Məhkəmə qərarları › İş №2-2(103)-325/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-325/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-325/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(1xx-xx/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ.İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 5610 manat əsas borcun, 12470 manatcərimə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx xxxx 2017-ci il tarixdə yükdaşıma xidmətlərinin göstərilməsi haqqında 111/17 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdeh) sifarişi əsasında ona məxsus yükləri daşımağı, sifarişçi isə icraçıya, müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən müqavilə öhdəliyini lazımınca yerinə yetirərək müvafiq xidməti göstərsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, xidmət haqqını sifarişçiyə ödəməkdən boyun qaçırmışdır. Ona verilən xəbərdarlıqlar heç bir nəticə verməmiş, ümumilikdə, iddiaçıya 5610 manat məbləğində əsas borcu ödənilməmiş qalmışdır. Müqavilənin 8.3-cü bəndində isə nəzərdə tutulur ki, hər gecikmə günü üçün ümumi dəyərin 1% əlavə hesablanır, bu hesabla cavabdehin iddiaçıya 12.470 manat məbləğində cərimə borcu hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektiv, əsassız və qanunsuzdur. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçının müqavilə öhdəliyni icra etməsini və bunun müqabilində cavabdehin borclu olmasının sübuta yetirə bilmədiyi barədə məhkəmənin gəldiyi yekun nəticə reallığa ziddir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 01 №-li və eyni tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və eyni tarixli 04 №-li, xx.xx.2017-ci il tarixli 05 №-li, xx.xx.2017-ci il tarixli 06 №-li təhvil-təslim aktlarında müqavilə üzrə müqaviq malların sifarişçiyə göndərilməsi qeyd olunmaqla, icraçı tərəfindən təsdiqlənmişdir. İş görülüb yekunlaşdıqdan sonra, həmin aktlar cavabdeh tərəfindən məqsədyönlü şəkildə təsdiqlənməməsdir. Cavabdehin bu hərəkətləri hüquqdan sui-istifadə və öhdəliyin icrasından yayınma kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəməyə təqdim olunan yükləmə və yükün təyinatı üzrə ünvana çatdırılmasına dair sürücü aktlarına da məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Əlavə olaraq iddiaçı cəmiyyətin direktoru İ.O.Səmədov məhkəmə prosesində əvvəl pozulmuş hüquqların bərpası üçün cavabdehə qarşı qanunsuz hərəkətlərinin qarşısınının alınması, cəmiyyətin səlahiyyətli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi və idiaçıya dəymiş maddi ziaynın ödənilməsi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi müraciət etmiş, həmin idiarə tərəfindən cavabdehin rəhbər şəxslərinin səlahiyyətli şəxslərinin izahatlları alınmışdır. Həmin materialların surətlərinin ona verilməsi baərdə iddiaçının müraciətinə, İdarə tərəfindən xx.xx.2018-ci il tarixli məktubu ilə iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Sözügedən araşdırma materiallarının İdarədən tələb olunub alınması üçün məhkəməyə vəsatətlə müraciət olunsa da, vəsatət əsassız olaraq təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi N. Sərdarova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq göstərmişdir ki, cavabdeh birtərəfli qaydada tərtib etdiyi aktları, təqdim etdiyi sürücü aktları isətənilən vaxt özü bildiyi kimi tərtib edilə də bilər. Həmin aktlar sübutetmə vasitələri kimi qəbuledilməzdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı (“icraçı”) ilə cavabdeh “cavabdeh (“sifarişçi”) arasında xx.xx.2017-cu il tarixdə iki «yükdaşıma xidmətlərinin göstərlməsi haqqında» müqavilə imzalanmışdır. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yükdaşıma müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən olduğu yerdən təyinat yerinə daşımayğı, yükgöndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanındəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bənidinə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdeh) sifarişi əsasında ona məxsus yükləri daşımağı, sifarişçi isə icoraçıya müəyyən olunmuş məbləğdə , qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hər bir daşımanı sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçsinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt (Əlavə 1) tərtib olunur. Sifarişçinin və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktlar əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur. İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini məhkəməyə təqdim etdiyi altı ədəd (xx.xx.2017 (iki ədəd), xx.xx.2017(iki ədəd), xx.xx.2017, xx.xx.2017-ci il tarixli) - «Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında» aktları ilə əsaslandırır. İş materiallarına və cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi, həmin aktları cavabdeh qəbul etmir və onlarda təsbit olunan yükdaşımaları inkar edir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi həmin «Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında» aktlardan isə görünür ki, yalnız iddiaçının özü tərfindən imzalanıb təsdiq edilmişdir. Belə olan halda, həmin aktların, onların üzərində qeyd olunan tarixlərdə tərtib olunduğu və onlarda təsbit olunan yükdaşımaların həqiqətən həyata keçirildiyi, başqa sözlə, müqavilənin yuxarıda qeyd olunan şərtlərinə müvafiq olaraq, yəni, təkcə iddiaçının deyil, hər iki tərəfin səlahiyyətlü nümayəndələri tərəfindən imzalanıb təsdiq edilməli olduğu halda, müqavilənin bu mühüm şərtinə riayət olunmadığı təqdirdə, həmin aktlar mötəbər sübutlar kimi qəbul olunması və onlarda təsbit olunan məlumatların həqiqiliyi istisna olunur. Sözügedən aktların mötəbər sübut kimi qəbul edilməsi və onlarda göstərilən yükdaşıma xidmətilərinin həqiqiliyi o zaman məhkəmə tərəfindən qəbul olunması mümkündür ki, dolayısı ilə həmin aktlardakı məlumatlar digər sübutetmə vasitələri ilə öz təsdiqini tapmış olsun. İddiaçı tərəfindən belə sübutetmə vasitəsi kimi «166 Yük Taksi.AZ» xidmətinin sürücü təhvil-təslim aktlarına istinad edilir. İşin bu halından belə anlaşılır ki, yük daşıma xidmətini iddiaçı öz işçiləri vasitəsi ilə deyil, üçüncü şəxs (yəni, «166 Yük Taksi.AZ» ) vasitəsilə həyata keçirmişdir. Başqa sözlə, mülki qanunvericilikdə nəzərədə tutulan ekspeditor xidmətini göstərmişdir. Belə ki, Mülki Məcəllənin 852-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yükgöndərənin hüquq və vəzifələrini daşıyırlar. İddiaçı tərəfindən istinad olunan - birinci instansiya məhkəməsinə təqdim etdiyi 11 ədəd, habelə, hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi 34 ədəd cavabdehin qəbul etmədiyi - «166 Yük Taksi.AZ» xidmətinin təhvil-təslim aktları, birincisi, kserosurətdir və onların, məhz, tərəflər arasındakı hazırkı müqaviləyə əsasən tərtib olunduğu barədə birbaşa göstəriciləri də mövcud deyil. Belə olan halda, həmin aktlarda qeyd olunan yükün iddiaçının göstərdiyi ilkin ünvandan götürülərək təyinatı yerinə çatdırılmasının həqiqliyini həmin aktları imzalayan şəxslərin şahid ifadələrinin alınması yolu ilə yalnız öz təsdiqini tapa bilərdi. Lakin, hətta işin hazırkı mərhələsində belə məhkəmənin müvafiq təklifinə baxmayraq, iddiaçı tərəfindən həmin şəxslər dindirilməsi üçün məhkəməyə təqdim olunmasında təşəbbüskar olmamışdır. Ona görə də məhkəmə kollegiyası istinad olunan sürücü aktlarında təsbit olunan məlumatların sübutedici əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsini mümkün hesab etmir. İddiaçının apellyasiya şikayətində həmçinin mübahisələndirir ki, məhkəmə iddiaçının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra «İdarə») ünvanladığı şikayətinə dair toplanmış materialları həmin idarədən tələb olunub alınmasına dair onun vəsatətini təmin etməmiş, cavabdehin rəhbər şəxslərinin həmin araşhdırma zamanı verdiyi izahatlarını araşdırmamışdır. Qeyd olunmalıcdır ki, hazırkı apellyasiya mərhələsində iddiaçının müvafiq vəsatəti təmin olunaraq, sözügedən İdarəyə məhkəmə tərəfindən sorğu göndərilərək araşdırma üzrə materialların təsdiq olunmuş surətlrinin məhkəməyə təqdim olunması tələb olunmuş, İdarə tərəfindən məhkəmyə aşağıdakı məzmunda xx.xx.2020-ci il tarixli 007-8563-1220 saylı cavab məktubu ünvanlanmışdır: «…Müəyyən olunmuşdur ki, İddiaçı» MMC ilə Cavabdeh MMC ilə Cavabdeh MMC arasında xx xxxx 2017-ci il tarixli 111/17nömrəli müqvailə bağlanraq sonuncuya yükdaşıma xidmətləri göstərilmişdir. Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı xüsusatlar mülki xarakterli olmaqla, araşdırılmasının polisin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq İddiaçı MMC-nin rəhbərliyinə məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Bu barədə vətəndaşa rəsmi cavab məktubu göndərilmişdir» Təhqiqat orqanının qeyd olunan məktubunun məzmunundan belə anlaşılır ki, iddiaçının şikayəti üzrə iddiaçının şikayəti üzrə kimsədən, o cümlədən, cavabdehin rəhəbər şəxslərindən izahatı alınmamış, ümumiyyətlə iddiaçının istinad etdiyi izahat materialları toplanmamış, birbaşa iddiaçıya olaraq iddiaçıya ünvanlanmış məktubla mübahisənin mülki xarakter daşıdığı onun nəzərinə çatdırlmaqla, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı iddia ərizəsində, eləcə də apellyasiya şikayətində iddia tələbinin əsası kimi istinad etdiyi halların mövcudluğunu mötəbər sübutlarla əsaslandıra bilməmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilməsini faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Belə olan halda, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, həmin qətnamə iddiaçının yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-46/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-46/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar