Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-324/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-1674/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs2 (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxs1dur.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişlə Maraqlı şəxs2nə müraciət edərək cəmi 63.746,07 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
3. Maraqlı şəxs2 (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə borcu 66667,69 manat təşkil etmişdir.
4. 24.04.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Maraqlı şəxs2 MMC tərəfindən 62.000 manat məbləğində pul vəsaiti X1 hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 61878,54 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025- ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə 61878,54 manat məbləğində (o cümlədən, vergilər üzrə 53078,67 manat, faizlər üzrə 8799,87 manat) olmaqla, ümumilikdə 61878,54 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********494800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir Reyestr məlumatlarına əsasən Maraqlı şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, e-2-2(113)-1674/2025 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 61878,54 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Hüquqi əsas kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələri göstərilmişdir.
9. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə məhkəmə tərəfindən qəbul edilən qətnamə əsassızdır, qanunvericiliyin tələblərinə uyğun zəruri şərtlərin mövcudluğuna əsaslanmır və tətbiq edilməsi üçün hüquqi əsaslandırma kifayət qədər təmin edilməmişdir. İlk növbədə İnzibati Orqanın 12 saylı Ərazi Vergilər Başİdarəsinin xx.xx.2024-cü il tarixli **********181777 nömrəli qərarına əsasən, "xxxx" MMC-də xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İnzibati Orqanla aparılan müzakirələr zamanı vergi borclarının araşdırılmasının səyyar vergi yoxlamasının predmeti olduğu və yalnız həmin yoxlamanın nəticələrinə əsasən qiymətləndiriləcəyi qeyd edilmişdir. Lakin hüquqi şəxsin 2021–2024-cü illər üzrə fəaliyyəti dövrünü əhatə edən səyyar vergi yoxlamasının təyin olunmasına baxmayaraq, İnzibati Orqan tərəfindən kameral vergi yoxlaması aparılmış, xx.xx.2024-cü il tarixli 3.21.2.18/2- 17308/2024 nömrəli vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilmiş və maraqlı şəxs tərəfindən təqdim edilən dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmamışdır. Halbuki, Vergi Məcəlləsinin 72.6-cı maddəsinə əsasən, vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə, vergi dövrü əks olunmadıqda, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda və Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda qəbul edilmir. Vergi ödəyicisi olan Maraqlı şəxs2 MMC tərəfindən təqdim edilən yeni dəqiqləşmiş hesabatın qəbul edilməməsi üçün sadalanan hallardan heç birinin olmamasına baxmayaraq, Vergi orqanı tərəfindən faktiki olaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş yeni hesabat qəbul edilməmiş, cari hesabat üzrə aparılmış kameral vergi yoxlaması üzrə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin tələbinə əsasən isə, yeni hesabat təqdim edildiyi və Vergi Məcəlləsinin 72.6-cı maddəsi ilə müəyyən edilən şərtlərə cavab verdiyi halda vergi orqanı tərəfindən qəbul edilməli və kameral vergi yoxlaması barəsində qərar da məhz təqdim edilmiş yeni hesabat üzrə təsdiq edilməli idi. Yəni, düzəliş edilmiş hesabat əvvəlki cari hesabatı qüvvədən saldığına görə cari hesabata əsasən kameral vergi yoxlaması barəsində qərar qəbul edilməməli idi. Vergi Orqanı tamamilə qanunvericiliyin tələblərinə zidd davranaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş yeni hesabatı qəbul etməmiş, hətta bunu öz qərarında daəksetdirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Maraqlı şəxs2 MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixinədək dayandırılmışdır. Fəaliyyəti dayandırılmış hüquqi şəxsin vergi borcları ilə bağlı səyyar vergi yoxlaması aparıldığı müddəti ərzində həm də kameral yoxlama keçirilməsi, daha sonra icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilməsi İnzibati Orqanın qərəzli mövqeyini əks etdirir. Bundan əlavə, məhkəmə tərəfindən İnzibati Orqanın icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməsi mütənasiblik prinsipinə və Azərbaycan Respublikasının Konstitutsiyası ilə müəyyən olunmuş insan və vətəndaş hüquq və azadlıqlarına ziddir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaşhüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 64/2024 nömrəli xx.xx.2024 tarixli qərarına əsasən, mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin isə bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, buməcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalətmühakiməsi”anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Xşikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələilə bağlı öz nəticələrinimüvafiq məhkəmə aktında əsaslandırmalıdır. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battistaİtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasındaədalətlitarazlığın olubolmamasıməsələsiişin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə mövqeyinə görə, dövlət orqanlarıfərdi borclulara qarşı çıxarılmış məhkəmə qərarlarının icrasında kreditora lazımi köməklik göstərməyə borcludurlar (XlyustovRusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı, § 92).“Battista İtaliyaya qarşı” iş üzrə qərarda göstərilmişdir ki, məhkəmələr ərizəçininşəxsi vəziyyətinin və ya ödənilməli olan məbləğləri ödəmək qabiliyyətinin araşdırılmasını zəruri hesab etməmiş, avtomatik olaraq mübahisələndirilən tədbiritətbiq etmiş, mübahisələndirilən hüquqları tarazlaşdırmaq cəhdi etməmişlər (Battistaİtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı, § 44). Hazırkı işdə vergi ödəyicisi kimi Maraqlı şəxs2 MMC-nin fəaliyyətinin uzunmüddətli dayandırılmasına, vergi borcları üzrə səyyar vergi yoxlaması keçirilməsinə vəaparılmış müzakirələrə baxmayaraq, İnzibati Orqan tərəfindən məhkəməyə müraciət olunmamışdan əvvəl Maraqlı şəxs2 MMC barəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsininformalaşdırdığı hüquqi mövqelərə uyğun ilkin xarakterlitədbirlərin görülməsiiş materiallarından görünmür. Belə ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini- borcun məbləğini, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımını, müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsini, onun mübahisəyə qədərki davranışlarını, müvafiq borcların vaxtıvaxtında ödənilməsi kimi halları, öhdəliyin icrasının gecikdirilmə dövriliyini, bununla bağlı üzrlü səbəblərin olub-olmamasını, borclunun həmin öhdəliyə münasibətdə davranışını, məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtlərini araşdırmalı, sadəcə borcun mövcud olması aktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayətetmədiyini nəzərə almalıdırlar. Maraqlı şəxsin sərbəst hərəkət azadlığının məhdudlaşdırılmasının qanuni əsasları olsa da, bu tədbirin tətbiq edilməsinə əsaslı zərurət olmadığı halda hüquqa müdaxilə qanuni hesab edilmir və Avropa İnsan HüquqlarıKonvensiyasının 4 saylı Protokolunun 2-cimaddəsinin pozuntusu hesab olunur. Yuxarıda qeyd olunduğu kimi, insanın azadlıq hüququ, o cümlədən sərbəst hərəkətetmə hüququ bütün dünyada, eləcə də ölkəmizin daxil olduğu Avropa məkanında beynəlxalq müqavilələrlə ciddi mühafizə altındadır. Belə bir şəraitdə, icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması insan hüququ və azadlıqlarına ziddir və yalnız icra orqanının rəhbərinin konstitutsion hüquqlarının həyata keçirilməsinə qanunsuz maneələr yaradır. Odur ki, yuxarıda qeyd edilənlərə, qəbul edilmiş kameral vergi yoxlaması barəsində qərarın etibarsızlığına əsasən Bakı Kommersiya məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qəbul edilmədiyi qənaətindədir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Maraqlı şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, əlavə olaraq vergi borcunun ödənildiyini bildirdi. Sonda məhkəmədən şikayətin təmin edilməsini və ərizənin rədd edilməsini xahiş etdi.
13. Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
15. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. -65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. -65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
16. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
17. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Apellyasiya baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə rədd edilməlidir.
20. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 61.878,54 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə müraciət etmişdir.
21. Digər tərəfdən iş materiallarında olan ödəniş tapşırığına əsasən müəyyən edilir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən Maraqlı şəxs2 MMC tərəfindən dövlət büdcəsinə olan 62.000 manat məbləğində borc ödənilməklə hazırkı ərizədə istinad edilən vergi öhdəliyi tam icra edilmiş, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olmuş hal aradan qalxmışdır.
22. Kollegiya həmçinin onu nəzərə alır ki, işə məhkəmədə baxıldığı dövrdə Maraqlı şəxs2 MMC-nin dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu və İcbari Tibbi Sığorta Fondu qarşısında yeni öhdəliyinin yaranması və bunun nəticəsində ərizədə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas qismində istinad edilən vergi borcu ödənildikdən sonra vergi ödəyicisinin sözügedən qurumlara ödənilməmiş borcunun qalması fərz edilsə belə, göstərilən hal hazırkı ərizə əsasında tətbiq edilmiş ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinin saxlanılması üçün əsas ola bilməz.
23. Belə ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması insanın toxunulmaz və ayrılmaz azadlıqlarından olan hərəkət azadlığını məhdudlaşdırır. Bu baxımdan həmin tədbir digər məhdudlaşdırıcı tədbirlər kimi mütənasiblik prinsipinin tələblərinə cavab verməlidir ki, həmin prinsip məhdudlaşdırıcı tədbirin qanuni məqsədlərə xidmət etməsi və həmin məqsədlərə mütənasib olması ilə yanaşı qanuni məqsədə nail olmaq üçün məhdudlaşdırıcı tədbirin tətbiqinin zəruri olması tələbini də ehtiva edir. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zərurilik meyarına cavab verməsi isə öz növbəsində həmin tədbir tətbiq edilməmişdən əvvəl vergi öhdəliklərinin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş digər daha az invaziv tədbirlərin görülməsini(o cümlədən vergi ödəyicisinə vergi borcunun ödənilməsi barədə bildiriş göndərilməsini, ödəniş üçün vaxt verilməsini, bank hesablarının dondurulması barədə sərəncam verilməsini və s.), başqa sözlə desək məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanlarından istifadə edilməsini tələb edir.
24. Göründüyü kimi mütənasiblik prinsipinin tələbləri baxımından vergi ödəyicisinin yeni borcu yarandığı təqdirdə vergi orqanı tərəfindən ilkin olaraq həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görülməlidir. Yalnız həmin tədbirlər nəticə vermədiyi halda vergi orqanı tərəfindən vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilə bilər.
25. Yuxarıda göstərilənləri və maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas olmuş 61.878,54 manat məbləğində vergi öhdəliyi tam icra edildiyini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, ərizə rədd edilməlidir.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2162/2025 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 61878,54 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Ziya Şirinov