın tərkibi, yəni, «üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması» halı müəyyən edilməmişdir. Başqa sözlə, Q.Məmmədova yol hərəkəti qaydalarına müvafiq, qoşa xəttin sağ qırıqqırıq xətt olan hissəsindən sola dönmə əməliyyatını keçirməsi» qayda pozuntusu hesab edilmir. Bu manevr zamanı onun tərəfindən yol verilən qayda pozuntusu, hərəkətin birinci hissəsindən yəni, qırıq-qırıq xətdən sola (və ya geriyə) dönmə əməliyyatını həyata keçirərkən, «Yol hərəkəti haqqında» Qanunnu 42-ci maddəsinin tələbinə müvafiq olaraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməməsi, nəticədə «Santafe» markalı avtomobillə toqquşmuşdur. Belə olan halda, sürücü Q.Məmmədova tərəfindən həyata keçirilən bu manevr onun «Nəqliyyat vasitələri kasko sığorta» Qaydalarının 18.2-ci bəndində nəzərdə tutulan «üfiqi nişanlama xətlərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçməsi» kimi qiymətləndirilə bilməz. Q.Məmmədova tərəfindən həmin «Qayda» pozuntusu o halda baş verə bilərdi ki, o, həm üfüqi nişanlama xətləriniin tələblərinə riayət etməsin, həm də əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçmiş olsunö. Lakin Q.Məmmədova Qaydaların qeyd olunan 18.2-ci bəndində nəzərdə tutulan iki inzibati xəta əməlini eyni zamanda, törətməmişdir. Yəni, qyed edildiyi kimi, üfüqi nişanlanma xətlərinin tələblərini pozmadan icazə verilən yerdə sola dönmə manevrini edərək əks istiqamətli hərəkət zolağına keçmiş, lakin məsafəni düzgün hesablamadığından ehtiyatsızlıqdan qəza törətmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Q.Məmmədovanın ehtiyatsızlışdan törətdiyi yol qəzası nəticəsində sığorta hadisəsi baş vermiş, lakin cavabdeh buna obyektiv qiymət verməmiş, sığorta müqaviləsi ilə üzərinə düşən öhdəliyini vicdanla yerinə yetirməmişdir. Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Həmin Məcəllənin 934.1-ci maddələrindən isə görünür ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mülki qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq sənədlər cavabdehə təqdim edilərək sığta ödənişi tələb olunsa da sığorta ödənişi verilməsindən əsassız olaraq imtina olunmuşdur. İşə əlavə olunmuş fotoşəkillərdən və «FNS Motors» servis qurumunun işdə olan xx.xx.2016-cı il tarixli qüsur aktından isə görünür ki, iddiaçının mülkiyyətində olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, «Forf Fiesta» minik markalı avtomobilin qabaq hissəsi tamamilə əzilərək yararsız vəziyyətə düşmüş və onun təmiri üçün 14260 manat məbləğində təmir xərcləri tələb olunur. Sığorta şəhadətnaməsindən isə görünür ki, iddiaçının mülkiyyətində olan həmin avtomobil 600 manat sığorta haqqı ödənilməklə, 500 manat azadolma məbləği ilə 10.000 manat həddində sığortalanmışdır. Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasənsığorta məbləğisığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son hədiddir. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Qanunvericilyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən 9.500 manat məbləğində sığorta ödənişinin iddiaçıya verilməməsi qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları düzgün təfsir edilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. MPM-in 385.1-ci maddəsinin tələbinə görə isə həmin pozuntular qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin sübutlara düzgün qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə, gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-87/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 9.500 məbləğində sığorta ödənişinin tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-87/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh «xxxxxxxxxxxxx» ASC-dən İddiaçı ASC-nin xeyrinə 9.500 (doqquz min beş yüz) manat məbləğində sığorta ödənişi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-323/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-323/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver